Yunanıstanın "Aris" kollektivi "Araz-Naxçıvan" üzərində qələbə qazanmaq istəyir.
"Report" xəbər verir ki, bunu "Aris"in futbolçusu Fredrik Yensen UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Finlandiyalı yarımmüdafiəçi Azərbaycan komandası ilə matça ciddi hazırlaşdıqlarını söyləyib:
"Sabah bizi maraqlı oyun gözləyir. "Araz-Naxçıvan" üzərində qələbə qazanmaq istəyirik. Komanda olaraq görüşə hazırıq".
Qeyd edək ki, "Araz-Naxçıvan" – "Aris" qarşılaşması sabah, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq.