top
İdman, biz və Olimpiada: Korona üzərində qələbə – TƏHLİL İdman.biz
07 iyun 2024, 13:13
- +

İdman, biz və Olimpiada: Korona üzərində qələbə – TƏHLİL

İyulun 26-da açılış mərasimi təşkil olunacaq Paris-2024 Yay Olimpiya Oyunlarının startına 49 gün qalıb.

İdman.biz 7 həftədən sonra cümə günü start götürəcək dördilliyin ən mötəbər multiidman yarışına həsr olunan silsilə yazıları davam etdirir.

Paris-2024-ə qədər olan müddətdə Azərbaycan idmançılarının müstəqillik illərində qatıldığı yay Olimpiadalarını xatırlayırıq. Debütü 1996-cı ildə Atlantada rəsmiləşən Azərbaycan millisi Sidney, Afina, Pekin, London və Rionun ardınca özünün 7-ci gerçəkləşdirib.

Ən bahalı Olimpiada

32-ci Oyunlara ev sahibliyinə 3 namizəd olub. İstanbul və Madridlə mübarizədə qalib gələn Tokio 2-ci dəfə Olimpiadanı qəbul etmək imkanı qazanıb. 1964-cü ildə də bu yarışın təşkilatçısı olan Yaponiya paytaxtı bu dəfə ağır problemlərlə üzləşib. Bütün dünyanı ağuşuna alan və hər kəs üçün kabusa çevrilən koronovirus Olimpiadanı da təhlükə altına salıb. Qara buludlar altında qalan yarış bir neçə dəfə təxirə salınıb, ləğvi ehtimalı yaranıb. Hətta Afinada yandırılan Olimpiya məşəli estafetini dayandıraraq Fukusima şəhərində xüsusi yerdə saxlanılıb. Yekunda Olimpiada bir il sonra baş tutub. Tarixdə ilk dəfə belə təxirəsalınma yaşanıb. 2021-ci ildən baş tutan Tokio-2020-nin adı dəyişməz qalsa da, COVİD-19 protokolları, məhdudiyyətlər və qadağalarla keçib. Tamaşaçılarsız, qapalı şəkildə keçirilən Oyunlar tarixə ən bahalı Olimpiada kimi düşüb. Yarışa ümumilikdə 20 milyard dolardan artıq vəsait xərclənib. Yekunda 204 ölkə və 2 əlavə komandadan ümumilikdə 11 mindən artıq idmançı 33 növdə 339 dəst medal üçün mübarizə aparıb.

İlk azalma: Asiya "dördlər"i

Hər Olimpiadada daha çox idmançı ilə təmsil olunmaq ənənəsinə malik Azərbaycan millisinin bu seriyası Tokioda qırılıb. Əvvəlki iki yarışda bu rəqəm "50"ni keçmişdisə, Yaponiyaya 44 idmançımız gedib. Bu, 13 il əvvəlki göstəricinin təkrarı olub. Yığmamız yenə Asiyada eyni sayda – "dördlər"in ifadə etdiyi ikirəqəmli ədədli idmançı ilə təmsil olunub.
Onlardan 28-i kişi, 16-sı qadın idmançı olub. Çıxış etdiyimiz idman növlərinin sayında da azalma yaşanıb. Son iki yarışda 14 növdə idmançısı olan millimiz bu dəfə
"13"lə kifayətlənib.

İki uğursuz cəhd

Əvvəlki Olimpiadalarda olduğu kimi yenə komanda idman növlərindəki təmsilçilərimiz yarışdan kənar qalıb. Qadın voleybolçularımız bunun üçün iki imkan qazansa da, şansları qaçırıblar. Millimiz öncə Braziliyadakı təsnifat turnirində oynayıb. Dörd komandalı yarışda Dominikan Respublikasına 0:3, Braziliyaya 2:3 hesabı ilə uduzan yığmamız Kamerunu üstələyib - 3:0. Yeganə vəsiqəni meydan sahibləri qazanıbsa, millimiz üçüncülüklə kifayətlənib. Niderlandın Apeldorn şəhərindəki Avropa Təsnifat Turniri də uğursuz olub. Qrupda Niderlanda 0:3, Bolqarıstana 1:3, Polşaya 0:3 hesabı ilə uduzan yığma turniri sonuncu sırada bitirib.

