top
Lamiyə Vəliyeva: Ailə qurmaq karyerama təsir etmədi, toydan bir gün əvvəl məşqdə idim Idman.biz
21 oktyabr 2025, 18:11
- +

Lamiyə Vəliyeva: Ailə qurmaq karyerama təsir etmədi, toydan bir gün əvvəl məşqdə idim

Çoxları onu Paris-2024 Yay Paralimpiya Oyunlarında qazandığı qızıl və gümüş medallardan sonra tanıdı. Cəsarəti ilə diqqət çəkən paraatlet, türkiyəli idmançı Yusif Dikeçin əl hərəkəti ilə təbrikini də yaddaşlarda qaldı.

Söhbət dördqat Paralimpiya çempionu Lamiyə Vəliyevadan gedir. 23 yaşlı idmançı "Teleqraf"ın suallarını cavablandırıb:

– Qarşıdan Səudiyyə Ərəbistanın Riyad şəhərində keçiriləcək İslam Oyunları yaxınlaşır. 7-21 noyabr tarixlərində baş tutacaq yarışa hazırlıqlar necə davam edir?

– Hazırlıqlar həmişəkindən daha intensivdir. Çünki bir il öncə müəllimimi dəyişmişəm və indi başqa bir sistemlə məşq edirəm. İnanıram ki, daha yaxşı nəticələr göstərəcəyəm. Çünki bu dəfə komanda şəklində iştirak edəcəyik. Hazırda daha çox 100 və 200 metr qaçış növlərinə fokuslanıram. Bu dəfə müəllimimlə qərara gəldik ki, 400 metr məsafəyə qaçmayacağam. Özümdən gözləntilərim böyükdür. Əsas məqsədim ilk "üçlük"də olmaqdır.

– Builki yarışda dəyişiklik oldu?

– Azərbaycan üçün 2017-ci ildən bəri yenilənməmiş rekordlar əldə etdim: 200 metr məsafədə rekordu yenilədim, 100 metr məsafədə isə təkrar qaçdım və rekordumu təkrarladım. Hərçənd, 100 metr məsafədə rekord tam olmadı, amma təkrar etmək də böyük nailiyyətdir. Və bu, yalnız başlanğıcdır. Daha yaxşı nəticələr olacaq, müəllimimi dəyişmişəm və indi özümə daha çox inanıram.

– Müəlliminizi dəyişdikdən sonra karyeranızda nələr baş verdi?

– Bilindiyi kimi, Paralimpiya oyunlarından qayıtdıqdan sonra şəxsi həyatımdakı dəyişiklik oldu, ailə qurdum. Amma bu karyerama təsir etmədi, çünki həyat yoldaşım da atletdir və qaçışla məşğul olur. Hər ikimiz birlikdə bu yolu davam etdiririk və o, mənə motivasiya verir. Müəllimimi dəyişməkdə ən çox yoldaşım mənə dəstək oldu. Əvvəlki müəllimim Tofiq Əliyevə də həmişə minnətdaram, çünki 10 il onunla məşğul olmuşam. Sadəcə, həyatımın yeni mərhələsində bunu etməliydim ki, daha böyük uğurlara imza atım.

– Yeri gəlmişkən, həyat yoldaşınızla necə tanış olmusunuz?

– 2022-ci ildə Çində Dünya İnstitutlararası yarışı zamanı Tembo Jon Monarenglə tanış olduq. Əvvəlcə hər ikimiz atlet olduğumuzu bilmirdik. Öyrəndikdə ikimizə də maraqlı gəldi. İlk dəfə dost olduq, bir neçə ay danışdıq, sonra anladıq ki, bir-birimizi sevirik. Sonra iki il bir-birimizdən uzaqda olduq, amma inandıq ki, yenidən görüşəcəyik. O, hər şeyini satdı ki, Azərbaycana gəlsin. Yoldaşım da dünya çempionatında iştirak edib, dördüncü yeri tutub və çox təcrübəlidir.

– Valideynləriniz bu münasibətə necə reaksiya verdilər?

– Atam bir şərtlə onu qəbul etmişdi ki, mənim qızım burada qalacaq. O da bütün həyatını dəyişdi, gəldi. Karyerasını Azərbaycanda davam etdirəcək. Anam və atam əvvəl tərəddüd edirdi. Atam dedi ki, vaxt verək. Onu tanıdıqdan sonra gördülər ki, yaxşı insandır, hörmətəlayiqdir və bütün qohumlar onu yaxşı qəbul etdi.

– Bəs, həyat yoldaşınızın ailəsi necə?

– Ailəsi ilk gündən normal qarşıladı. Bacısı toyumuzda iştirak etdi. İkinci toyumuz da orada olacaq. Bunu da bir-iki il ərzində etməyi düşünürük.

