top
Fərid Cəlalov: Voleybolçularımız Avropa arenalarında təcrübə toplayırlar Idman.biz
14 avqust 2025, 16:49
- +

Fərid Cəlalov: "Voleybolçularımız Avropa arenalarında təcrübə toplayırlar"

"Azərbaycan voleybolçuları Avropa arenalarında təcrübə toplayırlar".

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycanın kişilərdən ibarət voleybol millisinin baş məşqçisi Fərid Cəlalov deyib.

O, yığmanın ötən gün Avropa çempionatının seçmə mərhələsində Belçikaya məğlub olmasını şərh edib: "Əslində 0:3 hesabı ilə uduzmuşuqsa, müsbət məqamdan danışmaq çətindir. Lakin əminəm ki, voleybolçularımız Avropa arenalarında ciddi təcrübə toplayırlar. Oyunçularımız əllərindən gələni etdilər. Rəqibin 5 voleybolçusu İtaliya çempionatında çıxış edir. Voleybolçuların müqayisəsini aparsaq, görərik ki, onlar çox güclüdürlər".

Mütəxəssis millinin gənc oyunçulardan təşkil olunmasını xatırladıb: "Dəfələrlə bildirmişəm ki, yığmamız gənc oyunçulardan təşkil olunub. Voleybolçularımız hazırda təcrübə toplamaq mərhələsindədirlər. 3 il əvvəlki millinin heyəti ilə indiki arasında böyük fərqlər var. Kənan Allahverdiyev və Elmin Alışanovdan başqa bütün oyunçular yenidir. Elə oyunçulara şans veririk ki, onlar birinci və ya ikinci dəfədir meydana çıxırlar. Daxili çempionatda çıxış edən gəncləri milliyə cəlb edib, gələcək üçün yetişdirmək istəyirik".

Cəlalov milli komandanın gələcəkdə beynəlxalq yarışlarda uğur qazanacağına inanır: "Düşünürəm ki, yığmamıza 3-4 il sınaq müddəti təyin edilməlidir ki, bu cür yarışlarda güclərini sınasınlar. Qarşıdakı illərdə güclü komandaya çevriləcəyimizə inanıram. Bir problemimiz isə boyla bağlıdır. Avropada çıxış edən voleybolçuların əksəriyyətinin boyları bizim oyunçularımzdan ucadır".

Qeyd edək ki, Azərbaycan millisi avqustun 16-da Avstriyanı qəbul edəcək. Komanda daha əvvəl evdə Belçikaya, səfərdə Avstriyaya 0:3 hesabı ilə uduzub.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:10

Yulian Brandt yayda "Borussiya Dortmund"dan ayrılır

Futbol
Bu gün, 06:05

Qatil Qapıçı Bruno Braziliya Kubokunda Oynadı, Sonra Həbsxanaya Qayıtdı

Boks
Bu gün, 05:14

Konor Makqreqor Ağ Evdə Maykl Çandlerlə döyüşmək planının dəyişdiyini açıqladı

Futbol
Bu gün, 04:12

Viktor Font: "Barselonaya xilaskar yox, layihə lazımdır"

Futbol
Bu gün, 03:15

Rayan Qravenberx "Liverpul"la müqaviləsini 2032-ci ilə qədər uzadıb

Futbol
Bu gün, 02:21

La Liqa: "Barselona" "Atletik"i minimal hesabla məğlub etdi, "Atletiko Madrid" "Real Sosyedad"ı üstələdi və digər oyunların nəticələri

Futbol
Bu gün, 02:15

Meyson Qrinvudun penaltisi "Marsel"ə "Tuluza" üzərində qələbə qazandırıb

Futbol
Bu gün, 02:07

İngiltərə Kubokunda "Mançester Siti", "Çelsi" və "Arsenal" növbəti mərhələyə yüksəliblər

Futbol
Bu gün, 01:51

A Seriyası: "Yuventus" "Piza"nı darmadağın etdi, "Atalanta" - "Udineze" heç-heçə etdi, "Komo" "Kalyari"ni məğlub etdi

Futbol
Bu gün, 01:32

Ronaldusuz "Əl-Nəsr" "Neom" üzərində minimal hesablı qələbə qazanıb

Futbol
Bu gün, 01:19

"Atletiko"nun idman direktoru Qrizmannın MLS-ə transferi şayiələrinə son qoydu: "Bizimlə qalır"

Boks
Bu gün, 01:00

Eddi Hearn: UFC-nin Aspinalla ehtiyacı var, Aspinallın UFC-yə yox

Futbol
Bu gün, 00:42

"Çelsi" və "Arsenal" İngiltərə Kubokunun 1/4 finalına yüksəliblər

Futbol
Bu gün, 00:22

Kristian Kivu "Milan" oyunu öncəsi oyunçuların durumunu açıqlayıb

Futbol
Bu gün, 00:01

Bundesliqa: "Köln" – "Borussiya Dortmund" oyunu başa çatdı və digər oyunların nəticələri - YENİLƏNİR

Futbol
Dünən, 23:58

Hakimlərimiz təhlükəsiz şəkildə vətənə qayıtdılar

Futbol
Dünən, 23:47

"Atletiko Madrid" "Real Sosyedad"ı 3:2 hesabı ilə məğlub edib

Futbol
Dünən, 23:41

"Qalatasaray" "Beşiktaş" üzərində minimal qələbə qazanıb, "Başakşehir" "Göztəpə"ni məğlub edib

Futbol
Dünən, 23:32

A Seriyası: "Atalanta" - "Udineze" Oyunu Heç-Heçə Başa Çatıb, "Komo" Səfərdə Qalib Gəlib

Boks
Dünən, 23:13

Mahaçev və Topuriya Döyüşü Ağ Evdə Keçirilə Bilərdi

Cüdo
Dünən, 23:01

Azərbaycan cüdoçuları Linz "Qran-pri"də daha iki medal qazanıblar, komanda hesabında liderdir

Cüdo
Dünən, 22:54

Könül Eyvazlı Antalya Avropa Kubokunda bürünc medal qazanıb - YENİLƏNİB + FOTO

Futbol
Dünən, 22:44

"Barselona" "Tottenhem"dən Luka Vuşkoviçi transfer etmək istəyir

Futbol
Dünən, 22:27

"Qalatasaray" 10 nəfərlə "Beşiktaş"ı məğlub etdi

Oxşar xəbərlər