top
Naxçıvanda kikboks üzrə Levent Bulut Fight Night – Nakhchivan turniri keçirilib Report.az
01 sentyabr 2025, 19:01
- +

Naxçıvanda kikboks üzrə "Levent Bulut Fight Night – Nakhchivan" turniri keçirilib

İlham Əliyev adına Olimpiya İdman Kompleksində üzrə uşaq, yeniyetmə və gənclər arasında kikboks üzrə "Levent Bulut Fight Night – Nakhchivan" turniri keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kikboksinq (AKF) Federasiyası və "Ləvənt Bulut – Naxçıvan" döyüş klubunun birgə təşkilatçılığı ilə reallaşan yarışda Türkiyə və Azərbaycandan 12 klubu təmsil edən 120 idmançı qalib adı uğrunda mübarizə aparıb.

Tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov çıxış edərək yarışın əhəmiyyətindən danışıb.

O, belə tədbirlərin idmanın inkişafı, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, o cümlədən vətənpərvər və sağlam gənclik formalaşdırılması baxımından xüsusi rola malik olduğunu vurğulayıb. Gənclər və İdman Nazirliyinin faydalı təşəbbüşləri daim dəstəklədiyini diqqətə çatdıran Məcid Seyidov sonda bütün idmançılara uğurlar arzulayıb.

Yarışın Təşkilat Komitəsinin sədri Etibar Qəribov turnirin uzun müddət yaddaşlarda qalacağına və idmançıların burada böyük təcrübə əldə edəcəyinə ümidvar olduğunu bildirib, dəstəyə görə minnətdarlıq edib.

Öz əzmkarlığı və texnikası ilə izləyənlərə həyəcanlı və maraqlı anlar yaşadan idmançıların mübarizəsində Aylin Hüseynzadə, Ravil Əlməmmədov, Uğur Əliyev, Əsgər Heydərov, Umut Cemal Çoban və Əli Hüseynov kəmər döyüşlərində, Əbülfəz Cəfərov, Məhəmməd Hüseynov, Gülay Hüseynova, Zenfira Məmmədova və Oğuz Məmmədli rəqiblərini məğlub ediblər.

Döyüş gecəsi çərçivəsində müxtəlif yaş və çəki kateqoriyaları üzrə ümumilikdə 60 görüş keçirilib. Görüşlərin sonunda hər bir idmançı mükafatlandırılıb. İdmançılara kubok, diplom və kəmər təqdim olunub.

Qeyd edək edək ki, AKF Hakimlər Kollegiyasının sədri Fəxrəddin Quliyev yarışın baş hakimliyini edib, eyni zamanda federasiyanın nümayəndəsi kimi yarışın təşkilati işlərində əməyi olanlara, fəal məşqçi və həkimlərə AKF-nin fəxri fərmanlarını təqdim edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:46

Sky Sports tərəfindən klubsuz ulduz futbolçulardan ibarət simvolik komanda təqdim edildi

Digər
Bu gün, 19:37

AMADA tərəfindən Azərbaycan Gimnastika, Boks və Sambo Federasiyalarının idmançılarına antidopinq seminarı keçirildi

Digər
Bu gün, 19:37

AMADA tərəfindən Gimnastika, Boks və Sambo federasiyalarının idmançılarına antidopinq seminarı təşkil edildi

Boks
Bu gün, 19:16

U-15 Azərbaycan Boks Kubokunun qalibləri açıqlanıb, Avropa çempionatı heyəti seçildi

Boks
Bu gün, 19:16

U-15 Boks Azərbaycan Kubokunun qalibləri açıqlanıb

Futbol
Bu gün, 19:08

Gəncəbasar 2-1 qalib gəldi, Mingəçevir Zaqatala ilə 2-2 bərabərə qaldı

Digər
Bu gün, 19:03

Azərbaycanın gənc taekvondoçuları Swiss Open turnirində yarışacaq

Digər
Bu gün, 19:03

Azərbaycan gənc taekvondo komandası Swiss Open turnirində iştirak edəcək

Futbol
Bu gün, 18:59

Müller, Kloppun milli komandadakı futbol fəlsəfəsini maraqla gözlədiyini bildirdi

Futbol
Bu gün, 18:00

Ferran Torres: Luis Enrique mənim üçün ata kimi olub

Futbol
Bu gün, 18:00

Ferran Torres: Luis Enrique mənim üçün ata kimidir

Qarabağ FK
Bu gün, 17:53

“Qarabağ”ın sabiq futbolçusu Kamilo Duran Şotlandiyada avqust ayının ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 17:38

Ukrayna və Polşa 2040-cı il FIFA Dünya Çempionatı üçün birgə ev sahibliyi namizədliyini araşdırır

Futbol
Bu gün, 17:38

Ukrayna və Polşa 2040-ci il Dünya Futbol Çempionatı üçün birgə ev sahibliyi namizədliyini araşdırır

Futbol
Bu gün, 17:38

Ukrayna və Polşa 2040‑ci il FIFA Dünya Çempionatı üçün birgə ev sahibliyi namizədliyini araşdırır

Futbol
Bu gün, 17:38

Ukrayna və Polşa 2040-ci ildə Dünya Futbol Çempionatı üçün birgə ev sahibliyi namizədliyini müzakirə edir

Futbol
Bu gün, 17:20

Çağlar Söyüncünün yeni klubunun adı Çorum oldu

Digər
Bu gün, 17:19

Dövlət qurumları əməkdaşları üçün Veloparkda velosiped yarışı təşkil ediləcək

Digər
Bu gün, 17:19

Dövlət əməkdaşları 6 sentyabr saat 10:00‑da Veloparkda velosiped yarışına dəvət olunur

Futbol
Bu gün, 17:11

“Mançester Siti” Aleksandar Pavlovic üçün 100 milyon avro ödəməyə hazırdır

Futbol
Bu gün, 17:00

“Fənərbağça” argentinalı yarımmüdafiəçi Milton Delgado ilə danışıqlara başladı

Futbol
Bu gün, 17:00

Fənərbağça Boca Juniors-undan argentinalı yarımmüdafiəçi Milton Delgado ilə danışıqlara başladı

Voleybol
Bu gün, 16:53

UNEC qadın voleybol komandası gənclərdən ibarət heyətlə yarışa qatılacaq

Futbol
Bu gün, 16:20

Liverpul Gillian Nquessanın keçidini rəsmiləşdirdi

Oxşar xəbərlər