– Toyunuza rəsmi şəxslər dəvət edilmişdi?

– Bəli, gənclər və idman naziri Fərid Qayıbovu, Atletika Federasiyasının prezidenti Cavid Qurbanovu, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəni dəvət etmişdim. Düzdür, gələ bilmədilər, amma hədiyyələrini göndərdilər. Gəlmədikləri üçün incimədim.

– Bəs çağrılıb gəlməyən idmançılar da oldumu?

– Bəziləri gəlmədi, əsasən avqust ayında olduğuna görə tətildə idilər. Səbəblərini bildirdilər. Mənim üçün əsas o günün şən keçməsi idi. Toy günü həyəcanlı idim, çünki bilirdim ki, görüntülər tezliklə yayılacaq. Bu mənim seçimim idi və heç kimin qərarına qarışmadım. Toyumuz sadə oldu, təmtəraqlı istəmirdim. İnanın toydan bir gün əvvəl məşqdə idim. Yəni mənim düşüncəm yox idi ki, toyumuz olacaq. Bir gün fasilədən sonra məşqləri ikimiz birlikdə davam etdirdik. Dayanmaq olmazdı, qarşıda oyunlar vardı.

– Sosial şəbəkələrdə yayılan görüntülərdən sonra sizi qınayanlar da az olmadı…

– Bəzi şərhlər xoşagəlməz oldu, amma başa düşürəm ki, bu, mənim seçimimdir və hər kəs öz xoşbəxtliyini seçməlidir. Mənim yoldaşım Azərbaycanı sevir. Öz karyerasını burada davam etmək, Azərbaycanı təmsil etmək niyyətindədir. Ötən ilin noyabr aylından buradadır. Təəssüf ki, legioner olduğu üçün bəzi problemlər var.

– Elə bu səbəbdən Gənclər və İdman Nazirliyi ilə probleminiz yaranmışdı. Problem nədir?

– Nazirlik bildirdi ki, bizə legioner lazım deyil. Amma mən belə düşünmürəm. İnsandır, mənim də həyat yoldaşımdır, yəni legioner sayılmır, rəsmi oturumu var. Ona görə qanunu şəkildə istərdim ki, Azərbaycanı təmsil etsin. Bunu edə bilər.

– Bəs, rəsmi prosedurlar nə yerdədir?

– Hazırda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə danışıqlar aparırıq. O, çalışır ki, bizə kömək etsin. Görək, gedişat necə olacaq.

– Həyat yoldaşınızın peşəkar idmandan kənar qalması ona psixoloji olaraq necə təsir edir?

– Çox pis təsir edir. Məşq edir, amma bilmir ki, nə vaxt rəsmi yarışa çıxacaq. Hazırda öz ölkəsinin adında qalır, amma federasiya vasitəsilə başqa ölkəni təmsil edə bilər. Bu, onu motivasiya baxımından çətin vəziyyətə salır. Çünki bizdə məqsəd olmalıdır ki, onun arxasınca gedək. Hazırda onun məqsədi yoxdur. Bilmir, hansı yarışa hazırlaşır. O da mənim müəllimimlə məşq edir. Hər an hazır olması üçün birlikdə güclü şəkildə məşq edirik.

– Səhv etmirəmsə, hazırda Azərbaycan Media Liqasında iştirak edir...

– Bəli, hazırda "Aslion" klubunda oynayır. O, futbolu çox sevir.

– Bir-birinizlə hansı dildə ünsiyyət qurursunuz?

– Mən ingilis dilində yaxşı danışıram. Yoldaşım artıq bir ildir burada yaşayır və Azərbaycan dilini yaxşı bilir. İnanıram ki, 1-2 il ərzində sərbəst danışacaq.

– Yarışlarda dəstək olurmu?

– İslam oyunlarına gedə bilməyəcək, amma Azərbaycanda keçirilən yarışlarda dəstək olur. Onun dəstəyi mənim üçün çox vacibdir.

– İdmanda motivasiyanız nədir?

– Həmişə irəli getmək! Əsas odur ki, ulduz xəstəliyinə tutulmayaq. Mən sadəliyimi qoruyub saxlayıram və heç kimdən asılı deyiləm.

– Paris-2024 yay olimpiya oyunlarından sonra daha türkiyəli paraetlet Yusif Dikeçinin jesti ilə insanların qəlbinə yol tapmağı bacardınız. Bəs sonra Dikeç sizi təbrik etmişdi?

