ABŞ-də keçirilən 2025-ci il FIFA klubların dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, ilkin mərhələdə mübarizə hərəsində dörd iştirakçı olmaqla 8 qrupda gedir.
Qrup mərhələsinin 2-ci turu çərçivəsində G qrupunda ilk oyunda böyük hesablı qələbə qazanmış "Yuventus" mundiala məğlubiyyətlə başlayan Mərakeş təmsilçisi "Vidad"la qüvvəsini sınayır.
Daha sonra H qrupunda hesabında bir xal olan "Real Madrid" isə ilk oyununda uduzan Meksika klubu "Paçuka" ilə qarşılaşacaq.
Qrup mərhələsi
2-ci tur
22 iyun
G qrupu
20:00. "Yuventus" - "Vidad" 2:1
H qrupu
22:00. "Real Madrid" - "Paçuka"
İdman.biz