Oxu daşa dəyənlər

Millimizin Rio-2016-da təmsil olunduğu növlərdən üçü bu dəfə kənarda qalıb. Kamandan oxatmada beş il əvvəl reallaşan debütün davamı gəlməyib. Avarçəkənlər və kanoeçilər iki Olimpiadaya qatıldıqdan sonra Yaponiya paytaxtına yollanmayıblar. Əvəzində iki növdə debüt gerçəkləşib. Badminton və ilk dəfə Olimpiada proqramına daxil edilən karatedə Azərbaycan idmançıları da iştirak ediblər. Eyni zamanda, stend atıcılığında da Pekin-2008-dən 13 il sonra yığmamızın qayıdışı müşahidə olunub.

Xalçada het-trik

Güləş millilərimiz "Gündoğar ölkə"yə cəmi 7 idmançı ilə yollanıb. Bu, tarixin antirekordu idi. Hətta iki növdə təmsil olunduğumuz vaxtlar güləşçilərin sayı daha çox olub. Rio ilə müqayisədə sərbəst güləşdə ikiqat, yunan-Roma güləşində iki dəfədən də çox azalma yaşanıb. Bu dəfə 14 deyil, cəmi 7 pəhləvan olsa da, millimizə ən çox mükafatı məhz güləşçilər qazandırıb. Hər növdə bir idmançımız fərqlənsə də, bu medalların əyarı qızıl olmayıb. Yeganə final sərbəst güləşə təsadüf edib. Hacı Əliyev həlledici qarşılaşmada uduzaraq gümüşlə kifayətlənib. Şərif Şərifov medalın bir addımlığında – bürünc görüşündə uduzub, Turan Bayramov 1/4 finalda dayanmaqla 8-ci yeri tutub. "Klassiklər"dən Rafiq Hüseynovun qazancı 3-cü yer olub. İslam Abbasov isə 1/8 finaldakı ilk görüşündə uduzub. Onun kimi erkən uduzan Elis Manolova təsəlliverici mərhələyə qatılmaq imkanı qazansa da, yenə məğlubiyyətlə üzləşib. Digər qadın güləşçimiz Mariya Stadnik yarımfinalda xalçadan məyus ayrılsa da, bürünc mübarizəsində qalib olub.

İlk və son şans

Karate millimiz tarixində ilk, hələlik sonuncu dəfə Olimpiadaya yollanıb. Tokio-2020-nin proqramına daxil edilən bu növ yığmamız üçün medal şansı olub. Üç idmançımızdan ikisi bu istəyinə çatıb. İki gümüş yetərincə böyük uğur sayılsa da, dəfələrlə dünya çempionu olan Rafael Ağayev və İrina Zaretska qızıl üçün getdikləri Oyunlarda qazanılan gümüşdən razı qala bilməz. Digər karateçimiz Firdovsi Fərzəliyev isə 5-ci yeri tutub.

Rinqin ənənəsinə davam

Boks yığmamız Yaponiyaya Rio-2016 ilə müqayisədə iki dəfədən də artıq azalmış heyətlə yollanıb. Amma bu da millinin ənənəsini pozmayıb. Yalnız Atlantada medalsız qalan boksçularımız ardıcıl 6-cı Olimpiadadan medal gətirməyi bacarıblar. Bu dəfə qazanc bir bürünc olub. Alfonso Dominqes iki qələbə ilə yarımfinala yüksəlib. Buradakı məğlubiyyət isə ona üçüncülüklə kifayətlənməsinə mane ola bilməyib. Digər boksçularımızdan ikisi 1/16, ikisi isə 1/8 finalda büdrəyib.

İlk, tatamidə rekord, tarixdə ikinci dəfə

Tokioda ən böyük heyətlə təmsil olunan yığmamız cüdoçular olub. Komandamız səfərə 9 idmançı ilə çıxıb. Bu həm də tarixdə ikinci hadisə olub ki, Olimpiadada hansısa növdə təmsilçi sayı güləşi qabaqlayıb. Afina-2004-də buna boks nail olub. Həm də cüdo yığmamız öz tarixinin ən yaxşı nəticəsinə imza atmaqla 9 lisenziya əldə edib. Amma tam heyətlə Olimpiadaya yollanan kişilərdən ibarət milli tatamini məyus tərk edib. Rüstəm Orucovun 5-ci yeri istisna olmaqla heç bir nəticə qazanılmayıb. Onun 4 komanda yoldaşı 1/8, biri 1/16 finalda dayanıb. Yeganə medalı İrina Kindzerska əldə edib. O, bürüncə sahib çıxmaqla qadın cüdosunda Azərbaycanın ilk mükafatçısı olub.

