U-18 qızlardan ibarət Azərbaycan basketbol millisi FIBA U18 Qadınlar arasında Avropa çempionatının B divizionunda son oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, yığmamız Norveç millisi ilə qarşılaşacaq.
Azərbaycan komandası təsnifat mərhələsində ardıcıl iki qələbə qazanıb. Millimiz əvvəl Şimali Makedoniyanı 75:73, daha sonra Estoniyanı 74:71 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra Azərbaycan yığması iki qələbə ilə qrupda lider mövqedə qərarlaşıb və turnirdəki son qarşılaşmasını da uğurla başa vurmağa çalışacaq.
Azərbaycan - Norveç oyunu 9 avqustda Rumıniyanın Tulça şəhərində keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.