Azərbaycanın dörd atıcısı III MDB Oyunlarında finala yüksəlib.
"Report"un yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, 10 metr məsafəyə pnevmatik tüfəngdən atəş açmada Ramiz Xəlilov həlledici raunda yüksəlib.
Bundan əlavə, Vladislav Kalmıkov, Leyli Əliyeva, Xanna Əliyeva eyni məsafəyə pnevmatik tapançadan atəş açmada finala adla bilib.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
III MDB Oyunları finala vəsiqə Azərbaycan atıcıları