Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisi Namiq Ələsgərovu heyətinə qatıb. 31 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi "sarı-göylər"in formasını geyinəcək.
Qeyd edək ki, Namiq Ələsgərov son mövsümdə "Zirə"nin heyətində çıxış edib. 2015/2016-cı il mövsümünün ikinci yarısında "Kəpəz"in formasını geyinən futbolçu 15 oyunda 3 qola imza atıb. Namiq Ələsgərov Azərbaycan millisinin də formasını geyinib.
Qeyd edək ki, "Kəpəz" bu yay Rojerio Santos, Vadim Abdullayev, Azuma Abubakar, Urfan Abbasov, Kennet Kalunqa və Viktor Stinanı da heyətinə cəlb edib.