top
İran güləşçiləri vizasızlıq səbəbindən Xorvatiya və Rusiyadakı turnirlərdə iştirak edə bilməyəcək Idman.biz
27 yanvar 2026, 13:37
- +

İran güləşçiləri vizasızlıq səbəbindən Xorvatiya və Rusiyadakı turnirlərdə iştirak edə bilməyəcək

İranın sərbəst və yunan-Roma güləşi üzrə milli komandaları viza verilməməsi səbəbindən Xorvatiyada keçiriləcək reytinq turnirində iştirak edə bilməyəcək.

İdman.Biz xəbər verir ki, Dünya Güləş Federasiyasının turnirin iştirakçıları ilə bağlı yaydığı rəsmi siyahıda İran güləşçilərinin, o cümlədən dünya və olimpiya çempionu Həsən Yəzdaninin adlarına yer verilməyib.

Qeyd olunur ki, bu yarışlar İran milli komandalarının texniki heyəti üçün mühüm əhəmiyyət daşıyırdı. Bundan başqa, reytinq xarakterli bu yarışlar dünya çempionatı üçün güləşçilərin mövqeyinə birbaşa təsir göstərdiyindən, burada toplanacaq xallar İran təmsilçiləri üçün vacib hesab olunurdu.

Mənbənin məlumatına əsasən, Dünya Güləş Federasiyası ilkin siyahıdan iranlı güləşçilərin adlarını çıxarsa da, İran Güləş Federasiyasının rəhbərliyi viza məsələsinin həlli üçün ölkənin Xarici İşlər Nazirliyi və digər rəsmi qurumlarla intensiv danışıqlar aparıb. Lakin bu səylər indiyədək nəticə verməyib.

Qeyd edək ki, Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Kuboku uğrunda keçiriləcək beynəlxalq yarış üçün də İran komandasına viza verilməyib. Güləş Federasiyası bir ay əvvəl sərbəst güləşçilər üçün Rusiya vizalarının alınması üçün inzibati prosedurlara başlasa da, Rusiya səfirliyi nəticədə İran komandasına bu yarışlarda iştirak etmək üçün viza verməkdən imtina edib.

Viza verilməməsinə səbəb göstərilməsə də, İrandakı son hadisələrdən qaynaqlandığı ehtimal edilir.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:09

Arda Güler Avstraliya ilə oyun şərh etdi: “Hakim qərarları matçın gedişini dəyişə bilərdi”

Basketbol
Bu gün, 14:58

Azərbaycanın 3x3 basketbol milliləri FIBA Avropa Kubokunda yarımfinala yüksəlib

Futbol
Bu gün, 14:42

Markus Reşforda yeni şans

Futbol
Bu gün, 14:28

Türkiyə millisinin hücumçusu Kerem Aktürkoğlu Avstraliya məğlubiyyəti barədə danışdı

Futbol
Bu gün, 14:10

1950-ci il Dünya çempionatı: Braziliyada böyük turnir

Futbol
Bu gün, 14:09

İslam İmamov "Sabah"a keçmədi

Futbol
Bu gün, 13:59

Türkiyə millisinin Avstraliya ilə oynadığı matç haqqında Hakan Çalhanoğlunun fikirləri

Futbol
Bu gün, 13:59

Türkiyə millisinin Avstraliyaya məğlub olmasından sonra Hakanın şərhi

Futbol
Bu gün, 13:49

Meksikada DÇ-2026 ərəfəsində Ölülər günü paradı keçirilib

Futbol
Bu gün, 13:40

Vitinya: “Portuqaliya favorit deyil”

Futbol
Bu gün, 13:29

Braziliyalı futbolçu Sezar Henrikenin yeni klubu məlum olub

Futbol
Bu gün, 13:23

Kerem Aktürkoğlu Avstraliya müdafiəçiləri ilə boy fərqi ilə diqqət çəkdi

Futbol
Bu gün, 13:06

Ruben Amorim “Milan”ın baş məşqçisi olmağa hazırdır

Basketbol
Bu gün, 12:59

U-20 və U-18 milli basketbol komandaları Gəncədən Bakıya köçür

Futbol
Bu gün, 12:45

İngiltərə millisinə ABŞ-də tornado təhlükəsi

Futbol
Bu gün, 12:09

Lester Siti yeni baş məşqçisini təyin edib

Futbol
Bu gün, 11:56

Almaniya millisinin qapısında Manuel Noyer əsas qolkiper olacaq

Basketbol
Bu gün, 11:39

Qadın 3x3 basketbol millimiz Avropa Kubokuna vəsiqə uğrunda Kosovo millisi ilə görüşə bilir

Futbol
Bu gün, 11:18

Hakan Çalhanoğlu Türkiyənin Avstraliyaya uduzmasına şərh edib: “Bəzən şillə yemək yaxşıdır”

Voleybol
Bu gün, 11:00

Azərbaycanın qadın voleybolçuları İspaniya ilə qarşılaşır

Futbol
Bu gün, 10:48

Ançelotti Braziliya millisinin problemini açıqladı

Futbol
Bu gün, 10:36

DÇ-2026: Almaniya və Niderland mundialın ilk oyunlarına başlayırlar

Futbol
Bu gün, 10:23

Avstraliya millisinin yarımmüdafiəçisi İrankunda Türkiyəyə qarşı oyunun ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 09:56

DÇ-2026: Türkiyə Avstraliya ilə oyunu 0:2 hesabı ilə uduzdu

Oxşar xəbərlər