top
Günay Qurbanova Avropa çempionatındakı bürünc medalı və yarımfinaldakı məğlubiyyəti barədə danışdı Idman.biz
23 aprel 2026, 23:49
- +

Günay Qurbanova Avropa çempionatındakı bürünc medalı və yarımfinaldakı məğlubiyyəti barədə danışdı

18 yaşlı Günay Qurbanova hazırda Albaniyada keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan yığmasının ən gənc idmançısıdır. Özünün ilk böyüklər arası qitə birinciliyində gənc qız bürünc medal qazanıb, üçüncü yer uğrunda görüşdə belaruslu Marta Getmanovanı 7:5 hesabı ilə məğlub edib.

Mükafatlandırma mərasimindən sonra İdman.Biz Qurbanova ilə Avropa çempionatındakı çıxışı barədə danışıb.

- Bürünc medal münasibətilə təbrik edirik! Təəssüratlarınızı bölüşərdiniz…

- Mən çox şadam. Əlbəttə ki, finala çıxmağı və qızıl medal qazanmağı gözləyirdim, amma təəssüf ki, bu dəfə alınmadı. Ümid edirəm ki, növbəti dəfə daha yaxşı olacaq.

- Yarımfinalda siz demək olar ki, son saniyələrdə məğlub oldunuz. O zaman nə baş verdi?

- Gücüm var idi, nəfəsim qaydasında idi… Tabloya baxdım və gördüm ki, 15 saniyə qalıb. Düşündüm: "Doğrudanmı qalib gəldim?". Yəqin ki, bir az arxayınlaşdım. Hər şey çox ani baş verdi. Düzgün güləşməyə başlamadım, "başımı verdim". Görünür, təcrübə çatmadı. Özümə bəraət qazandıra bilmərəm və qazandırmayacağam, deməli, belə olmalı idi. Daha çox məşq etmək lazımdır. Sonra məşqçilər səhvimin harada olduğunu izah etdilər və mən dərhal başa düşdüm ki, həmin vəziyyətdən çıxmaq üçün bir neçə variant var idi. Amma təəssüf ki, bunu gec dərk etdim.

- Bundan sonra bürünc medal uğrunda görüşə özünüzü necə köklədiniz?

- Çətin idi. Yarımfinaldan sonra bütün günü şokda idim. Şəxsi məşqçim Toğrul Əsgərova, yığmanın böyük məşqçisi Ağahüseyn Mustafayevə, həmçinin bacıma və Ruzanna Məmmədovaya təşəkkür edirəm. Onlar məni ruhlandırmağa çalışdılar. Şükürlər olsun, toparlana bildim və bu gün xalçaya yalnız qələbə əzmi ilə çıxdım. Bu nəticə vacib bir startdır. Ümid edirəm ki, bu, böyüklər arasındakı yarışlarda sonuncu medalım olmayacaq.

- Siz artıq bu gün bürünc medal uğrunda güləşdiyiniz rəqiblə qarşılaşmışdınız?

- Bəli, rəqib mənə tanışdır. Görünür, o da yaxşı hazırlaşmışdı, mənim güləşimi diqqətlə öyrənmişdi. Biz artıq neçənci dəfədir ki, görüşürük. Bu gün mən ona artıq dördüncü dəfə qalib gəldim. Uca Allaha şükürlər olsun.

- Siz fəxri kürsüdə dayanarkən yarımfinalda uduzduğunuz çempion Mariya Vinniklə söhbət etdiyinizi gördüm…

- Bəli, biz onunla tanış olduq, səmimi söhbət etdik, bizi Ukrayna bağlayır. O, çox xoş bir qızdır. Əlbəttə, xalça üzərində rəqibik, amma ondan kənarda dostluq etmək normaldır.

- Bəs ümumiyyətlə ilk böyüklər arası Avropa çempionatınıza necə hazırlaşmışdınız?

- U-23 Avropa çempionatından sonra biz bir az istirahət etdik, sonra isə yaxşı fiziki hazırlıq keçdik. Sonra tədricən yükləmə azalmağa doğru getdi. Yarışa yaxın bərpa üzərində işlədik ki, starta gümrah çıxaq və yaxşı nəticə göstərək.

- Yeri gəlmişkən, U-23 Avropa çempionatındakı qələbə bu startdan əvvəl daha çox inam verdi?

- Keçən il də mən U-23 Avropa çempionu olmuşdum. Ona görə də inam var idi, burada uduza biləcəyim barədə fikir yox idi.

