top
Gənclər və İdman Nazirliyi MOK-la birgə bəyanat yayıb Sport24.az
28 iyul 2024, 16:00
- +

Gənclər və İdman Nazirliyi MOK-la birgə bəyanat yayıb

İyulun 26-da Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində Fransanın dövlətə məxsus milli televiziyası olan France2 telekanalının müxbiri Azərbaycan və Ermənistan idmançılarının paraddan keçidi zamanı ayrı-seçkilik nümayiş etdirərək Azərbaycanı Ermənistanla toqquşmalarda ittiham edib. Eyni zamanda Ermənistanı Fransanın dostu adlandırıb və qeyd edib ki, bu il erməni xalqı üçün "Dağlıq Qarabağ"ın Azərbaycan ordusu tərəfindən süqutu kimi yadda qalıb. Sport24.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsinin Paris Olimpiadasında Azərbaycana qarşı təxribatla bağlı bəyanatında bildirilib.

 

Bəyanatda, həmçinin deyilir: "Bu, faktiki olaraq Olimpiya Xartiyasının Əsas Prinsiplərinin pozulmasıdır. Həmin prinsiplər son illərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının bir neçə qətnaməsi ilə, o cümlədən açıq şəkildə "Olimpiya Xartiyasının əsas prinsiplərinin etirafı" (A/RES/78/10) ilə tanınıb və dəstəklənib. Xartiyada açıq şəkildə qeyd edilib ki, "BOK-un missiyası olimpizmi bütün dünyada təbliğ etmək, Olimpiya Hərəkatına rəhbərlik etmək, idmana və idmançılara qarşı hər hansı siyasi və ya kommersiya istismarına qarşı çıxmaqdır".

 

Baş vermiş halla bağlı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə rəsmi olaraq etiraz məktubu göndərilib. Məktubda qeyd olunub ki, dövlət telekanalının Azərbaycana qarşı bu cür hörmətsiz münasibəti Olimpiya Xartiyasının açıq-aşkar pozulmasıdır. Bu cür təbliğat oyunların ruhuna zidd olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında sülh səylərini pozmağa xidmət edir. Buna görə də BOK-dan Paris-2024 Olimpiadası zamanı idmanın siyasiləşdirilməsinə qarşı qəti mövqe göstərilməsi, açıq bəyanat verməklə Fransa hökumətinə, Fransa Milli Olimpiya və İdman Komitəsinə, eləcə də adıçəkilən telekanala etiraz bildirilməsi xahiş edilib".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

Misli Premyer Liqasında 2026/27 mövsümü Tovuzda start verilir

Futbol
Bu gün, 08:40

Barselona üç mərkəz müdafiəçisi ilə maraqlanır

Futbol
Bu gün, 08:20

Roma, 21 yaşlı futbolçunun transferi üçün 40 milyon avro ödəyə bilər

Futbol
Bu gün, 08:08

PSJ “Barselona”dan Kubarsini transfer etməyə çalışır

Futbol
Bu gün, 08:00

Pol Poqba MLS və ya Səudiyyə Ərəbistanında karyerasını davam etdirə bilər

Futbol
Bu gün, 07:18

Çelsi, Mançester Yunayted və Tottenhem Nikolo Tresoldi ilə maraqlanır

Futbol
Bu gün, 05:10

Atalanta "Udineze"dən Danimarka millisinin oyunçusunu icarəyə götürüb

Futbol
Bu gün, 04:13

Fiorentina "Parma"nın forvard Mateo Pelleqrinonun transferini açıqlayıb

Futbol
Bu gün, 03:15

Markinyos dünya futbolunda ən çox titul qazanan ikinci oyunçu olub

Futbol
Bu gün, 02:11

Ferran Torres “Barselona”dan PSJ-yə keçir

Futbol
Bu gün, 01:55

Kriştianu Ronaldu evləndikdən sonra saçına rəng qoyub

Boks
Bu gün, 01:37

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Futbol
Bu gün, 01:20

Çelsi Martin Subimendini transfer etməyə maraqlanır

Futbol
Bu gün, 00:46

Ərəb ölkələrinin futbol federasiyaları İnfantinoya dəstək veriblər

Futbol
Bu gün, 00:27

Beşiktaş UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Bu gün, 00:14

Elvin Cəfərquliyev: “3-4 ay asfaltda məşq etmişəm”

Futbol
Dünən, 23:55

"Srvena Zvezda" yeni baş məşqçisi təyin olunub

Futbol
Dünən, 23:40

Mahir Emrelinin klubu Konfrans Liqasının pley-off mərhələsinə yüksəlib

Qarabağ FK
Dünən, 22:56

Qarabağ Konfrans Liqasında „Tvente“ ilə qarşılaşır

Qarabağ FK
Dünən, 22:49

Qurban Qurbanov: „Bakıda "Dinamo Kiyev"ə azarkeşlik edənlər çoxdur"

Qarabağ FK
Dünən, 22:34

İqor Kostyuk: „Bəxtimiz gətirmədi, fürsətlərdən istifadə edə bilmədik”

Futbol
Dünən, 22:19

Zion Suzukinin “Yuventus”a transferi

Futbol
Dünən, 21:40

Tomas Zanetti “İnter” ilə peşəkar müqavilə imzalayıb

Futbol
Dünən, 21:26

Abdul Uattara “İpsviç”ə keçəcək

Oxşar xəbərlər