Güləş üzrə Azərbaycan milli komandaları fizioterapistlərlə təmin olunacaq.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Bununla bağlı təşkil olunan görüşdə Azərbaycan İdman Akademiyasının (ASA) nümayəndələri də iştirak ediblər. Tədbirdə məşqçilər və fizioterapistlər arasında əməkdaşlığın hansı formatda qurulmalı olduğu, təcrübəçilərin məşq prosesindəki rolu, fəaliyyət prinsipləri və gözləntilərin düzgün müəyyənləşdirilməsi məsələləri görüşün əsas müzakirə mövzusu