top
Avropa çempionatı: Turan Bayramov, Arseniy Djioyev, Giorgi Meşvildişvili və Ali Tsokayev finala yüksəldi; Nürəddin Novruzov bürünc medal uğrunda güləşəcək Idman.biz
25 aprel 2026, 19:50
- +

Avropa çempionatı: Turan Bayramov, Arseniy Djioyev, Giorgi Meşvildişvili və Ali Tsokayev finala yüksəldi; Nürəddin Novruzov bürünc medal uğrunda güləşəcək

Giorgi Meşvildişvili (125 kq) türkiyəli Hakan Büyükçınqıla 3:1 hesabıyla qalib gələrək Avropa çempionatının finalına yüksəldi.

19:38

Ali Tsokayev (92) isveçrəli Samuel Şerrerə 6:0 hesabıyla qalib gələrək Avropa çempionatının finalına yüksəldi.

19:35

Arseniy Djioyev (86) latviyalı İvars Samusonoka tam üstünlüklə (12:2) qalib gələrək Avropa çempionatının finalına yüksəldi.

19:11

Sərbəst güləşçimiz Turan Bayramov (74 kq) gürcüstanlı həmkarı Giorgi Elbakidzeyə qalib gələrək Avropa çempionatının finalına yüksəlib.

19:05

Nürəddin Novruzov (61) yarımfinalda albaniyalı dünya çempionu Zəlimxan Abakarova 3:14 hesabıyla məğlub oldu və sabah bürünc medal uğrunda güləşəcək.

16:08

Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev (86 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, güləşçimiz moldovalı Yevgeni Mihaelkanı tam üstünlüklə (11:0) məğlub edərək 1/2 finala yüksəlib.

Bundan əlavə, Ali Tsokayev, Nürəddin Novruzov, Turan Bayramov və Giorgi Meşvildişvili də 1/2 final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçisi Nürəddin Novruzov (61 kq) Tirana şəhərində keçirilən Avropa çempionatının 1/2 finalında Albaniya təmsilçisi Zəlimxan Abakarovla qarşılaşacaq.

Digər təmsilçimiz Turan Bayramov (74 kq) 1/2 finalda gürcüstanlı Giorgi Elbakidze ilə üz-üzə gələcək.

Arseniy Djioyev (86 kq) isə 1/2 finalda latviyalı İvars Samusonokla güləşəcək.

Ali Tsokayev (92 kq) 1/2 final mərhələsində isveçrəli Samuel Şerrerlə qarşılaşacaq.

Giorgi Meşvildişvili (125 kq) isə 1/2 finalda türkiyəli Hakan Büyükçınqılla münasibətlərə aydınlıq gətirəcək.

Avropa çempionatının yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də İctimai TV-də canlı yayımlanacaq. Yarış aprelin 26-da başa çatacaq.

15:48

Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (92 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, güləşçimiz gürcüstanlı dünya və Avropa mükafatçısı Miriani Maysuradzeyə 5:0 hesabı ilə qalib gələrək 1/2 finala yüksəlib.

Digər güləşçimiz Nürəddin Novruzov (61 kq) moldovalı Leomid Kolesniki tam üstünlüklə (17:6) məğlub edərək 1/2 finala vəsiqə qazanıb.

Turan Bayramov (74 kq) belaruslu Nikita Mayevskiyə (UWW) 8:0 hesabı ilə qalib gələrək 1/2 finala yüksəlib.

Bundan başqa, Giorgi Meşvildişvili də 1/2 final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

15:17

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili (125 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, güləşçimiz ermənistanlı Xaçatur Xaçatryanı sonuncu xal prinsipinə əsasən (5:5) məğlub edərək 1/2 finala yüksəlib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

14:43

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.

İdman.Biz xəbər verir ki, güləşçimiz UWW-ni təmsil edən neytral atlet Fərhad Nurixorjestanı 3:2 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.

Digər güləşçimiz Ali Tsokayev (92 kq) Belarus təmsilçisi Yaraslav Yadkovski (UWW) üzərində tam üstünlüklə (10:0) qələbə qazanaraq 1/4 finala vəsiqə əldə edib.

Arseniy Djioyev (86 kq) ukraynalı Denis Bikovla qarşılaşmada da tam üstünlük nümayiş etdirərək (10:0) qələbə qazanıb və 1/4 finala yüksəlib.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

09:48

Bu gün Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın beş sərbəst güləşçisi döşək üzərinə çıxacaq.

İdman.Biz xəbər verir ki, Nürəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq), Ali Tsokayev (92 kq), Giorgi Meşvildişvili (125 kq) mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Yunan-Roma güləşi üzrə milli komanda hesabında birinci olub. Qadın güləşçilərdən Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:26

DÇ-2026: Fransa və İspaniya yarımfinalda üzləşəcək

Futbol
Bu gün, 13:26

DÇ-2026: Yarımfinal matçları başlanğıcını alır

Futbol
Bu gün, 13:20

Argentina İngiltərə ilə oyun üçün 20 il əvvəlki mavi formasını geyəcək

Digər
Bu gün, 13:07

Azərbaycanda bilyard üzrə dünya çempionatını keçirmək istəyirik

Futbol
Bu gün, 12:40

Əl-Əhli Fransişku Trinkaonu transfer edib

Futbol
Bu gün, 12:22

Norveç futbolçusu Yulian Ryerson kralın qəbuluna başmaqla gedib

Futbol
Bu gün, 12:22

Norveçli futbolçu kralın qəbuluna başmaqla gedib

Futbol
Bu gün, 12:07

„Şəfa“nın legioneri mövsümə hazırlıqdan danışdı

Futbol
Bu gün, 11:40

Aston Villa Dinyeyə əvəzləyici axtarır

Basketbol
Bu gün, 11:22

Azərbaycanın gənclər basketbol millisi İrlandiya ilə qarşılaşacaq

Digər
Bu gün, 10:44

Azərbaycan karateçiləri Dünya Kubokunda uğur qazanıb

Futbol
Bu gün, 10:40

Barselona 2027/28 mövsümünün ilk yarısında „Kamp Nou“da oynaya bilməyəcək

Futbol
Bu gün, 10:35

Lamin Yamal mətbuat konfransında diqqət mərkəzinə düşüb

Futbol
Bu gün, 10:24

"İmişli" FK-də yeni transfer: Yusif İmanov

Futbol
Bu gün, 10:08

Erlinq Holand ABŞ-dən qeyri-adi suvenir gətirdi

Futbol
Bu gün, 09:51

DÇ-2026: Fransa və İspaniya final üçün yarımfinalda üz-üzə gələcəklər

Futbol
Bu gün, 09:30

Lamal Fransaya qarşı özünə inamlıdır: “Özümü qələbə ilə təbrik edəcəyəm”

Futbol
Bu gün, 09:20

Sabah Çempionlar Liqasında TNS ilə qarşılaşır

Futbol
Bu gün, 09:08

Andrea Pirlo İtaliya millisinin baş məşqçisi olmağa namizəddir

Futbol
Bu gün, 08:20

Yuventusdan Loi Opendanın getməsi

Futbol
Bu gün, 08:13

Atalanta Alaybeqoviçin transferini həyata keçirməyə hazırlaşır

Futbol
Bu gün, 08:00

FİFA prezidenti Şeyx Həməd bin Xəlifə Əl-Taninin dəfn mərasimində iştirak etmək üçün ABŞ-ı tərk edib

Futbol
Bu gün, 08:00

FİFA prezidenti Qətərə getdi

Futbol
Bu gün, 07:15

Con Terri: İngiltərənin vaxtı gəlib

Oxşar xəbərlər