top
Azərbaycan güləşçilərinin Avropa çempionatındakı çıxışı: Turan Bayramov finalda, digərləri yarımfinalda - YENİLƏNİR + VİDEO Idman.biz
25 aprel 2026, 19:11
- +

Azərbaycan güləşçilərinin Avropa çempionatındakı çıxışı: Turan Bayramov finalda, digərləri yarımfinalda - YENİLƏNİR + VİDEO

Sərbəst güləşçimiz Turan Bayramov (74 kq) gürcüstanlı həmkarı Giorgi Elbakidzeyə qalib gələrək Avropa çempionatının finalına yüksəlib.

19:05

Azərbaycanın sərbəst güləşçisi Nürəddin Novruzov (61 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatının yarımfinal mərhələsində Albaniya təmsilçisi Zəlimxan Abakarova məğlub olub.

16:08

Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, güləşçimiz moldovalı Yevgeni Mihaelkanı tam üstünlüklə (11:0) məğlub edərək 1/2 finala yüksəlib.

Bundan əlavə, Ali Tsokayev, Nürəddin Novruzov, Turan Bayramov və Giorgi Meşvildişvili də 1/2 final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçisi Nürəddin Novruzov (61 kq) Tirana şəhərində keçirilən Avropa çempionatının 1/2 finalında Albaniya təmsilçisi Zəlimxan Abakarovla qarşılaşacaq.

Digər təmsilçimiz Turan Bayramov (74 kq) 1/2 finalda gürcüstanlı Giorgi Elbakidze ilə üz-üzə gələcək.

Arseniy Djioyev (86 kq) isə 1/2 finalda latviyalı İvars Samusonokla güləşəcək.

Ali Tsokayev (92 kq) 1/2 final mərhələsində isveçrəli Samuel Şerrerlə qarşılaşacaq.

Giorgi Meşvildişvili (125 kq) isə 1/2 finalda türkiyəli Hakan Büyükçınqılla münasibətlərə aydınlıq gətirəcək.

Avropa çempionatının yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də İctimai TV-də canlı yayımlanacaq. Yarış aprelin 26-da başa çatacaq.

15:48

Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (92 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, güləşçimiz gürcüstanlı dünya və Avropa mükafatçısı Miriani Maysuradzeyə 5:0 hesabı ilə qalib gələrək 1/2 finala yüksəlib.

Digər güləşçimiz Nürəddin Novruzov (61 kq) moldovalı Leomid Kolesniki tam üstünlüklə (17:6) məğlub edərək 1/2 finala vəsiqə qazanıb.

Turan Bayramov (74 kq) belaruslu Nikita Mayevskiyə (UWW) 8:0 hesabı ilə qalib gələrək 1/2 finala yüksəlib.

Bundan başqa, Giorgi Meşvildişvili də 1/2 final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

15:17

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, güləşçimiz ermənistanlı Xaçatur Xaçatryanı sonuncu xal prinsipinə əsasən (5:5) məğlub edərək 1/2 finala yüksəlib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

14:43

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, güləşçimiz UWW-ni təmsil edən neytral atlet Fərhad Nurixorjestanı 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Digər güləşçimiz Ali Tsokayev (92 kq) Belarus təmsilçisi Yaraslav Yadkovski (UWW) üzərində tam üstünlüklə (10:0) qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.

Arseniy Djioyev (86 kq) ukraynalı Denis Bikovla qarşılaşmada da tam üstünlük nümayiş etdirərək (10:0) qələbə qazanıb və 1/4 finala yüksəlib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

09:48

Bu gün Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın beş sərbəst güləşçisi döşək üzərinə çıxacaq.

İdman.Biz xəbər verir ki, Nürəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq), Giorgi Meşvildişvili (125 kq) mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub. Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:03

Nigeriyalı futbolçu Daniel Eşiemokhai “Qəbələ”yə qayıtdı

Futbol
Bu gün, 12:47

Mahmud Qurbanov: "Sabah" "Hapoel" səddini də aşa bilər"

Qarabağ FK
Bu gün, 12:20

Azərbaycanın UEFA reytinqindəki mövqeyi

Futbol
Bu gün, 11:59

San-Paulu futbolçularının istifadə etməli olduğu avtobusda böyük miqdarda marixuana tapılıb

Futbol
Bu gün, 11:51

Məhəmməd Salahın türk əcdadları

Futbol
Bu gün, 11:40

Tottenhem Monako hücumçusu ilə maraqlanır

Voleybol
Bu gün, 11:20

Murov Az Terminal voleybol klubuna yeni transfer

Futbol
Bu gün, 11:14

“Roma” klubu Rodriqo Mora ilə müqavilə bağlamağa yaxındır

Futbol
Bu gün, 10:58

Kiyev "Dinamo"su Bakıya 25 futbolçu ilə gəlib

Futbol
Bu gün, 10:49

UEFA Superkuboku: PSJ - “Aston Villa”

Futbol
Bu gün, 10:35

Duşan Vlahoviç “Beşiktaş”la müqavilə imzalayacaq

Futbol
Bu gün, 10:22

"Sabah" UEFA-dan minimum 8,98 milyon avro qazanacaq

Futbol
Bu gün, 09:50

Sabahın qələbəsi Azərbaycana xal gətirdi

Futbol
Bu gün, 09:37

Riyad Mahrezin həyat yoldaşı Teylor haqqında məlumat

Voleybol
Bu gün, 09:34

Murov Az Terminal xorvatiyalı toppaylayıcı ilə gücləndi

Futbol
Bu gün, 09:21

Bred Pitt Neymarı ələ saldı: “Ona aktyorluq dərsi keçəcəyəm”

Futbol
Bu gün, 09:08

La Liqanın gələcək mövsümünün favoritləri: “Barselona” və “Real”ın şansı necədir?

Futbol
Bu gün, 08:40

Roberto Martines Niderland millisinin yeni baş məşqçisi ola bilər

Futbol
Bu gün, 08:15

Mourinyo və Kasilyas arasında mövcud olan münaqişənin təfərrüatları

Futbol
Bu gün, 07:14

Aleksis Sançes “Kleb de Fut Monreal”a transfer olunub

Futbol
Bu gün, 06:13

Lyuis Holl “Mançester Yunayted”ə keçmək istəyir

Futbol
Bu gün, 05:20

Tottenhem "Monako"ya 60 milyon avro təklif edib

Futbol
Bu gün, 04:10

„Korintians“ Memfis Depay ilə müqaviləni yeniləməmək qərarına gəlib

Futbol
Bu gün, 03:19

“Arsenal”ın müdafiəçisi “Mançester Yunayted” və “Çelsi”yə təklif olunub

Oxşar xəbərlər