top
Mircavadov Yurçeviçin Zirə ilə bağlı fikirlərinə cavab verdi Idman.biz
23 iyul 2025, 17:46
- ↺ +

Mircavadov Yurçeviçin "Zirə" ilə bağlı fikirlərinə cavab verdi

"Bəlkə də, Yurçeviç millidə işləyərkən Azərbaycanda neçə klub var, onu bilmirdi. İnanıram ki, Rəşad Sadıqov onun cavabını bugünkü oyunla da verər".

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında yığmanın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

78 yaşlı mütəxəssis Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviçin Xorvatiya "Hayduk"u ilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl "Zirə" barədə fikirlərini qərəzli hesab edib.

Mircavadov xorvatiyalı həmkarına belə cavab verib: "Rəşad Sadıqovun açıqlamasını oxudum. Yurçeviçin cavabını düzgün verib. Xorvatiyalı maliyyə cəhətini vurğulayıb ki, "Zirə"də belə maaş, qonarar alırlar. Elə deyil axı. Bilmədiyin şeyi demək, qəbahətdir, olmaz. Bu, "Zirə"nin uğuruna kölgə salmaq deməkdir. Hər klubun öz maliyyəsi, gücü var. "Qartallar"ın öz yolu var, ona uyğun işləyirlər. "Zirə" yarandıqdan sonra yavaş-yavaş gücləndi, Azərbaycan Premyer Liqasında qalmaq, daha sonra avrokuboklar uğrunda mübarizə aparmaq üçün çalışdı. İlk vaxtlar avrokuboklarda mərhələ keçə bilmədi, zamanla bunu da etdi, indi isə imkan var ki, daha yuxarılara getsinlər. Bunun üçün də rəhbərlik və oyunçular nə etməyin lazım olduğunu bilirlər. O insanın dedikləri çox səhvdir. Dedi, cavabını da aldı".

Mircavadov Azərbaycanda işləmiş xarici mütəxəssislərin maaş məsələsini bu qədər qabartmasına isə belə anlam verib: "Onların xasiyyəti belədir: pulla danışırlar. Amma bizim məşqçilərə baxın, onlar heç maaş söhbəti edirlər? Yaşlısından tutmuş cavanına qədər yerli məşqçilər pul yerinə Azərbaycan futboluna fayda verməyi üstün tuturlar".

Qeyd edək ki, Nikola Yurçeviç 2019-cu ildə Azərbaycan millisinin baş məşqçisi olub. UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" - "Hayduk" matçı barədə danışarkən o, "Zirə" 15 legioner oynadır, yaxşı legioner oyunçular sayəsində hər il mükafatçılar sırasında yer alırlar. Futbolçular yaxşı məvacib, qonorarlar alırlar" deyə açıqlama verib.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

“Mançester Yunayted”in Karrikin işindən çıxarmama səbəbləri

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Oxşar xəbərlər