top
XXV Qış Olimpiya Oyunlarının Bağlanış Mərasimi: Detallar və Azərbaycan İdmançılarının İştirakı Idman.biz
19 fevral 2026, 15:35
- +

XXV Qış Olimpiya Oyunlarının Bağlanış Mərasimi: Detallar və Azərbaycan İdmançılarının İştirakı

İtaliyanın Milan və Kortina şəhərlərinin ev sahibliyi etdiyi 25-ci Qış Olimpiya Oyunları fevralın 22-də möhtəşəm bağlanış mərasimi ilə başa çatacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, tədbir Bakı vaxtı ilə saat 23:00-da Verona Arenasında keçiriləcək.

"Filmmaster" tərəfindən hazırlanan və "Grand Finale" (Möhtəşəm Final) adlandırılan bədii proqram İtaliyanın zəngin mədəniyyətini, incəsənətini və sarsılmaz idman ruhunu dünyaya nümayiş etdirəcək. Mərasimdə idmançıların əzmkarlığı, qazanılan nailiyyətlər xüsusi bədii kompozisiyalarla qeyd olunacaq və ənənəvi Olimpiya bayrağı növbəti ev sahibi şəhərə ötürüləcək.

Qeyd edək ki, Verona Arenası həm builki bağlanışa, həm də qarşıdan gələn Paralimpiya Oyunlarının açılış mərasiminə ev sahibliyi etməklə beynəlxalq arenada ölkənin qonaqpərvərlik rəmzinə çevriləcək.

Bağlanış mərasimi üçün bu arenanın seçilməsi təsadüfi deyil. Bu ikonik amfiteatr İtaliyanın zəngin mədəni irsini təcəssüm etdirir və qlobal əhəmiyyətli bir tədbiri yekunlaşdırmaq üçün bənzərsiz mühit yaradır. Burada məkanın şanlı keçmişi idmanın gələcəyi ilə qovuşur.

Xatırladaq ki, bu mötəbər idman yarışında Azərbaycanı iki idmançı - dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev təmsil edib.

Fevralın 10-da V. Litvintsev Milan şəhərində yerləşən "Mediolanum Forum" arenasında qısa proqramda yarışıb. Onun çıxışı 63.63 balla qiymətlənidirilib və bu nəticə ilə ilk "24-lüy"ə düşə bilmədiyindən sərbəst proqram yarışlarına vəsiqə qazana bilməyib.

Digər təmsilçimiz Anastasiya Papatoma isə fevralın 18-də dağ xizəyinin slalom yarışlarında mübarizə aparıb. Kortina d`Ampetsodakı Tofane Alp Xizək Mərkəzində keçirilən yarışda 92-ci sırada mübarizəyə başlayan Anastasiya Papatoma ilk enişində 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb. İkinci enişinə isə 59-cu sırada başlayan 18 yaşlı idmançı 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb. Bununla da o, hər iki cəhdin yekunlarına əsasən, 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarındakı çıxışını 51-ci yerdə başa vurub. Onun bu çıxışı Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur.

XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir. İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğrunda mübarizə aparırlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:39

Karim Rossi'nin qolu və sevinc anı sarı vərəqə səbəb oldu - VİDEO

Futbol
Bu gün, 00:38

Şamaxı 4-1 hesabına Kəpəzi məğlub etdi - Video

Futbol
Bu gün, 00:38

Şamaxı Kəpəz üzərində 4-1 qalib gəldi - Video

Futbol
Bu gün, 00:38

Kəpəz – Şamaxı matçının 1:4 nəticəsi - Video icmalı

Tennis
Bu gün, 00:03

Arina Sobolenko US Open-də marixuana iyinin qoxusuna görə matçı dayandırdı

Tennis
Bu gün, 00:03

Arina Sobolenko marixuana iyinin güclü qoxusuna görə matçı dayandırdı

Futbol
Dünən, 23:49

Liverpool 18 yaşlı hücumçunu transfer etdi

Futbol
Dünən, 23:38

Qəbələ – İmişli matçının 2:1 qalibiyyəti və 3 qol – Video icmalı

Futbol
Dünən, 23:38

Qəbələ – İmişli matçının 2:1 qələbəsi – Video icmalı

Futbol
Dünən, 23:38

Qəbələ – İmişli matçının 3 gollü video icmalı

Futbol
Dünən, 23:37

PSJ baş məşqçisi Luis Enrike və beş oyunçu ilə müqavilələri uzatdı

Futbol
Dünən, 23:37

PSJ Luis Enrike və beş oyunçunun müqavilələrini 2030‑2031-ci illərə qədər uzatdı

Futbol
Dünən, 23:07

Qalatasaray, Başakşəhəri 3-2 hesabla məğlub etdi

Futbol
Dünən, 22:24

"Barselona" klubu tarixdə ilk dəfə 1 milyard avrodan çox gəlir qazandı

Futbol
Dünən, 22:24

Barselona futbol klubunun gəlirləri tarixdə ilk dəfə 1 milyard avronu keçdi

Futbol
Dünən, 21:59

Qəbələ məşqçisi Amil Ağacanov: “İmişlini 2:1 məğlub edərək daha yaxşı hazırlandıq”

Futbol
Dünən, 21:56

Sabahın Slaviya qarşılaşmasında Denis Halinski icarəyə verildi

Futbol
Dünən, 21:56

Sabahın rəqibi Slaviada oyunçunun ayrılması

Futbol
Dünən, 21:56

Slaviya klubunda ayrılıq – Denis Halinski icarəyə verildi

Futbol
Dünən, 21:56

Sabahın rəqibi Slaviya klubundan ayrıldı

Futbol
Dünən, 21:43

Kilian Mbappe avqustun yekunlarına görə Real Madrid-in ən yaxşı futbolçusu seçildi

Futbol
Dünən, 21:43

Real Madridun hücumçısı Kylian Mbappe avqust ayının ən yaxşı futbolçusu seçildi

Futbol
Dünən, 21:43

Mbappe avqust ayının Real Madrid‑in ən yaxşı futbolçusu seçilib

Futbol
Dünən, 21:43

Real Madridın hücumçısı Kilyan Mbappe avqustun ən yaxşı futbolçusu seçildi

Oxşar xəbərlər