top
Suqovuşanda “Prezident Kuboku-2025” reqatasının açılış mərasimi baş tutub Idman.biz
30 aprel 2025, 12:00
- +

Suqovuşanda “Prezident Kuboku-2025” reqatasının açılış mərasimi baş tutub

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2025" reqatasının açılış mərasimi keçirilib.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Qarabağın dilbər guşəsi olan Suqovuşanda təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Avarçəkmə və Kanoe Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev xarici ölkələr tərəfindən turnirə marağın günü-gündən artığını və bunun sevindirici olduğunu qeyd edib.

Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Yan Zunqrana avarçəkmənin Azərbaycanda son illərdə olduqca inkişaf etdiyini vurğulayıb. O, qonaqpərvərliyə və səmimi qarşılanmaya görə AKAF-a təşəkkür edib.

Reqatanın Suqovuşanda artıq 5-ci ildir keçirildiyini xatırladan gənclər və idman naziri Fərid Qayıbov təşkilatçılığın ildən-ilə təkmilləşdiyini deyib. Nazir idmançıların yarışdan zövq alacaqlarına inandığını bildirib.

Rəsmi çıxışlardan sonra turnir açıq elan olunub

Qeyd edək ki, "Prezident Kuboku-2025" beynəlxalq reqatasında 20-dən çox ölkədən 200-dən artıq idmançı iştirak edir. Bu gün Suqovuşanda start götürəcək yarış mayın 1-2-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə güclərini yoxlayacaqlar.

Mayın 2-də Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında reqatanın bağlanış mərasimi keçiriləcək. Bağlanış mərasimində əvvəl qaliblər mükafatlandırılacaq. Kayak-kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Reqataya hər zaman olduğu kimi atəşfəşanlıqla yekun vurulacaq.

"Prezident Kuboku" reqatası ardıcıl üçüncü ildir Avropa Kanoe Assosiasiyasının (ECA) rəsmi təqvim planına daxil edilib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:46

Messi 2026-cı il Dünya Çempionatında ən çox hədələnən oyunçu olub

Voleybol
Bu gün, 19:28

Azərbaycan voleybol çimərlik yığmaları beynəlxalq turnirdə

Futbol
Bu gün, 19:16

Sabah - Orhus matçından əvvəl açıq məşq keçirib

Futbol
Bu gün, 18:59

Xeronimo Rulli “Mançester Siti”yə transfer olunacaq

Digər
Bu gün, 18:29

Səbail" Boluda yay toplanışını keçirəcək

Futbol
Bu gün, 18:29

"Səbail" klubu Boluda hazırlıq toplanışını keçirəcək

Futbol
Bu gün, 18:12

Sabah - Orhus matçına çox ciddi hazırlaşdıq

Futbol
Bu gün, 17:51

"Yuventus" Kenan Yıldızın transferinə 100 milyon avro tələb edir

Boks
Bu gün, 17:40

Azərbaycanı qitə çempionatında 13 boksçu təmsil edəcək

Futbol
Bu gün, 17:39

10 il əvvəl Modriçlə şəkil çəkdirən gənc futbolçu indi Milanın heyətində kumiri ilə oynayır

Futbol
Bu gün, 17:18

AFFA rəsmisi UEFA-nın matç direktoru kimi Tbilisidə səfərdə olub

Güləş
Bu gün, 17:07

Azərbaycan güləşçiləri Rumıniya turnirində 5 medala sahib olublar

Futbol
Bu gün, 17:00

Kəpəz”ə Kiyev “Dinamo”sunun keçmiş futbolçusu qoşuldu

Olimpiada
Bu gün, 16:55

Azərbaycan paraüzgüçülərinin uğurları: ötən illər və gələcək perspektivləri

Boks
Bu gün, 16:41

U-19 Avropa boks çempionatında Azərbaycanı 13 idmançı təmsil edəcək

Futbol
Bu gün, 16:40

Beşiktaş Duşan Vlahoviçə 8 milyon avro maaşla müqavilə təklif edib

Futbol
Bu gün, 16:20

Vest Hem Ceymi Vardi ilə maraqlanır

Voleybol
Bu gün, 16:13

Xilasedici voleybol komandası çexiyalı voleybolçu ilə güclənib

Futbol
Bu gün, 16:00

Braziliyalı hücumçu Rene Azərbaycan klubunun təklifini rədd etdi

Futbol
Bu gün, 15:50

„Neftçi“nin keçmiş futbolçusu „Karvan-Yevlax“da

Futbol
Bu gün, 15:40

Atletiko "Lill"dən 35 milyonluq təklif etdi

Futbol
Bu gün, 15:28

Karvan-Yevlax Lətif Rzayevi transfer edib

Futbol
Bu gün, 15:00

Araz-Naxçivan icarə əsasında Neftçinin hücumçusunu heyətinə cəlb edib

Futbol
Bu gün, 14:50

„Karvan-Yevlax“ „İmişli“dən futbolçu transfer edib

Oxşar xəbərlər