top
Günay Məmmədzadə: Özbəkistanla oyunda şansları düzgün dəyərləndirmədik Idman.biz
03 noyabr 2025, 19:46
- +

Günay Məmmədzadə: Özbəkistanla oyunda şansları düzgün dəyərləndirmədik

Dünya çempionatına seçmə xarakter daşıyan oyunda nəticənin Azərbaycan millisinin xeyrinə olmaması yığma üzvlərinin şansları düzgün dəyərləndirməməsi ilə bağlıdır.

Bu barədə "Report"a komandanın üzvü Günay Məmmədzadə deyib.

25 yaşlı qrossmeyster Özbəkistana uduzduqları qarşılaşma haqqında danışıb: "Analıq məzuniyyəti səbəbindən bir müddət peşəkar şahmatdan uzaqlaşmışdım. Təəssüf ki, bu səbəbdən Avropa çempionatı zamanı da millimizin tərkibində iştirak edə bilmədim. Buna baxmayaq, məzuniyyət dövründə formamı itirməmək üçün məşqlərimi və onlayn oyunlarımı davam edirdim".

G.Məmmədzadə bu rəqiblə bütün görüşlərin gərgin mübarizə şəraitində keçdiyini söyləyib:

"Bu qarşılaşma həmçinin mənim üçün uzun fasilədən sonra böyük turnirlərə hazırlıq xarakteri daşıyırdı. İlk üç oyunuma diqqət yetirsək, qələbə vəziyyətlərinin olduğunu görərik. Ancaq təəssüf ki, praktikamda yaranan fasilə uduş vəziyyətlərini qələbəyə çatdırmağıma mane olurdu. Bu turnirdə də formamı bərpa etmək, boşluqları dəyərləndirmək üçün bir şans oldu. Ümumilikdə millimizin oyunlarını da pis dəyərləndirmirəm. Nəticənin bizim xeyrimizə olmaması şansları düzgün dəyərləndirə bilməməyimizlə bağlı idi. Xüsusilə ümumi vəziyyəti bərabərləşdirmək üçün sonuncu matçda qələbəyə çox yaxın idik. Ancaq təəssüf ki, idmanda hər dəfə şans üzünə gülmür. Bu dəfə şans Özbəkistanın tərəfində oldu. Bu cür nəticələr bizi ruhdan salmır, əksinə, əlavə motivasiya verir. Ümid edirəm ki, gələn il Özbəkistanda keçiriləcək olimpiadada ən yaxşı oyunumuzu göstərəcəyik".

Qeyd edək ki, Özbəkistan seçməsi Azərbaycan millisini yekunda 8,5:7,5 hesabı ilə məğlub edib.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:03

„Zirə“nin müdafiəçisi: „İlk oyunda qələbə heç nəyə zəmanət vermir“

Futbol
Bu gün, 21:32

Məhəmməd Salah “Çelsi”yə keçə bilər

Futbol
Bu gün, 21:01

Ceydon Sanço “Borussiya Dortmund”a yenidən qayıda bilər

Futbol
Bu gün, 20:57

Arsenal Kristos Tzolisi transfer etmək istəyir

Futbol
Bu gün, 20:46

Rəşad Sadıqov UEFA Konfrans Liqasından əvvəl etiraf etdi

Futbol
Bu gün, 20:30

Almaniya Futbol Birliyi İnfantinonun yenidən FIFA prezidenti seçilməsini dəstəkləməyib

Gimnastika
Bu gün, 20:27

Azərbaycan atleti Ramil İsmayılov U-18 Avropa çempionatında iştirak edəcək

Futbol
Bu gün, 20:15

Maykl Olise “Real Madrid”ə keçmək istəyini bildirib

Futbol
Bu gün, 19:59

Harri Keyn Argentina ilə oyun ərəfəsində motivasiyaedici paylaşım edib

Digər
Bu gün, 19:58

Gəncədə beynəlxalq karate turniri keçiriləcək

Futbol
Bu gün, 19:28

FİFA Dünya Çempionatının finalında fasilə uzada bilər

Güləş
Bu gün, 19:12

Yeniyetmə güləşçilər U17 dünya çempionatına hazırlaşır

Futbol
Bu gün, 18:59

Dünya çempionatından sonra Kristian Romero klubunu dəyişəcək

Futbol
Bu gün, 18:57

Laport dünya çempionatının yarımfinalında doğma ölkəsini məğlub edən ilk futbolçu olub

Futbol
Bu gün, 18:41

Kərim Adeyemi Barselonaya transferi başa çatdırmaq üçün şəhərə gəlib

Futbol
Bu gün, 18:29

Alan Şirer İngiltərənin finala çıxacağına əmin oldu

Futbol
Bu gün, 18:26

Fransa Milli Komandasının Məğlubiyyəti ilə Əlaqədar Parisdə 98 Nəfər Həbs Edilib

Digər
Bu gün, 18:10

Azərbaycan atletləri üçün antidopinq seminarı keçirilib

Voleybol
Bu gün, 17:55

Azərbaycan voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub

Güləş
Bu gün, 17:36

Azərbaycan cüdoçuları ilin ilk yarısında 109 medal qazandı

Minifutbol
Bu gün, 17:33

Ehtiram Şahverdiyev „Səbail“ə keçib

Futbol
Bu gün, 17:20

Fənərbağça Olle Vatkinsi transfer edə bilər

Gimnastika
Bu gün, 16:53

Atletika üzrə Avropa çempionatında Azərbaycanı Ramil İsmayılov təmsil edəcək

Futbol
Bu gün, 16:39

"Səbail" Ehtiram Şahverdiyevi transfer edib

Oxşar xəbərlər