top
Yuri Vernidub Neftçinin Qarabağla oyunu və bütün rəqiblərə münasibəti haqqında Idman.biz
10 fevral 2026, 22:59
- ↺ +

Yuri Vernidub "Neftçi"nin "Qarabağ"la oyunu və bütün rəqiblərə münasibəti haqqında

"Neftçi"nin "Qarabağ"la matçı təxirə salınacaqsa, oynanılmayacaq, əks halda isə qarşılaşma keçiriləcək".

İdman.Biz xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 19-cu turunda "Qəbələ"yə qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis son günlər mətbuatda müzakirə olunan "Neftçi" və "Qarabağ" arasındakı oyunun təxirə salınması məsələsinə münasibət bildirib.

"Əgər mənə bildirilsə ki, oyun təxirə salınır, oynamayacağıq. Yox, təxirə salınmasa, təbii ki, çıxıb öz oyunumuzu oynayacağıq. Azərbaycan Premyer Liqasında 12 komanda mübarizə aparır. Biz onlardan biriyik, qalan 11 komanda isə bizim üçün rəqib sayılır. Mənim üçün hər qarşılaşma eyni dərəcədə önəmlidir. Rəqibin "Qarabağ", "Sumqayıt" və ya "Kəpəz" olmasının fərqi yoxdur. Əsas məqsədim hər oyunda qələbə qazanmaqdır və qarşıma qoyulan tapşırıq da məhz bundan ibarətdir", - Vernidub vurğulayıb.

Y.Vernidub "Qəbələ" ilə matçın ilk hissəsində yaxşı oyun nümayiş etdirdiklərini bildirib.

"Hesabı açdıq və ikinci qolu vurmaq üçün də imkanlarımız var idi. "Qəbələ"nin isə demək olar ki, qol epizodları olmadı. İkinci hissədə baş verənlər daha çox psixoloji amillərlə bağlı idi. Komanda bu stadionda uzun müddətdir qələbə qazana bilmirdi. Hesabda öndə olduğumuza görə, ehtimal ki, oyunçular daha çox müdafiəyə çəkilməyə üstünlük verdilər. Bu isə bizim oynamaq istədiyimiz futbol deyil.

Biz meydanda daha keyfiyyətli oyun gözləyirdik. Qarşılaşmadan əvvəl futbolçulara bildirmişdim ki, bu gün qələbə bizim üçün vacibdir ki, yolumuza davam edə bilək. Onlar da bu tapşırığın öhdəsindən gəldilər və buna görə komandaya təşəkkür edirəm. Oyunlar unudula bilər, lakin nəticə hər zaman yadda qalır", - baş məşqçi əlavə edib.

"Neftçi" – "Qəbələ" matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə bitib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər