top
Azərbaycan Cüdo Federasiyası cüdonun inkişafında yeni strategiyaya başlayır Idman.biz
29 sentyabr 2025, 14:49
- +

Azərbaycan Cüdo Federasiyası cüdonun inkişafında yeni strategiyaya başlayır

Azərbaycan Cüdo Federasiyası (ACF) ölkədə cüdonun inkişafı istiqamətində yeni strateji mərhələyə qədəm qoyur.

Bu barədə İdman.biz-ə ACF-dən məlumat verilib.

Bildirilib ki, yeni mərhələ "Özünü kəşf et" sloqanı ilə təqdim olunur və cüdonun yalnız döyüş idmanı deyil, eyni zamanda hörmət, özünüinkişaf və şəxsiyyət formalaşdıran bir imkan kimi dəyərləndirilməsini hədəfləyir.

Federasiyanın əsas məqsədi cüdonu qadınlar, kişilər, uşaqlar və gənclər də daxil olmaqla bütün insanlar üçün əlçatan və maraqlı etməkdir. Bu yanaşma həm ölkədə cüdonun populyarlığının artmasına, həm də yeni istedadların üzə çıxarılmasına xidmət edəcək. Strategiyanın mərkəzində cüdonun dəyərlərinin geniş kütləyə çatdırılması və sağlam həyat tərzinin təşviqi dayanır.

ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu yeni mərhələ ilə bağlı fikirlərini bölüşüb: "İdmanla məşğul olmaq yaşdan asılı olmayaraq fiziki və mental sağlam qalmağın ən vacib yoludur. Yeni strategiyamızın əsas məqsədi ‘Özünü kəşf et" sloqanı ilə yeni təşəbbüslərimizi həyata keçirmək və cüdo dəyərlərini cəmiyyətimizə daha da yaxınlaşdırmaqdır. İnanırıq ki, tatamidə formalaşan iradə və intizam Azərbaycanın güclü gələcəyinə öz töhfəsini verəcək".

Yeni strategiya çərçivəsində məktəblərdə və regionlarda uşaqlar və gənclər üçün daha geniş imkanların yaradılması, qızların idmana cəlb olunmasına yönəlmiş xüsusi proqramların icrası, ailələrin və ictimaiyyətin cüdoya marağını artıracaq açıq tədbirlərin təşkili nəzərdə tutulur. Bütün bu fəaliyyətlər cüdonun əsas fəlsəfəsi — hörmət və özünüinkişaf prinsiplərinə əsaslanan vahid kommunikasiya xətti ilə həyata keçiriləcək.

Federasiya həmçinin yeni yaradılmış sosial şəbəkə hesabı vasitəsilə strategiyanın əsas istiqamətləri, sosial proqramlar, uşaqlar, gənclər və valideynlərə yönəlmiş təşəbbüslər barədə mütəmadi məlumat paylaşacaq. Bununla yanaşı, cüdonun dəyərləri, idmana yeni başlayanların inkişaf mərhələləri və gündəlik hekayələr də ictimaiyyətə təqdim ediləcək.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:13

Vozinya: „Futbolçu kimi yanaşan klub axtarıram“

Futbol
Bu gün, 01:00

Zirə Konfrans Liqasında zəfər qazandı

Futbol
Bu gün, 01:00

Zirə Konfrans Liqasında torpaqlı qələbə qazandı

Minifutbol
Bu gün, 01:00

Zirə Konfrans Liqasında Torpedoya qalib gəlir

Futbol
Bu gün, 00:51

Donald Tramp 2026-cı il dünya çempionatının finalına qatılacaq

Futbol
Bu gün, 00:32

Beşiktaş transfer siyahısına braziliyalı futbolçu əlavə edib

Qarabağ FK
Bu gün, 00:30

Qarabağ" Vestri"ni məğlub edib

Futbol
Dünən, 23:49

Yamal və Porro məşqdən kənarda qalıblar

Şahmat
Dünən, 23:34

Vladimir Kramnik diskvalifikasiyasına qarşı CAS-a şikayət edib

Futbol
Dünən, 23:30

Liverpul Dominik Soboslainin müqaviləsini uzadıb

Futbol
Dünən, 23:19

Rəşad Sadıqov: „Torpedo“ ilə qarşılaşmaq istəmirdik“

Futbol
Dünən, 22:59

Folklend Adaları hökuməti Argentinanın Dünya Kubokundakı banneri ilə bağlı açıqlama yayıb

Qarabağ FK
Dünən, 22:53

Qarabağ Avropa Liqasında Vestri ilə qarşılaşır

Güləş
Dünən, 22:44

Azərbaycan milli komandası çimərlik futbolunda ardıcıl ikinci qələbəsini qazanıb

Futbol
Dünən, 22:25

Yamalın əzələsi ilə bağlı narahatlıq

Minifutbol
Dünən, 22:14

Zirə Konfrans Liqasında ikinci təsnifat mərhələsinə yüksəldi

Futbol
Dünən, 21:57

“Zirə” UEFA Konfrans Liqasında “Payde” ilə oynayacaq

Minifutbol
Dünən, 21:57

Zirənin UEFA Konfrans Liqasında rəqibi məlum olub

Futbol
Dünən, 21:56

Rikardinyo “Asteras”da

Futbol
Dünən, 21:31

Qazaxıstanlı 14 yaşlı futbolçu “Barselona” ilə müqavilə imzalayıb

Futbol
Dünən, 21:26

Fransa milli komandasının müdafiəçisi əməliyyat olunacaq

Futbol
Dünən, 20:58

Fransa uzaq ərazilər naziri Lyuka Dini irqçi təhqirlərə qarşı müdafiə edib

Futbol
Dünən, 20:57

15 yaşlı qazaxıstanlı futbolçu “Barselona”da müqavilə imzalayıb

Futbol
Dünən, 20:42

Pirs Morqan: Argentinalı Oyunçular Mədəniyyətsiz əclaflardır

Oxşar xəbərlər