top
Azərbaycan cüdoçuları dünya reytinqində yüksəlişə nail olublar Sport24.az
20 oktyabr 2025, 15:40
- +

Azərbaycan cüdoçuları dünya reytinqində yüksəlişə nail olublar

Azərbaycanın cüdo üzrə Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Meksikanın Qvadalaxara şəhərində keçirilən "Qran Pri" turnirindəki parlaq çıxışdan sonra dünya reytinqində ilk "üçlüy"ə yüksəliblər. Sport24.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) yarışın yekunlarına əsasən cüdoçuların yenilənmiş dünya reytinqini açıqlayıb.

 

73 kq çəki dərəcəsində Hidayət Heydərov üç pillə irəliləyərək 4176 xalla dünya reytinqində üçüncü yerə yüksəlib. Bu kateqoriyada Şahram Axadov (Özbəkistan, 4523 xal) və Tatsuki İşiara (Yaponiya, 4500 xal) ilk iki pilləni tutur. Eyni çəki dərəcəsində Rəşid Məmmədəliyev iki pillə irəliləyərək 3917 xalla beşinci yeri tutur.

 

Digər Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) də üç pillə irəliləyib və hazırda 5118 xalla ikinci yerdə qərarlaşıb. Reytinqin lideri 5550 xalla Beynəlxalq Cüdo Federasiyasının (IJF) təmsilçisi Matvey Kanikovskiydir.

 

60 kq çəki dərəcəsində Balabəy Ağayev dörd pillə irəliləyərək 3356 xalla altıncı yeri tutur. Eyni çəkidə Əhməd Yusifov 14 pillə irəliləyib və 2360 xalla 12-ci yerdə qərarlaşıb.

 

66 kq-da çıxış edən Ruslan Paşayev 11 pillə irəliləyərək 3171 xalla dünya reytinqində dördüncü yerə yüksəlib. 81 kq çəki dərəcəsində Zəlim Tskaev iki pillə irəliləyərək 4265 xalla üçüncü yerdə, Vüsal Qələndərli isə 812 xalla 145 pillədən çox irəliləyərək 52-ci pillədə qərarlaşıb.

 

90 kq çəki dərəcəsində Elcan Hacıyev (3651 xal) ikinci yerini qoruyub saxlayıb, Murad Fətiev (2546 xal) isə 13 pillə irəliləyərək yeddinci yeri tutur.

 

Ağır çəkililər arasında Uşangi Kokauri 3436 xalla 7 pillə irəliləyib və dünya reytinqində yeddinci pillədə qərarlaşıb.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:30

Liverpul Dominik Soboslainin müqaviləsini uzadıb

Futbol
Bu gün, 23:19

Rəşad Sadıqov: „Torpedo“ ilə qarşılaşmaq istəmirdik“

Futbol
Bu gün, 22:59

Folklend Adaları hökuməti Argentinanın Dünya Kubokundakı banneri ilə bağlı açıqlama yayıb

Qarabağ FK
Bu gün, 22:53

Qarabağ Avropa Liqasında Vestri ilə qarşılaşır

Güləş
Bu gün, 22:44

Azərbaycan milli komandası çimərlik futbolunda ardıcıl ikinci qələbəsini qazanıb

Futbol
Bu gün, 22:25

Yamalın əzələsi ilə bağlı narahatlıq

Minifutbol
Bu gün, 22:14

Zirə Konfrans Liqasında ikinci təsnifat mərhələsinə yüksəldi

Futbol
Bu gün, 21:57

“Zirə” UEFA Konfrans Liqasında “Payde” ilə oynayacaq

Minifutbol
Bu gün, 21:57

Zirənin UEFA Konfrans Liqasında rəqibi məlum olub

Futbol
Bu gün, 21:56

Rikardinyo “Asteras”da

Futbol
Bu gün, 21:31

Qazaxıstanlı 14 yaşlı futbolçu “Barselona” ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 21:26

Fransa milli komandasının müdafiəçisi əməliyyat olunacaq

Futbol
Bu gün, 20:58

Fransa uzaq ərazilər naziri Lyuka Dini irqçi təhqirlərə qarşı müdafiə edib

Futbol
Bu gün, 20:57

15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da müqavilə imzalayıb

Futbol
Bu gün, 20:42

Pirs Morqan: Argentinalı Oyunçular Mədəniyyətsiz əclaflardır

Futbol
Bu gün, 20:27

"Arsenal" Xristos Tzolisi transferini razılaşdırdı

Basketbol
Bu gün, 19:58

FIBA Avropa Kuboku: Gəncənin rəqibləri açıqlanıb

Futbol
Bu gün, 19:56

Argentinalı futbolçuların Böyük Britaniya iş vizalarının ləğv edilməsi tələb olunub

Futbol
Bu gün, 19:41

Lionel Messinin komandaya təsiri

Futbol
Bu gün, 19:10

Seltik Sabaha qarşi transfer mübarizəsi aparmaq istəyir

Futbol
Bu gün, 19:10

Seltik Sabaha 2 milyon funt-sterlinq təklif edib

Futbol
Bu gün, 18:55

İngiltərə milli komandasına kral ailəsinin dəstək məktubu

Futbol
Bu gün, 18:40

FİFA Argentinaya qarşı sanksiyalar tətbiq etməyəcək

Digər
Bu gün, 18:29

Azərbaycan triatlon millisi Avropa çempionatında iştirak edəcək

Oxşar xəbərlər