top
Cessi Gi: Müdafiədə komanda şəklində oynamalıyıq - MÜSAHİBƏ Idman.biz
02 fevral 2026, 17:06
- ↺ +

Cessi Gi: "Müdafiədə komanda şəklində oynamalıyıq" - MÜSAHİBƏ

"Özümü çox yaxşı hiss edirəm, fiziki durumum əladır. Öz performansıma gəlincə, düşünürəm ki, hücumda daha aqressiv olmalıyam və qarşıdakı oyunlarda artıracağam"

İdman.Biz xəbər verir ki, NTD-nin basketbolçusu Cessi Gi klubun mətbuat xidmətinə müsahibəsində belə deyib.

Həmin müsahibəni təqdim edirik.

NTD son oyunda "Neftçi"yə məğlub oldu. Sizcə, bu məğlubiyyətin əsas səbəbləri nə idi?

Biz oyunun bütün 40 dəqiqəsi ərzində aqressiv müdafiə oynamadıq və ribaundlarda kifayət qədər sərt mübarizə apara bilmədik. Oyuna yaxşı başladıq və müdafiədə aqressiv idik. Lakin üçüncü hissənin əvvəlində tempi qoruya bilmədik və "Neftçi" bundan istifadə edərək üstünlük qazandı. Bu heyətlə uğur qazanmaq üçün xüsusilə müdafiədə komanda şəklində oynamalıyıq. Bunu 40 dəqiqə ərzində bacarsaq, bizi məğlub etmək çox çətin olar. Hücum bizim problemimiz deyil. Əsas məsələ müdafiədir.

Komandaya yeni qoşulduz. Özünüzü necə hiss edirsiniz və fiziki durumunuzu necə qiymətləndirərdiniz?

Özümü çox yaxşı hiss edirəm, fiziki durumum əladır. Öz performansıma gəlincə, düşünürəm ki, hücumda daha aqressiv olmalıyam və qarşıdakı oyunlarda artıracağam. Eyni zamanda komanda yoldaşlarımı da daha effektiv etmək, onların güclü tərəflərini ön plana çıxarmaq üçün çalışacağam.

NTD-ni seçməyinizə nə səbəb oldu?

NTD uzun illərdir uğurlu klubdur. Komandaya fayda verə biləcəyimə inandığım üçün buraya gəldim. Düşünürəm ki, artıq töhfə verməyə başlamışam, amma daha yaxşı ola bilərəm. İlk oyunlarım bir qədər çətin keçdi, lakin indi sistemə daha yaxşı uyğunlaşıram. Komandaya ehtiyac duyduğu töhfəni vermək istəyirəm. Komandada artıq yaxşı oyunçular var. Bizi birlikdə qələbələr gözləyir.

İki il əvvəl Azərbaycanda, "Xırdalan" klubunda çıxış etmisiniz. Azərbaycan Basketbol Liqasının hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?

Liqa son iki ildə böyük inkişaf yolu keçib. Rəqabət daha da güclənib və bu çox sevindiricidir. Bakı artıq mənim üçün ikinci ev kimidir. İki il ərzində liqanın bu qədər irəliləyiş göstərməsi inanılmazdı. İnanıram ki, gələcəkdə Azərbaycan Basketbol Liqası Avropada güclü liqalardan birinə çevriləcək.

Qarşıdakı oyun "Gəncə"yə qarşı olacaq. Bu matçdan gözləntiləriniz nədir?

