top
Azərbaycan Şahmat Çempionatının Rapid və Blits Növləri Üzrə Qalibləri Bəlli Oldu - FOTO Idman.biz
08 dekabr 2025, 15:21
- +

Azərbaycan Şahmat Çempionatının Rapid və Blits Növləri Üzrə Qalibləri Bəlli Oldu - FOTO

Kişi və qadınlar arasında şahmatın rapid və blits növü üzrə təşkil edilən Azərbaycan çempionatında qaliblər müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Respublika Şahmat Mərkəzində təşkil edilən yarış dörd gün davam edib.

Qadınların yarışında iki turnirin cəminə əsasən 13 xal toplayan Türkan Məmmədyarova 1-ci yeri tutub. Eyni xala malik Mələk İsmayıl əlavə göstəricilərə əsasən ikinci yerlə kifayətlənib. Üçüncü yerdə 12 xal toplayan Ləman Hacıyeva qərarlaşıb. Hərəyə 11.5 xal toplayan Nərmin Abdinova və Ayan Allahverdiyeva 4-5-ci yerləri bölüşüb.

Kişilərin yarışında isə qalib adını yığmanın liderlərindən biri olan Rauf Məmmədov qazanıb. Cari ildə klassik şahmatda da Azərbaycan çempionu olan R.Məmmədov 14 xalla bütün rəqiblərini geridə qoyub. Çempiondan 1 xal az toplayan Murad İbrahimli ikinci yerdə qərarlaşıb. Hərəyə 12.5 xal toplayan Read Səmədovla Aydın Süleymanlı yarışı müvafiq olaraq 3-4-cü yerdə başa vurub. İlk beşliyi 11.5 xalla Məhəmməd Muradlı tamamlayıb.

Azərbaycan çempionatının bağlanış mərasimində medal və diplomları yarışın baş hakimi Lütfiyar Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi Raul Quliyev və Respublika Şahmat Mərkəzinin direktoru Elşən Məmmədov təqdim edib.

Qeyd edək ki, çempionatda 32 kişi və 20 qadın şahmatçı mübarizə aparıb. Qalib rapid və blits nəticələrin cəminə əsasən müəyyənləşib. kişi və qadınlar arasında ölkə çempionatının ümumi mükafat fondu 10 min manat təşkil edib. Həm kişilərin, həm də qadınların turnirində ilk üç yeri tutan şahmatçılar dünya çempionatına ezam olunacaq.

Dünya çempionatı 25-31 dekabrda Qətərin paytaxtı Dohada keçiriləcək.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 20:27

Azərbaycan atleti Ramil İsmayılov U-18 Avropa çempionatında iştirak edəcək

Futbol
Bu gün, 20:15

Maykl Olise “Real Madrid”ə keçmək istəyini bildirib

Futbol
Bu gün, 19:59

Harri Keyn Argentina ilə oyun ərəfəsində motivasiyaedici paylaşım edib

Digər
Bu gün, 19:58

Gəncədə beynəlxalq karate turniri keçiriləcək

Futbol
Bu gün, 19:28

FİFA Dünya Çempionatının finalında fasilə uzada bilər

Güləş
Bu gün, 19:12

Yeniyetmə güləşçilər U17 dünya çempionatına hazırlaşır

Futbol
Bu gün, 18:59

Dünya çempionatından sonra Kristian Romero klubunu dəyişəcək

Futbol
Bu gün, 18:57

Laport dünya çempionatının yarımfinalında doğma ölkəsini məğlub edən ilk futbolçu olub

Futbol
Bu gün, 18:41

Kərim Adeyemi Barselonaya transferi başa çatdırmaq üçün şəhərə gəlib

Futbol
Bu gün, 18:29

Alan Şirer İngiltərənin finala çıxacağına əmin oldu

Futbol
Bu gün, 18:26

Fransa Milli Komandasının Məğlubiyyəti ilə Əlaqədar Parisdə 98 Nəfər Həbs Edilib

Digər
Bu gün, 18:10

Azərbaycan atletləri üçün antidopinq seminarı keçirilib

Voleybol
Bu gün, 17:55

Azərbaycan voleybol klublarının avrokuboklardakı rəqibləri bəlli olub

Güləş
Bu gün, 17:36

Azərbaycan cüdoçuları ilin ilk yarısında 109 medal qazandı

Minifutbol
Bu gün, 17:33

Ehtiram Şahverdiyev „Səbail“ə keçib

Futbol
Bu gün, 17:20

Fənərbağça Olle Vatkinsi transfer edə bilər

Gimnastika
Bu gün, 16:53

Atletika üzrə Avropa çempionatında Azərbaycanı Ramil İsmayılov təmsil edəcək

Futbol
Bu gün, 16:39

"Səbail" Ehtiram Şahverdiyevi transfer edib

Futbol
Bu gün, 16:20

Lamin Yamalın start heyətdə olduğu oyunlarda İspaniya millisinin məğlub olması mümkün deyil

Boks
Bu gün, 16:13

Azərbaycan milli boks komandası Avropa çempionatına hazırlaşır

Digər
Bu gün, 16:02

II "Ganja Cup" üzgüçülük yarışı

Futbol
Bu gün, 15:32

Mahir Emreli Polşaya qayıdır

Futbol
Bu gün, 15:13

Əmrah Bulud „Şirvan“da

Boks
Bu gün, 15:00

Azərbaycan gənclər boks milli komandası Almaniyanıń Frankfurt şəhərində 6 medal qazandı

Oxşar xəbərlər