Medalın yaxınlığında qalan ümidlər

Beş il əvvəl medalları ilə bizləri sevindirən taekvondo yığmamız bu dəfə Vətənə əliboş qayıdıb. Milad Beiqi Harçeqani yarımfinalın bir addımlığında olsa da, 1/4 final səddini keçə bilməyib. Ümidlər bəslənən Anna Başta qılıncoynatmada 1/8 finalda büdrəyib. İlk dəfə Olimpiadaya 4 vəsiqə qazanan gimnastlarımız Tokioya özləri üçün rekord sayda – 8 idmançı ilə yollanıb. Buna yenidən qrup hərəkətlərində mübarizə aparmaq səbəb olub. Ən yaxşı nəticə də 10-cu yeri tutan yığmanın hesabına yazılıb.

Finiş hardadır?

Medal gözləmədiyimiz idman növlərində xoş sürpriz yaşanmayıb. Sayı ikiqat azalan atletlərimiz mübarizəni təsnifat mərhələsində dayandırıb. Badmintondakı debüt qrup mərhələsində başa çatıb. Bu dəfə velosipedçimiz finişə çatmayıb. Bu idman növündəki təmsilçilərimizin sayında da azalma yaşanıb. Triatlonda ikinci cəhd də heç nəylə yadda qalmayıb. Üzgüçülərimizlə atıcılarımız da təsnifat mərhələsini keçmək gücündə olmayıblar.

25 il sonra qızıl həsrəti

Millimiz "Gündoğar ölkə"də ümumilikdə 7 medal qazanıb. Tarixində ikinci dəfə Oyunları qızıl medalsız başa vuran yığmamız Atlanta-1996-dakı kimi çempionluq yaşamayıb. Ardıcıl 5 Olimpiadada ən azı bir qızılın qazanılması tendensiyası "viruslu Tokio-2020"də bitib. İdmançılarımız yekunda 3 gümüş və 4 bürünclə yekunlaşdırıb. Təmsilçilərimiz 4 fərqli növdə medala yiyələnib. Nəticədə komandamız medal sıralamasında 67-ci olub. Bu, tarixin antirekordu olub ki, yığmamız Atlanta-1996-dakı ilə müqayisədə 6 pillə aşağı yuvarlanıb.