– O mənə video göndərdi və dedi ki, Lamiyə, səni təbrik edirəm. Videonu görəndə şok oldum, inanmadım ki, bu qədər yayılar. Əslində olimpiya oyunlarından sonra bir çox oyunçu belə jestlər göstərirdi. Paralimpiyada da düşünürdüm ki, qızıl medal qazansam, azərbaycanlı idmançı olaraq bunu mən edəcəm. Türkiyə-Azərbaycan qardaşlığını bu jestlə göstərmək istədim. Bundan əvvəl Tokio-2020 Yay Olimpiadasında Türkiyə bayrağını da Azərbaycanla birgə qaldırmışdım. Bundan sonra olimpiadalarda ürəyimdən gələn hər hansı jesti edə bilərəm...

– Prezident İlham Əliyev tərəfindən "Şöhrət" ordeni ilə təltif edildiniz, Birinci vitse-prezident Mehriban Əliyeva da sizi rəsmi şəkildə təbrik etdi...

– Tokio-2020 Yay Paralimpiadasında qazandığım 1 qızıl və 1 gümüş medal üçün birinci dərəcəli "Vətənə xidmət" ordeni ilə təltif olundum. Paris-2024 Yay Olimpiya Oyunlarında 1 qızıl və 1 gümüş medal qazandım. Ən böyük orden - "Şöhrət" ordeni ilə təltif olundum. Cənab Prezidentilə görüşməyi, ünsiyyət qurmağı çox istəyirəm. Bu, mənə daha çox stimul verir. Daha çox özümü idmanda sübut etmək prinsipi ilə davam edirəm. İnanın bu, mənim yuxularıma kimi təsir edir.

– Hazırda qarşıya qoyduğunuz əsas hədəf nədir?

– Əsas hədəfim Olimpiya oyunlarına vəsiqə qazanmaqdır. Çoxları düşünür ki, mən bunu edə bilmərəm. Amma sübut edəcəyəm ki, bacaracağam. Həmişə mən nəyisə sübut etməliyəm ki, insanlar bunu görsün.

- ⁠Bunun üçün şansınız nə qədərdir?

- ⁠200 metr qaçışda daha çox şansım var. İnanıram ki, bu gedişlə müəllimim Olesya Abbasova məni o səviyyəyə çatdıracaq. Daha çox 200 metr məsafəyə fokuslanmışam və Olesya xanımın rəhbərliyi ilə bunu bacaracağıma inanıram. Ən böyük arzum Los Anceles - 2028 Yay Olimpiya Oyunlarında iştirak etməkdir.

– Karyeranızda fasilə verməyi düşünürsünüz?

– Xeyr, məqsədim Los Anceles - 2028 Olimpiya oyunlarına lisenziya qazanmaqdır. Paralimpiya oyunlarında da iştirak edəcəyəm. Eyni anda iki yerdə iştirakım mümkündür. Göz kateqoriyam buna icazə verir. Bildiyiniz kimi, T-13 kateqoriyasında çıxış edirəm. Təbii ki, Allahın da bizə uyğun öz planı var. Məqsədim fasiləsiz, dayanmadan məşq etməkdir.

– Bir çox qadınlar ailə qurur, ana olur və sanki idmandan kənarlaşır…

- ⁠Bəli, çox qadınlarda belədir. Amma mən bu streotiplə yaşamıram. Çünki xaricdə atletika idman növündə olan qadınlar ana olduqdan sonra da davam edirlər, 20 il bu sahədə olurlar, dünyada 1-2-ci yerləri tututurlar. Bizim limitimiz beynimizdədir. Yəni beynimizdə sxemi qurmasaq, olmayacaq. Mən də beynimdə qurmamışam ki, evləndim, ana oldum, dayandıracam. Psixoloji güclü olmaq lazımdır. Mənim 23 yaşım var. Qətiyyən o cür düşünmürəm. Əsas odur ki, idmanı davam etdirim. Heç kimin planı ilə getməyi sevmirəm.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Enzo Fernandes: Messi tarixdəki ən böyük futbolçudur

Futbol
Bu gün, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Bu gün, 00:27

Barcelona, Rafinha ilə yeni müqavilə danışıqlarına start verdi

Futbol
Dünən, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
Dünən, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 21:13

Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatı üçün kampaniya aparmayacaq

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 20:28

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan milliyə dəvət olundu

Futbol
Dünən, 19:29

Elvin Camalov Neftçiyə veda etdi, karyerasını Qəbələdə davam etdirəcək

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Basketbol
Dünən, 16:23

Naxçıvan basketbol klubu Said İsmayılovu 1 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Dünən, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Dünən, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Dünən, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
14 sentyabr 2026, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
14 sentyabr 2026, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
14 sentyabr 2026, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
14 sentyabr 2026, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
14 sentyabr 2026, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Oxşar xəbərlər