11–12 oktyabr tarixlərində Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Açıq Asiya Turniri keçiriləcək. Sport24.az bildirir ki, ölkəmizi yarışda ümumilikdə 12 çəki dərəcəsində 25 cüdoçu (18 kişi, 7 qadın) təmsil edəcək.
İdmançılarımıza kişilərdən ibarət yığmanın böyük məşqçisi Robert Kravçik və qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa-Herkenrat-Vimar rəhbərlik edəcək.
Qeyd edək ki, turnirdə 10 ölkədən 251 idmançı (159 kişi, 92 qadın) qüvvəsini sınayacaq.