top
Gəncədə III MDB Oyunlarının rəsmi geri sayım mərasimi keçirildi Idman.biz
01 sentyabr 2025, 10:15
- +

Gəncədə III MDB Oyunlarının rəsmi geri sayım mərasimi keçirildi

Gəncədə III MDB Oyunlarının rəsmi geri sayım mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə Oyunların Təşkilat Komitəsinin sədr müavini, gənclər və idman naziri Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, belə əhəmiyyətli idman tədbirinin Azərbaycanda keçirilməsi ölkənin idman və mədəni həyatında mühüm hadisədir.

Xüsusilə Adil Tağıyev qeyd edib ki, III MDB Oyunlarına hazırlıq çərçivəsində şəhərdə genişmiqyaslı təmir-tikinti işləri aparılır. Gəncədə həmçinin Qafqazın ən böyük idman sarayı inşa olunub.

Öz növbəsində nazir Fərid Qayıbov Gəncə sakinlərini Oyunlar zamanı idmançıları fəal dəstəkləməyə çağırıb. "Oyunların başlanmasına bir aydan da az vaxt qalıb. Bildiyiniz kimi, idman Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmiz artıq müxtəlif multi-idman yarışlara ev sahibliyi edib. Lakin ilk dəfə belə böyük idman tədbiri regionlarda keçiriləcək. Gəncədə açılış və bağlanış mərasimləri, eləcə də bir sıra idman növləri üzrə yarışlar təşkil olunacaq", – deyə o bildirib.

Mərasim çərçivəsində ictimaiyyətə III MDB Oyunlarının rəsmi talismanları – Bəbir və Leyla təqdim olunub.

Tədbirin əsas məqamı xüsusi quraşdırılmış stendlərdə geri sayım saatlarının işə salınması olub.

Bayram proqramı populyar ifaçılar Əmiliya Yaqubova və Çingiz Mustafayevin iştirakı ilə maraqlı konsertlə davam edib. Həmçinin tamaşaçılara Azərbaycan Gimnastika Federasiyası tərəfindən hazırlanan musiqi-xoreoqrafik nümayiş təqdim olunub.

Qeyd edək ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr 2025-ci il tarixlərində Azərbaycanın yeddi şəhərində keçiriləcək: Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi. Açılış və bağlanış mərasimləri Gəncə Şəhər Stadionunda olacaq.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 09:55

Azərbaycan Qadın Basketbol Millisi FİBA Çempionlar Kubokunun Yarımfinalında ABŞ ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:49

"Qəbələ" - "Neftçi": Premyer Liqa qarşılaşmasının anonsu

Futbol
Bu gün, 09:39

Premyer Liqanın XXIV turuna "Qəbələ" - "Neftçi" oyunu ilə yekun vurulacaq

Güləş
Bu gün, 09:37

U-23 Avropa Çempionatı: Daha Dörd Güləşçimiz Medallar Uğrunda Mübarizə Aparacaq

Futbol
Bu gün, 09:21

"Kəpəz" - "Turan Tovuz" oyununun hakimləri və vaxtı açıqlandı

Futbol
Bu gün, 09:15

Finalissima baş tutmaya bilər: Oyun təhlükədədir

Güləş
Bu gün, 09:09

U-23 Avropa Çempionatında Azərbaycan Güləşçiləri Finalda, Bürünc Medal Uğrunda və Təsəlliverici Görüşdə Mübarizə Aparacaq

Futbol
Bu gün, 09:08

"Liverpul" Alisson Bekkerlə müqaviləni 2027-ci ilə qədər uzadıb

Futbol
Bu gün, 08:30

Maks Dauman Premyer Liqa tarixinin ən gənc qol müəllifi oldu

Futbol
Bu gün, 08:19

Uli Höness "Bayer"lə oyundakı hakimliyi Bundesliqada gördüyü ən pis hakimlik adlandırıb

Futbol
Bu gün, 08:00

İran Mundialdan Kənarlaşdırılsa, Yerini İraq və ya BƏƏ Tuta Bilər

Olimpiada
Bu gün, 07:15

Ceyk Pol sevgilisi Yutta Lerdamın Olimpiya qələbəsinə görə ona "Brabus G-Class" hədiyyə edib

Digər
Bu gün, 06:16

Britaniyalı xizəkçi Dünya Kubokunda yarış zamanı tamaşaçıların təklif etdiyi spirtli içkiləri içib

Futbol
Bu gün, 05:13

Çempionlar Liqası top təchizatçısı müqaviləsi üçün tender elan edilib

Boks
Bu gün, 04:12

Fransis Nqannu MMA karyerasını bitirmək fikrində deyil

Formula 1
Bu gün, 03:46

"Formula-1"-in Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri Yaxın Şərqdəki vəziyyətə görə ləğv edildi

Formula 1
Bu gün, 03:05

"Formula-1": Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri Rəsmi Ləğv Edildi

Futbol
Bu gün, 02:21

"Vest Hem" və "Mançester Siti" heç-heçə oynadı, "Arsenal" "Everton"u məğlub etdi - YENİLƏNİB + VİDEO

Futbol
Bu gün, 02:17

La Liqada "Real Madrid" "Elçe"ni məğlub edib, "Atletiko", "Jirona" və "Ovyedo" da qələbə qazanıb

Futbol
Bu gün, 02:08

Liqa 1: "Monako" "Brest" üzərində qələbə qazanıb, "Loryan" "Lans"ı məğlub edib, "Anje" - "Nitsa" matçının nəticəsi

Futbol
Bu gün, 01:51

A Seriyasında "Yuventus" "Udineze"ni minimal hesabla məğlub etdi, "Napoli" "Leççe"ni üstələdi, "İnter" və "Atalanta" heç-heçə etdi

Futbol
Bu gün, 01:38

"Əl-Hilal" "Əl-Fateh" üzərində səfər qələbəsi qazanıb (1:0)

Futbol
Bu gün, 01:23

"Əl-Nəsr" "Əl-Xalic"i böyük hesabla məğlub edib

Futbol
Bu gün, 01:02

"Çelsi" futbolçularının hakimi mühasirəyə alması - FOTO

Oxşar xəbərlər