top
U-15 Avropa Çempionatında bir güləşçimiz finala yüksəlib Idman.biz
26 iyun 2025, 21:51
- +

U-15 Avropa Çempionatında bir güləşçimiz finala yüksəlib

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-15 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, bu gün qadın güləşçiləri mübarizəyə qoşulublar.

İdmançılarımızdan yalnız biri finala yüksələ bilib.

Qadın güləşi
33 kq

Ülviyyə Musayeva rumıniyalı Mariya Bianca Pavelə 8:2 hesabıyla qalib gəlsə də, 1/4 finalda rumıniyalı Yoana Qavrilaya 0:10 hesabıyla məğlub olub.

36 kq
Gülay Xasməmmədova ilk görüşdə rumıniyalı Ariana Harsana 15:8 hesabıyla qalib gəlib. O, 1/4 finalda türkiyəli Şirin Askaraya "tuş"la uduzub.

39 kq
Leyla Əsgərova macarıstanlı Eliza Bodiyə "tuş"la qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında rusiyalı Darya Maslennikovaya (UWW) 3:8 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

42 kq
Yağmur Məlikli 1/8 finalda belaruslu Anastasiya Niakliayevaya (UWW) və onunla eyni çəkidə çıxış edən Gülnar Ağadadaşova həmin mərhələdə ukraynalı İvanna Maydanskaya "tuş"la uduzublar. Gülnar sabah təsəlliverici görüşə çıxacaq.

46 kq
Nuray Cəfərli polşalı Karolina Qvodza 6:0 hesabıya qalib gəlsə də, 1/8 finalda rusiyalı İlona Xaqarovaya (UWW) 0:10 hesabıyla məğlub olub.

Bu çəkidəki digər təmsilçimiz Məryəm Hacıyeva isə 1/8 finalda macarıstanlı Yanka Silleyə 0:10 hesabıyla uduzub. Məryəm sabah təsəlliverici görüşə çıxacaq.

50 kq
Günel Kərimli təsnifat mərhələsində rusiyalı Varvara Remezovaya (UWW) 2:8 hesabıyla məğlub oldu. Aişə Cabbarova isə 1/8 finalda latviyalı Anastasiya Yakovlevaya "tuş"la məğlub oldu. Hər iki güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq.

54 kq
Məryəm Əmrəli türkiyəli Asya Cintasa 9:2, makedoniyalı Tea Donevaya isə tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Ancaq bu mərhələdə ukraynalı Yuliya Holhovskaya 2:10 hesabıyla uduzan Məryəm sabah təsəlliverici görüşə çıxacaq.

58 kq
İnci Abdullayeva təsnifat mərhələsində gürcüstanlı Ana Tsereteliyə "tuş"la məğlub olub.

62 kq
Rəna Nuriyeva serbiyalı Nikoleta Saboya tam üstünlüklə (11:0) qalib gəlsə də, 1/4 finalda latviyalı Darya Markovaya 1:10 hesabıyla məğlub olub. Rəna sabah təsəlliverici görüşə çıxacaq.

66 kq
Simurə Abdullayeva bolqarıstanlı Veronika Stoilovaya 7:6 və polşalı Karolina Loianixə 8:2 hesabları ilə, serbiyalı Fani Sosa isə tam üstünlüklə (10:0) qalib gələrək finala yüksəlib. Həmyerlimiz finalda rusiyalı Amira Mironskaya (UWW) ilə qarşılaşacaq.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 13:56

Azərbaycan çimərlik güləşçiləri Dünya Seriyasında

Futbol
Bu gün, 13:30

Türkiyə millisi dünya çempionatında çox zərbə endirsə də, qol vurması mümkünsüz olub

Digər
Bu gün, 13:19

Altı aydan sonra Azərbaycan velosipedçiləri beynəlxalq səviyyəyə çıxacaqlar

Futbol
Bu gün, 12:30

Tottenhem Luka Vuşkoviçi 45 milyon funtla almaq istəyir

Minifutbol
Bu gün, 12:00

Sərxan İbrahimoğlu "Səbail"in idarə heyətinə təyin edilib

Voleybol
Bu gün, 11:49

Qadın voleybol yığmamız İsveçrə ilə qarşılaşır

Futbol
Bu gün, 11:30

Tottenhem "Kristal Pelas"ın gənc ulduzunu transfer etməyə çalışır

Cüdo
Bu gün, 10:55

Hidayət Heydərov “Böyük Dəbilqə” turnirində iştirak edə bilməyib

Futbol
Bu gün, 10:30

DÇ-2026: 2-ci turun oyunları baş tutacaq

Futbol
Bu gün, 10:15

Futbol üzrə Dünya Çempionatında II tur: Niderland-İsveç və Almaniya-Kot-d'İvuar qarşılaşmaları

Futbol
Bu gün, 10:00

Azərbaycan millisinin gənc futbolçuları «Şamaxı»da qalacaqlar

Futbol
Bu gün, 09:30

Demba Ba “Havr”ın idman direktoru təyin olundu

Futbol
Bu gün, 09:08

Brayton Luka Vuşkoviçi Transfer Etmeq Üçün Yeni Təklif İrəli Sürüb

Futbol
Bu gün, 08:00

DÇ-2026: Kriştiano Ronaldonun bacısı Portuqaliya millisinin oyununu tənqid etdi

Futbol
Bu gün, 07:19

La Liqa prezidenti “Barselona”nın prezidentinə cavab verdi

Futbol
Bu gün, 06:34

DÇ-2026: Braziliya Haiti millisinə 3:0 hesabı ilə qalib gəlib

Futbol
Bu gün, 06:25

Braziliya DÇ-2026-da ilk qələbəsini qazandı

Futbol
Bu gün, 06:14

Kanada DÇ-2026-da Qətəri məğlub edərək tarixi rekord müəyyən edib

Futbol
Bu gün, 05:11

Yuventus Fatikantini transfer edib

Futbol
Bu gün, 05:02

DÇ-2026: Şotlandiya - Mərakeş 0:1

Futbol
Bu gün, 04:05

„Barselona“nınRobert Levandovski ilə müqaviləsini yeniləməməsindən təəssüflənir

Futbol
Bu gün, 03:41

Lids Yulian Brandt və Harri Uilsonu transfer etməyə çalışır

Futbol
Bu gün, 03:10

“Ayaks” “Monako”nun müdafiəçisi ilə güclənməyə çalışır

Futbol
Bu gün, 02:03

Çelsi Dioqo Koştanı transfer edə bilər

Oxşar xəbərlər