top
Azərbaycan cüdoçuları Meksika Qran-prisində finala yüksəlib və medallar uğrunda mübarizə aparır Idman.biz
19 oktyabr 2025, 03:25
- +

Azərbaycan cüdoçuları Meksika Qran-prisində finala yüksəlib və medallar uğrunda mübarizə aparır

73 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Rəşid Məmmədəliyev bürünc medal uğrunda mübarizədə kanadalı Castin Lemire ilə qüvvəsini sınayıb.

İdman.Biz bildirir ki, Məmmədəliyev qarşılaşmada üstün gələrək, bürünc medal qazanıb.

01:09

73 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən cüdoçu, Olimpiya çempionu Hidayət Heydərov Qvadalaxara Qran-prisində finala yüksəlib.

İdman.Biz bildirir ki, Heydərov ilk qarşılaşmasında finlandiyalı Valtteri Olindən üstün olub.

İkinci görüşdə isə o kanadalı cüdoçu Castin Lemireyə qalib gəlib. Yarımfinalda isə Heydərov venesuelalı Andres Priçedən güclü olub.

Finalda onun rəqibi çexiyalı Husniddin Kərimov olacaq.

Eyni çəki dərəcəsində çıxış edən başqa cüdoçumuz Rəşid Məmmədəliyev ilk qarşılaşmasında meksikalı Ulises Mendesə qalib gəlib.

Növbəti mərhələdə onun rəqibi slovakiyalı Martin Hoçak olub. Bu görüş də təmsilçimizin xeyrinə qurtarıb.

Yarımfinalda Məmmədəliyev Çexiyanı təmsil edən Husniddin Kərimovla rastlaşıb. Qarşılaşma çexiyalının qələbəsi ilə yekunlaşıb.

Rəşid bürünc medal uğrunda mübarizədə kanadalı Castin Lemire ilə qüvvəsini sınayacaq.

81 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Vüsal Qələndərzadə də finala yüksəlib.

Vüsal ilk qarşılaşmasında çilili Xorxe Peresə qalib gəlib. Növbəti mərhələdə o, ispaniyalı Xorxe Kano Qarsiadan üstün olub.

Üçüncü qarşılaşmasında Qələndərzadə amerikalı Dominik Rodrigesi məğlub edib.

Nəhayət yarımfinalda Vüsal italiyalı Leonardo Kasaqliaya qalib gəlib.

Finalda Qələndərzadənin rəqibi finlandıyalı Eetu İhanamaki olacaq.

81 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən digər cüdoçumuz Zelim Tçkayev ilk rəqibi meksikalı Gilberto Kardoso olub. Təmsilçimiz görüşdən qələbə ilə ayrılıb.

Növbəti qarşılaşmasında Zelim amerikalı Yohan Silotu məğlub edib.

Yarımfinalda finlandıyalı Eetu İhanamakiyə məğlub olan Tçkayev bürünc medal uğrunda mübarizədə ukraynalı Mixaylo Svidrakla qarşılaşacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:13

Dieqo Maradonanın ölümündən əvvəlki günlər: Həyəcan verici simptomlar

Futbol
Bu gün, 04:07

Xavi Niderland milli komandasının baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 03:12

Çelsi Enso Fernandesin Satılıq Olması Üçün Son Tarix Təyin Edib

Futbol
Bu gün, 02:05

Kristian Romero “Atletiko Madrid”ə keçib

Futbol
Bu gün, 01:51

Brayan Madco UEFA Superkubokunda qol vuran ən gənc oyunçu oldu

Futbol
Bu gün, 01:45

Luis Enrike UEFA Superkubokunu üçüncü dəfə qazanıb

Futbol
Bu gün, 01:33

Arsenal və Komo arasında yoldaşlıq matçında heç-heçə

Futbol
Bu gün, 01:21

Nottingem Forest Bayeri məğlub edib

Futbol
Bu gün, 01:15

Real Madrid Deportivo La Korumasını yoldaşlıq oyununda məğlub edib

Futbol
Bu gün, 01:03

PSJ UEFA Superkubokunu qazandı

Futbol
Bu gün, 00:55

PSJ ardıcıl ikinci dəfə UEFA Superkubokunu qazanıb

Futbol
Bu gün, 00:31

"Barselona"nın oyunçusu uğurla əməliyyatdan keçib

Futbol
Bu gün, 00:22

PSJ - "Aston Villa" matçında hesab dəyişib

Futbol
Bu gün, 00:09

Arsenal yenidən Ezri Konsa ilə maraqlanır

Futbol
Dünən, 23:38

UEFA Konfrans Liqasında “Rapid” və “Kopenhagen” növbəti mərhələyə adlayıblar

Futbol
Dünən, 23:22

PSJ - "Aston Villa" UEFA Superkuboku matçında hesab açılıb

Futbol
Dünən, 23:17

Masazır stadionu önündəki insidentə görə cinayət işi açıldı

Futbol
Dünən, 23:13

Duşan Vlahoviç “Beşiktaş”la müqavilə imzalayıb

Güləş
Dünən, 22:55

U-15 Azərbaycan qızlardan ibarət milli komandası Qazaxıstanda məğlub olub

Güləş
Dünən, 22:55

Azərbaycan U-15 qızlar milli komandası Qazaxıstanda ilk matçında məğlub olub

Basketbol
Dünən, 22:38

“Los Anceles Leykers” basketbol komandası yenidən sahibi dəyişir

Futbol
Dünən, 22:25

„İmişli“ Ayxan Abbaszadə ilə müqavilə imzalayıb

Basketbol
Dünən, 22:20

Amerikalı forvard Kervin Volt „LANDAU Lions” klubuna qoşuldu

Futbol
Dünən, 21:48

Kalvin Filips “Şeffild Yunayted”ə icarəyə gedib

Oxşar xəbərlər