top
U-20 Azərbaycan çempionatının ilk günündə yunan-Roma güləşi üzrə finalçılar müəyyənləşdi Idman.biz
03 fevral 2026, 19:04
- ↺ +

U-20 Azərbaycan çempionatının ilk günündə yunan-Roma güləşi üzrə finalçılar müəyyənləşdi

Bu gün Gəncə İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatına start verilib. İdman.Biz xəbər verir ki, tədbirin açılış mərasimi dövlət himninin səsləndirilməsi ilə başlayıb.

İdman tədbirinin rəsmi hissəsində gənclər və idman naziri Fərid Qayıbov, Gəncə şəhər icra başçısının müavini Adil Tağıyev, Dünya Güləş Birliyinin (UWW) Büro üzvü və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev, eləcə də federasiyanın baş katibi Pərvin Piriyev çıxış edib. Çıxışlar zamanı Gəncə şəhərində güləşin inkişafı istiqamətində görülən işlər, müxtəlif yerli və beynəlxalq yarışların yüksək səviyyədə təşkil edilməsi vurğulanıb. Eyni zamanda, Azərbaycan çempionatlarının UWW yarış formatına uyğun keçirilməsinin güləşçilərin beynəlxalq arenaya uyğunlaşması və potensiallarını nümayiş etdirməsi baxımından əhəmiyyəti qeyd olunub.

Açılış mərasimi şou proqramla davam edib.

Gəncə güləş məktəbinin yetirməsi, olimpiya çempionu Toğrul Əsgərovun azarkeşlərə ünvanladığı video müraciəti ilə mərasim başa çatıb.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq çəki dərəcələrində finalçıların adları dəqiqləşib.

Final cütlükləri belədir: 55 kq-da Nicat İsgəndərli (Sumqayıt, "Neftçi") və Emin Cavadlı (AHİTA), 63 kq-da Tural Əhmədov (AHİTA) və Əmrah Əmrahov (Masallı), 72 kq-da Yusif Əhmədli (DİN, Sabirabad) və Kamran Rəcəbli ("Neftçi"), 82 kq-da Nicat Yeylaqaliyev (Abşeron, DİN) və Zaur Hüseynli (Abşeron), 97 kq-da isə Mahir Qurbanlı ("Neftçi") və Rihad İbrahimli (Sumqayıt, "Neftçi").

Qeyd edək ki, U-20 Azərbaycan çempionatı fevralın 7-dək davam edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:23

Real Madrid, Mbappe qalmaqalını həll etmək üçün La Liqanın köməyi təklifini rədd etdi

Futbol
Bu gün, 05:17

“Bavariya” və “Ayaks” Keniyanın yeni 60 min tutumlu stadionunun açılış oyununu keçirəcək

Futbol
Bu gün, 04:15

Napoli 20 milyon avroluq müdafiəçi üçün marağını yenidən qaldırdı

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Oxşar xəbərlər