- Bütün ölkə sizin uğurlarınıza heyran qalır. Siz özünüz artıq nəyə nail olduğunuzun miqyasını, xüsusən də gənc yaşınızı nəzərə alaraq, nə dərəcədə hiss edirsiniz?

- Mən hesab etmirəm ki, böyük bir iş görmüşəm. Əgər mənə Olimpiadanı qazanmaq nəsib olarsa, onda cəsarətlə demək olar ki, mən həqiqətən mühüm bir şey etmişəm. Hələlik isə bu, məşqçimin dediyi kimi, gələcək qələbələr üçün yalnız bir tramplindir, inşallah. Toğrul Əsgərova hər zaman yanımda olduğuna, mənə və bütün komandaya daim kömək etdiyinə görə bir daha təşəkkür etmək istəyirəm.

- Düz başa düşdüm, olimpiya çəkisinə keçmək istəyiniz var?

- Buna artıq Toğrul müəllim qərar verəcək. Hansı çəkidə güləşməyi desə, o çəkidə də çıxış edəcəyəm.

Qarabağ FK

Son xəbərlər

Futbol
02 iyun 2026, 01:16

Minifutbol üzrə Avropa çempionatı: Millimiz Qazaxıstanı məğlub edərək 1/4 finala yüksəldi

Basketbol
01 iyun 2026, 22:59

Millimiz Dünya Kubokunda iki oyun keçirib: qələbə və məğlubiyyət - YENİLƏNİB

Futbol
01 iyun 2026, 20:27

Messi zədə səbəbindən Hondurasla matçı buraxacaq

Futbol
01 iyun 2026, 20:18

Qadın milli komandası Fəxri Xiyabanda Ulu Öndərin və Zərifə Əliyevanın xatirəsini yad edib

Futbol
01 iyun 2026, 20:04

Barselona"nın sabiq futbolçusu İnyesta BƏƏ-nin "Qalf Yunayted" klubunun baş məşqçisi təyin edildi

Futbol
01 iyun 2026, 19:58

Yoşko Qvardiol: "Mançester Sitidə xoşbəxtəm"

Futbol
01 iyun 2026, 19:49

Türki Əl-Şeyx "Derbi Kaunti" klubuna investor ola bilər

Basketbol
01 iyun 2026, 19:35

Qadın Basketbolçularımız Dünya Kubokuna Qələbə ilə Başladı

Futbol
01 iyun 2026, 19:28

Ceyms Milner karyerasını başa vurdu

Futbol
01 iyun 2026, 19:10

PSJ ümumi heyət dəyərinə görə dünyada liderdir

Güləş
01 iyun 2026, 18:59

Azərbaycanlı güləşçilər Xorvatiyada iki medal qazanıblar

Güləş
01 iyun 2026, 18:55

Taleh Məmmədov: U-15 güləşçilərin sağlam böyüməsi və uğurlu çıxışı üçün çalışırıq

Tennis
01 iyun 2026, 18:39

Serena Uilyams 2026-cı ildə tennisə qayıdır

Futbol
01 iyun 2026, 18:29

19 yaşlı Junior Kurpi Avropa nəhənglərinin maraq dairəsində

Güləş
01 iyun 2026, 18:23

Uşaqlar Hacı Əliyevi kürəyini yerə vurdu: Bakıda Uşaqların Beynəlxalq Müdafiəsi Günündə idman bayramı – FOTO/VİDEO

Futbol
01 iyun 2026, 18:08

"Şəfa" Rauf Hüseynli ilə maraqlanır

Futbol
01 iyun 2026, 18:05

PSJ azarkeşləri Mbappeni təhqir edirlər: "Mbappe fahişə oğludur"

Futbol
01 iyun 2026, 18:00

Del Pyerodan Kvaratsxeliya haqqında tərifləyici açıqlama

Futbol
01 iyun 2026, 17:52

"Sabah" Futbol Akademiyası Qusarda 35 istedadlı uşağı seçdi

Futbol
01 iyun 2026, 17:50

"Sabah" Futbol Akademiyasının Qusardakı seçmələri yekunlaşdı: 35 uşaq növbəti mərhələyə yüksəldi

Güləş
01 iyun 2026, 17:50

2026-cı ilin iyun ayına olan Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Futbol
01 iyun 2026, 17:46

"Turan Tovuz" Sadiq Şəfiyevi heyətdə saxlamayacaq

Futbol
01 iyun 2026, 17:40

Ansu Fati "Monako"ya transfer olunur

Boks
01 iyun 2026, 17:40

Kişi boksçulardan ibarət Azərbaycan millisi Çimkənddə təlim-məşq toplanışına yollanıb

Oxşar xəbərlər