"Barselona"nın futbolçusu Rafinya tezliklə meydançaya qayıda bilər.
İdman.Biz "Marca"ya istinadən xəbər verir ki, o, qarşıdan gələn "Real Madrid"lə matçda iştirak edə bilər.
Braziliyalı cinah yarımmüdafiəçisi sentyabrın 25-də "Ovyedo" ilə matçda (3:1) aldığı zədədən tam sağalıb. Mənbənin məlumatına görə, Rafinya artıq komandanın qalan üzvləri ilə məşq edir və oktyabrın 26-da baş tutacaq La Liqanın 10-cu turunun oyununda oynamağa hazırdır.
Onun sağlamlığının bərpası prosesinin "fövqəladə yaxşı" getdiyi bildirilir. Futbolçu Çempionlar Liqasında "Olimpiakos"la oyunda (6:1) meydançaya qayıda bilərdi, lakin baş məşqçi Hansi Flik heç bir riskə getməmək və tam sağalması üçün ona daha çox vaxt vermək qərarına gəlib.
Rafinyanın oyuna start heyətində çıxıb-çıxmayacağı hələlik dəqiqləşməyib.