top
Tayson Fyuri və Entoni Coşua arasındakı ilk qarşılaşma 11 dekabrda baş tutacaq, sənədli film isə 29 noyabrda Netflix-də yayımlanacaq Idman.biz
29 oktyabr 2026, 14:49
- ↺ +

Tayson Fyuri və Entoni Coşua arasındakı ilk qarşılaşma 11 dekabrda baş tutacaq, sənədli film isə 29 noyabrda Netflix-də yayımlanacaq

Ağır çəkidə keçmiş dünya çempionu Tayson Fyuri haqqında yeni sənədli film noyabrın 29-da "Netflix" platformasında yayımlayanacaq.

İdman.Biz "BoxingNews" nəşrinə istinadən xəbər verir ki, "TYSON FURY" adlı tammetrajlı ekran əsəri britaniyalı boksçunun uşaqlıq illərindən dünya şöhrəti qazanmasına qədər keçdiyi yolu əhatə edir.

Filmin rejissoru Lüsi Uilkoksudur. Sənədli ekran əsərində Fyurinin həyat yoldaşı Paris və atası Conun müsahibələri, eləcə də boksçunun şəxsi həyatı və karyerasına aid əvvəllər yayımlanmayan görüntülər yer alıb.

Film yalnız Fyurinin rinqdəki uğurlarına deyil, şəxsi həyatında üzləşdiyi çətinliklərə də diqqət ayırır. Burada psixoloji problemlər, asılılıqla mübarizə, ailə münasibətləri və övlad itkisi kimi həssas mövzulara toxunulur.

Sənədli filmin nümayişi Fyurinin Entoni Coşua ilə çoxdan gözlənilən qarşılaşmasına təsadüf edəcək.

Britaniyalı boksçular dekabrın 11-də Uelsin paytaxtı Kardiffdəki "Principality" stadionunda üz-üzə gələcəklər. Bu, onların peşəkar karyeralarında ilk qarşılaşması olacaq. Döyüş "Netflix" platformasında canlı yayımlanacaq.

Fyuri sentyabrın 30-da keçirilən mətbuat konfransında Coşua ilə görüşü uzun müddət gözlədiyini bildirib.

"Bu qarşılaşmanı səbirsizliklə gözləyirəm. Onun baş tutması üçün 10 il lazım gəldi. Hər ikimizin karyerasında yüksəlişlər və enişlər olub. Nəhayət, bu məqama gəlib çatdıq", - deyə boksçu vurğulayıb.

Fyuri həmçinin Coşuanın uzun illər Britaniya boksunun əsas simalarından biri olduğunu qeyd edib.

Qeyd edək ki, dekabrın 11-də keçiriləcək qarşılaşmanın digər iştirakçılarının adları hələ açıqlanmayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 13:36

Polina Şukinadan Sinqapurda uğur

Futbol
Bu gün, 13:35

Səbail

Futbol
Bu gün, 13:22

Araz‑Naxçıvan vs Neftçi mövqeyləri elan edildi

Futbol
Bu gün, 13:13

“Amedspor”un hücumçusu rəhbərlik barədə: “Azarkeşlərimizi axmaq yerinə qoymayın”

Futbol
Bu gün, 13:10

Chelsea son 5 oyunda dördüncü məğlubiyyəti aldı

Futbol
Bu gün, 13:04

9-cu dəfə Braziliya çempionu oldular.

Futbol
Bu gün, 13:02

Azərbaycanın U-20 futbol millisində antidopinq təlimi keçirilib - FOTO

Futbol
Bu gün, 13:00

Elçin Səmədli Çempionlar Liqasının oyununa təyinat aldı

Qarabağ FK
Bu gün, 13:00

“Qarabağ” son 2 görüşdə “Kəpəz”ə qonaq olduğu vaxtlarda xalsız ayrılıb: Gəncədə növbəti yoxlanış başlayır

Futbol
Bu gün, 12:32

Leandro Paredes Cənubi Amerika Kubokunun finalından sonra canlı yayımda huşunu itirdi

Futbol
Bu gün, 12:30

İtaliya nəhəngi qışda Vircil van Deyklə ilkin müqavilə bağlaya bilər

Qarabağ FK
Bu gün, 12:22

Bu günkü futbol matçları hansı kanallarda yayımlanır - TV AFİŞA

Futbol
Bu gün, 12:10

“Real Madrid”dən 4 mövsüm sonra uğurlu seriya

Qarabağ FK
Bu gün, 12:07

Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib

Futbol
Bu gün, 12:05

“Fənərbağça”da sərt qərar gözlənilir

Futbol
Bu gün, 12:00

Sxadadzenin işsiz günləri başa çatdı

Futbol
Bu gün, 11:55

Azərbaycanda hücumçu onun kürəyindən ayağı ilə vurdu - VİDEO

Basketbol
Bu gün, 11:52

Vaşkeleviçus: Bakının Avropa çempionatına ev sahibliyi edəcəyindən məmnunam

Qarabağ FK
Bu gün, 11:52

Kəpəz – Qarabağ: Gəncədəki XI tura son verən matçın müəyyən vacib məqamı

Futbol
Bu gün, 11:49

Gonsalo Tapia Messinin ona top vurması barədə: Bu, sadəcə oyundakı bir epizod idi

Futbol
Bu gün, 11:45

Arteta: Arsenal ilk hissədə 3-4 top fərqi ilə öndə olmalı idi

Qarabağ FK
Bu gün, 11:30

Xankəndi sakini: "Qarabağ" - "Kəpəz" oyununu gəncəlilərin sektorunda izlədim - MÜSAHİBƏ

Futbol
Bu gün, 11:30

Səudiyyə futbolunun əfsanəsi Ronaldonu tənqid etdi: "Artıq komandaya verə biləcəyi heç nə qalmayıb"

Minifutbol
Bu gün, 11:29

Futzal üzrə hakim‑inspektor Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb

Oxşar xəbərlər