N

İdmançı

Növ

Yer

1

Aişə Qurbanlı

Cüdo, 48 kq

1/16 finalda uduzub

2

Alfonso Dominqes

Boks, 81 kq

3

3

Anna Başta

Qılıncoynatma, sablya

1/8 finalda uduzub

4

Anna Skidan

Atletika, çəkicatma

16

5

Cavid Çələbiyev

Boks, 63 kq

1/8 finalda uduzub

6

Edi Reski Dviçayo

Badminton

Qrupda 2-ci yer

7

Elçin Əsədov

Velosiped, şosse

Finişə çatmayıb

8

Elis Manolova

Qadın güləşi, 68 kq

10

9

Emin Cəfərov

Stend atıcılığı, skit

26

10

Fəridə Əzizova

Taekvondo, +67 kq

1/8 finalda uduzub

11

Firdovsi Fərzəliyev

Karate, 67 kq

Qrup mərhələsində 5-ci

12

Hacı Əliyev

Sərbəst güləş, 65 kq

2

13

İrina Kindzerska

Cüdo, +78 kq

3

14

İrina Zaretska

Karate, +61 kq

2

15

İslam Abbasov

Yunan-Roma güləşi, 87 kq

13

16

İvan Tixonov

İdman gimnastikası

45

17

Kəramət Hüseynov

Cüdo, 60 kq

1/8 finalda uduzub

18-22

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova, Darya Sorokina

Bədii gimnastika, qrup hərəkətləri

10

23

Lorenso Sotomayor

Boks, 69 kq

1/16 finalda uduzub

24

Maksim Şemberev

Üzgüçülük, 400 m kompleks

26

25

Marina Nekrasova

İdman gimnastikası

70

26

Mariya Stadnik

Qadın güləşi, 50 kq

3

27

Məhəmməd Abdullayev

Boks, +91 kq

1/8 finalda uduzub

28

Məmmədəli Mehdiyev

Cüdo, 90 kq

1/8 finalda uduzub

29

Məryəm Şeyxəlizadə

Üzgüçülük, 100 m batterflyay

30

30

Milad Beiqi Harçeqani

Taekvondo, 80 kq

1/4 finalda uduzub

31

Murad Fətiyev

Cüdo, 81 kq

1/8 finalda uduzub

32

Nazim Babayev

Atletika, üçtəkanla tullanma

15

33

Orxan Səfərov

Cüdo, 66 kq

1/16 finalda uduzub

34

Rafael Ağayev

Karate, 75 kq

2

35

Rafiq Hüseynov

Yunan-Roma güləşi, 77 kq

3

36

Rostislav Pevtsov

Triatlon

41

37

Ruslan Lunyov

Güllə atıcılığı, tapança, 10 m

25 m

20

21

38

Rüstəm Orucov

Cüdo, 73 kq

5

39

Şərif Şərifov

Sərbəst güləş, 97 kq

5

40

Tayfur Əliyev

Boks, 57 kq

1/16 finalda uduzub

41

Turan Bayramov

Sərbəst güləş, 74 kq

8

42

Uşanqi Kokauri

Cüdo, +100 kq

1/8 finalda uduzub

43

Zelim Kotsoyev

Cüdo, 100 kq

1/8 finalda uduzub

44

Zöhrə Ağamirova

Bədii gimnastika

18

Vüqar Xeyrullayev
İdman.biz

Rəylər (0)

Son xəbərlər

Futbol
Bu gün, 00:07

PSJ Hakimi ilə razılığa gəlib

Futbol
Dünən, 23:17

Renatın komandası 3 xala sevinib

Futbol
Dünən, 23:15

AFFA-nın “payız nağılı”na…

Futbol
Dünən, 22:18

Suares "İnter Mayami"də qalmaq istəyir

Basketbol
Dünən, 22:00

"Lənkəran”ın baş məşqçisi: "Əlimizdən gələni edəcəyik"

Futbol
Dünən, 21:50

Ançelotti Karvahala əvəzedici axtarmır

Futbol
Dünən, 21:30

Niderland millisinin və "Roma"nın sabiq futbolçusu karyerasını başa vurdu

Futbol
Dünən, 21:23

Azər Bağırov: "Yaratdığımız qol epizodundan istifadə edə bilsəydik..."

Gimnastika
Dünən, 21:00

İslandiya qalib oldu

Futbol
Dünən, 20:56

Qurban Qurbanov: "Mənə kim sifariş edə bilər ki?"

Futbol
Dünən, 20:43

Azər Bağırov: "Hakimlikdən şikayət etməyəcəm"

Futbol
Dünən, 20:19

Sərxoş Azarın het-triki və ya Qattuzonun ilbizi – Futbolçular barədə hekayələr…

Futbol
Dünən, 20:00

"Barselona"nın yarımmüdafiəçisi dünyanın ən bahalı gənc futbolçusu oldu

Futbol
Dünən, 19:48

“Qarabağ”dan 5 qollu qələbə - VİDEO

Futbol
Dünən, 19:34

"Qarabağ"dan 5-ci dəfə "Kəpəz"i meydanın mərkəzinə dəvət etdi

Cüdo
Dünən, 19:30

Cüdoçumuzun ipponu ən yaxşılar arasında

Futbol
Dünən, 19:20

“Qarabağ”dan 3-cü qol - CANLI

Gimnastika
Dünən, 19:17

Bakıda 5 ölkə medal sevincini yaşayıb

Futbol
Dünən, 19:10

"Qarabağ"dan növbəti qol

Futbol
Dünən, 19:01

"Kəpəz" ikinci hissədə "Qarabağ"ın qapısına yol tapa biləcək?

Futbol
Dünən, 19:00

"Füzuli"ni meydana çıxmağa peşman etdilər

Gimnastika
Dünən, 18:56

Bakıda ənənəvi çempion

Futbol
Dünən, 18:45

"Qarabağ" fasiləyə üstün yollandı

Voleybol
Dünən, 18:35

Ölkə kuboku oyunlarının tarixi bilindi

Oxşar xəbərlər