top
Azərbaycan Cüdo Federasiyasının növbədənkənar Konfransında yeni tərkib müəyyənləşdirilib, fəaliyyət hesabatı təqdim olunub Sport24.az
18 oktyabr 2025, 22:28
- +

Azərbaycan Cüdo Federasiyasının növbədənkənar Konfransında yeni tərkib müəyyənləşdirilib, fəaliyyət hesabatı təqdim olunub

18 oktyabr 2025-ci il tarixində Azərbaycan Cüdo Federasiyasının (ACF) növbədənkənar konfransı keçirilib. Sport24.az ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Federasiyanın prezidenti Rəşad Nəbiyev, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

 

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

 

ACF-in prezidenti açılış nitqində Azərbaycan idmanına və cüdonun inkişafına göstərdiyi diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Vurğulanıb ki, dövlət başçısının idmana göstərdiyi davamlı dəstək nəticəsində Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır. Konfrans çərçivəsində federasiyanın adından ölkə başçısına təşəkkür məktubu göndərilməsi qərara alınıb.

 

Bildirilib ki, əldə olunan uğurlar Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, ACF-nin, idman təşkilatlarının, məşqçilərin, idmançıların və cüdo ailəsinin bütün üzvlərinin birgə əməyinin nəticəsidir.

 

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında federasiyanın son illərdəki fəaliyyətini yüksək qiymətləndirib. O, həm idman nailiyyətləri, həm də cüdonun kütləviləşdirilməsi və təhsil istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

 

Konfransda ACF-nin İcraiyyə Komitəsinin tərkibi müəyyənləşdirilib. Rəşad Nəbiyev, Rövşən Rüstəmov, Elnur Məmmədli, Rəşad Rəsullu, Asif Əsgərov, Azər Əsgərov, Nazim Hüseynov, Mövlud Mirəliyev və Elxan Məmmədov komitə üzvləri kimi seçiliblər. Konfransın qərarına əsasən, Rəşad Nəbiyev Federasiyanın prezidenti, Rövşən Rüstəmov və Elnur Məmmədli vitse-prezidentlər, Rəşad Rəsullu isə icraçı vitse-prezident kimi təsdiqlənib.

Həmçinin, ACF-in Nəzarət-Təftiş Komitəsinin üzvlərinin və sədrinin seçilməsi üçün səsvermə keçirilib. Natiq Bağırov, Dilarə Məmmədova və Orxan Əsədov komitə üzvləri kimi təsdiqlənib, Natiq Bağırov isə komitənin sədri seçilib.

 

Daha sonra yeni seçilmiş İcraiyyə Komitəsinin genişləndirilmiş iclası keçirilib. İclasda idman təşkilatlarının, klubların nümayəndələri və cüdo məşqçiləri iştirak ediblər. Görüşün əvvəlində ACF-in icraçı vitse-prezidenti R.Rəsullu 2022–2025-ci illəri əhatə edən fəaliyyət hesabatını təqdim edib. Daha sonra məşqçilərlə regionlarda cüdonun inkişafı və kütləviləşdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb, iştirakçıların təklif və tövsiyələri dinlənilib.

 

ACF-in prezidenti iclasda bildirib ki, bu gün demək olar, ölkənin bütün regionlarında cüdo idman növü inkişaf edir, yeni klublar açılır və mövcud zallarda bərpa işləri aparılır. Vurğulanıb ki, cüdo uşaqların və gənclərin zərərli vərdişlərdən uzaq qalmasına, vaxtlarını səmərəli keçirməsinə, həmçinin qızların erkən nikahdan qorunaraq idmana cəlb olunmasına mühüm töhfə verir.

 

İclas zamanı məşqçilərin bu prosesdə həlledici rol oynadığını vurğulanaraq bildirilib ki, federasiyanın məqsədi yalnız medallar qazanmaq deyil, sağlam və layiqli gənclərin yetişməsinə dəstək göstərməkdir.

 

Görüş zamanı qeyd olunub ki, məşqçilərin peşəkar inkişafı üçün ACF tərəfindən təlim proqramları davamlı şəkildə həyata keçiriləcək. Eyni zamanda, cüdo zallarının maddi-texniki bazasının gücləndirilməsi, yeni klubların yaradılması və cüdo bölmələri açılması istiqamətində fəaliyyət davam etdiriləcək.

 

İclas zamanı irəli sürülən təkliflər ACF katibliyi tərəfindən müvafiq təhlillər aparıldıqdan sonra federasiyanın iş proqramına əlavə olunacaq və planlı surətdə həyata keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:13

Dieqo Maradonanın ölümündən əvvəlki günlər: Həyəcan verici simptomlar

Futbol
Bu gün, 04:07

Xavi Niderland milli komandasının baş məşqçisi təyin edilib

Futbol
Bu gün, 03:12

Çelsi Enso Fernandesin Satılıq Olması Üçün Son Tarix Təyin Edib

Futbol
Bu gün, 02:05

Kristian Romero “Atletiko Madrid”ə keçib

Futbol
Bu gün, 01:51

Brayan Madco UEFA Superkubokunda qol vuran ən gənc oyunçu oldu

Futbol
Bu gün, 01:45

Luis Enrike UEFA Superkubokunu üçüncü dəfə qazanıb

Futbol
Bu gün, 01:33

Arsenal və Komo arasında yoldaşlıq matçında heç-heçə

Futbol
Bu gün, 01:21

Nottingem Forest Bayeri məğlub edib

Futbol
Bu gün, 01:15

Real Madrid Deportivo La Korumasını yoldaşlıq oyununda məğlub edib

Futbol
Bu gün, 01:03

PSJ UEFA Superkubokunu qazandı

Futbol
Bu gün, 00:55

PSJ ardıcıl ikinci dəfə UEFA Superkubokunu qazanıb

Futbol
Bu gün, 00:31

"Barselona"nın oyunçusu uğurla əməliyyatdan keçib

Futbol
Bu gün, 00:22

PSJ - "Aston Villa" matçında hesab dəyişib

Futbol
Bu gün, 00:09

Arsenal yenidən Ezri Konsa ilə maraqlanır

Futbol
Dünən, 23:38

UEFA Konfrans Liqasında “Rapid” və “Kopenhagen” növbəti mərhələyə adlayıblar

Futbol
Dünən, 23:22

PSJ - "Aston Villa" UEFA Superkuboku matçında hesab açılıb

Futbol
Dünən, 23:17

Masazır stadionu önündəki insidentə görə cinayət işi açıldı

Futbol
Dünən, 23:13

Duşan Vlahoviç “Beşiktaş”la müqavilə imzalayıb

Güləş
Dünən, 22:55

U-15 Azərbaycan qızlardan ibarət milli komandası Qazaxıstanda məğlub olub

Güləş
Dünən, 22:55

Azərbaycan U-15 qızlar milli komandası Qazaxıstanda ilk matçında məğlub olub

Basketbol
Dünən, 22:38

“Los Anceles Leykers” basketbol komandası yenidən sahibi dəyişir

Futbol
Dünən, 22:25

„İmişli“ Ayxan Abbaszadə ilə müqavilə imzalayıb

Basketbol
Dünən, 22:20

Amerikalı forvard Kervin Volt „LANDAU Lions” klubuna qoşuldu

Futbol
Dünən, 21:48

Kalvin Filips “Şeffild Yunayted”ə icarəyə gedib

Oxşar xəbərlər