top
Fərid Qayıbov: Azərbaycan beynəlxalq yarışlar sayəsində dünyada idman ölkəsi kimi tanınıb Report.az
01 oktyabr 2025, 16:52
- +

Fərid Qayıbov: Azərbaycan beynəlxalq yarışlar sayəsində dünyada idman ölkəsi kimi tanınıb

Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb.

"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan idman tarixində ilk dəfə baş tutacaq beynəlxalq "IRONMAN 70.3 BAKU" triatlon yarışı ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda idman ölkə başçısı tərəfindən dövlət siyasəti kimi müəyyənləşdirilib:

"Ölkənin müxtəlif bölgələrində idman kompleksləri tikilib. Burada müxtəlif beynəlxalq yarışların keçirilməsi Azərbaycanı idman ölkəsi kimi tanıdıb. Növbəti ildə də Bakıda müxtəlif idman yarışları keçiriləcək. Triatlon çox maraqlı idman növüdür. Bura daha çox uşaqlar cəlb olunub. Ona görə də mən federasiyaya təşəkkürümü bildirirəm. Növbəti ildə Azərbaycanda ilk dəfə bu yarış keçiriləcək. Bizim çox güclü komandamız var. Planlaşdırılan yarış çox yüksək səviyyədə təşkil olunacaq".

Qeyd edək ki, "IRONMAN 70.3 BAKU" triatlon yarışı 2026-cı il sentyabrın 5–6-da Bakıda keçiriləcək və "IRONMAN 70.3" triatlonu, "Fun Run 5 km" və "IRONKIDS" yarışlarını əhatə edəcək. 1,9 kilometrlik tək dövrədən ibarət üzgüçülük mərhələsi Xəzər dənizinin sahilində baş tutacaq. 90 kilometrlik velosiped mərhələsi 2 dövrədən ibarət olacaq. 3 dövrədən ibarət qaçış yarımmarafonu isə 21,1 kilometri əhatə edəcək.

2026-cı il sentyabrın 4–6-da sakinlər və qonaqlar üçün əyləncə proqramı, "IRONMAN EXPO" zonası təşkil olunacaq. Ziyarətçilər rəsmi IRONMAN məhsulları və digər idman ləvazimatlarını əldə edə biləcəklər.

Fərid Qayıbov "IRONMAN 70.3 BAKU" Azərbaycan triatlon
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA B kursu keçirilir

Futbol
Bu gün, 14:02

Şəfa heyətini 4 gənc futbolçu ilə gücləndirib

Qarabağ FK
Bu gün, 13:46

Qarabağ - Dinamo oyununda heyətdə dəyişiklik gözlənilir

Güləş
Bu gün, 13:27

Azərbaycan güləşçiləri Hatayda iki medal qazanıb

Futbol
Bu gün, 13:19

"Barselona" futbol klubu 2026/2027 mövsümü üçün yeni formasını təqdim etdi

Futbol
Bu gün, 13:03

Nigeriyalı futbolçu Daniel Eşiemokhai “Qəbələ”yə qayıtdı

Futbol
Bu gün, 12:47

Mahmud Qurbanov: "Sabah" "Hapoel" səddini də aşa bilər"

Qarabağ FK
Bu gün, 12:20

Azərbaycanın UEFA reytinqindəki mövqeyi

Futbol
Bu gün, 11:59

San-Paulu futbolçularının istifadə etməli olduğu avtobusda böyük miqdarda marixuana tapılıb

Futbol
Bu gün, 11:51

Məhəmməd Salahın türk əcdadları

Futbol
Bu gün, 11:40

Tottenhem Monako hücumçusu ilə maraqlanır

Voleybol
Bu gün, 11:20

Murov Az Terminal voleybol klubuna yeni transfer

Futbol
Bu gün, 11:14

“Roma” klubu Rodriqo Mora ilə müqavilə bağlamağa yaxındır

Futbol
Bu gün, 10:58

Kiyev "Dinamo"su Bakıya 25 futbolçu ilə gəlib

Futbol
Bu gün, 10:49

UEFA Superkuboku: PSJ - “Aston Villa”

Futbol
Bu gün, 10:35

Duşan Vlahoviç “Beşiktaş”la müqavilə imzalayacaq

Futbol
Bu gün, 10:22

"Sabah" UEFA-dan minimum 8,98 milyon avro qazanacaq

Futbol
Bu gün, 09:50

Sabahın qələbəsi Azərbaycana xal gətirdi

Futbol
Bu gün, 09:37

Riyad Mahrezin həyat yoldaşı Teylor haqqında məlumat

Voleybol
Bu gün, 09:34

Murov Az Terminal xorvatiyalı toppaylayıcı ilə gücləndi

Futbol
Bu gün, 09:21

Bred Pitt Neymarı ələ saldı: “Ona aktyorluq dərsi keçəcəyəm”

Futbol
Bu gün, 09:08

La Liqanın gələcək mövsümünün favoritləri: “Barselona” və “Real”ın şansı necədir?

Futbol
Bu gün, 08:40

Roberto Martines Niderland millisinin yeni baş məşqçisi ola bilər

Futbol
Bu gün, 08:15

Mourinyo və Kasilyas arasında mövcud olan münaqişənin təfərrüatları

Oxşar xəbərlər