Gözləntim sadədir – qələbə. "Gəncə" yaxşı komandadır, amma məğlubedilməz deyil. Nəzarət edə bildiyimiz məqamlara – müdafiəyə, ribaundlarda aqressivliyə, meydanda ünsiyyətə və intizama diqqət yetirsək, istədiyimiz nəticəni qazana bilərik. Oyunun bütün 40 dəqiqəsində düzgün və intizamlı basketbol oynasaq bütün rəqiblərə qarşı uğurlu ola bilərik. Biz hamımız – oyunçular və məşqçilər – bir məqsəd uğrunda çalışırıq. Çətin anlarda da birlikdə qalmalıyıq. Bizdə qələbə üçün bütün komponentlər var, sadəcə onları birləşdirib böyük məqsədə - qələbələrə - çatmalıyıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Futbol
Bu gün, 20:06

"Bolonya" "Montsa"ya qonaq olanda 2:1 hesabıyla qalib gəlmiş və qapıçısının penalti dəf etməsi sayəsində qələbəsini qorumuşdur

Futbol
Bu gün, 20:00

16 yaşlı Cozef Qabriel PSJ və "Bavariya"nı rədd edərək "Real"a yaxınlaşır

Futbol
Bu gün, 19:59

Ceymi Karrager Aston Villa'ya üzr istədi

Futbol
Bu gün, 19:56

Nəriman Axundzadə matçda iştirak etmədi

Qarabağ FK
Bu gün, 19:49

"Qəbələ" ilə "Qarabağ" arasındakı oyun 0:0 hesabı ilə yekunlaşdı

Qarabağ FK
Bu gün, 19:35

“Qarabağ” Qəbələdə “Qəbələ”yə qonaqliq edir və nəticə 0:0 olur

Futbol
Bu gün, 19:35

Messi beşinci sarı vərəqə almasına baxmayaraq, MLS-in "Nümunəvi davranış" qaydası sayəsində cəzadan yayınıb

Basketbol
Bu gün, 19:26

Neftçi 86:84 məğlubiyyə ilə LANDAU Lionsu məğlub etdi

Futbol
Bu gün, 19:16

Bursaspor Türkiyə 1-ci Liqasında Bandırmasporu 3:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 19:04

"Atletiko" səfərdə "Levante"ni 2:0 hesabı ilə məğlub edərək La Liqada liderliyə yüksəldi

Cüdo
Bu gün, 19:01

İbrahim Talıbovun Dakar Olimpiadasındakı ilk potensial rəqibi məlum oldu

Futbol
Bu gün, 18:57

Turan Tovuz-2 və İmişli-2 3:3 nəticəylə məhsuldar heç-heçə

Futbol
Bu gün, 18:50

Gəncə voleybolçuları “Kəpəz” futbol komandası üçün stadiondan dəstək verəcəklər

Futbol
Bu gün, 18:45

“Şəki” klubunun yeni baş məşqçisi Firuddin Mövsümov oldu

Futbol
Bu gün, 18:34

Mançester Yunayted 0:2 ilə Çelsi'ye məğlub oldu – Karrik 16-cı pillədə qaldı

Futbol
Bu gün, 18:23

Mourinyo Qızıl Top Qalibini Təriflədi, Mbappeni Futbol Tarixinə Ən Yaxşı Adlandırdı

Digər
Bu gün, 18:05

Karate dünyə çempionu Selcan Babayevanın Avropa çempionluğu və beynəlxalq arenadakı hədəfləri

Futbol
Bu gün, 17:50

Yuri Maksimov: 'İki xal itirməyin əvəzinə yuxarı pillələrdə daha yaxşı oynayardıq'

Basketbol
Bu gün, 17:45

LANDAU Lionsun baş məşqçisi Erhan Toker məğlubiyyət və hakim qərarlarını tənqid etdi

Futbol
Bu gün, 17:42

Rəşad Sadıqov "Zirə"nin "Araz-Naxçıvan"la 2:2-liyinə dair: "Futbolçularım böyük xarakter göstərdi və sona qədər mübarizə apardılar"

Cüdo
Bu gün, 17:40

Olimpiya çempionu Zelim Kotsoyev adaptiv cüdo məşqində iştirak etdi

Futbol
Bu gün, 17:32

“Sabah”ın rəqibi Norveç klubunun baş məşqçisi papağını üzünə çəkdi - VİDEO

Futbol
Bu gün, 17:10

Legioner olmayan heyətimiz nəticəmizə təsir etdi – Sabir Allahquliyev

Oxşar xəbərlər