Futbol üzrə Kipr çempionatının 10-cu turunda azərbaycanlı futbolçu Murad Məmmədovun çıxış etdiyi “Pafos” “Omoniya Aradippou”nun qonağı olub.
Sportify.az xəbər verir ki, qonaqlar 2:1 hesablı qələbə sayəsində 3 xal qazanıblar.
Murad Məmmədovun adı iştirak ərizəsinə salınsa da, əvvəldən sonadək ehtiyat oyunçular skamyasında olub.
“Pafos” 10 turdan sonra 19 xalla 3-cü pillədə qərarlaşıb. “Omoniya Aradippou” isə 6 xalla 13-cüdür.