top
Yüksək və Birinci Liqalarının püşkü atıldı - İştirakçı komandalar Sportinfo.az
Bu gün, 10:21
- ↺ +

Yüksək və Birinci Liqalarının püşkü atıldı - İştirakçı komandalar

Futzal üzrə Azərbaycan Yüksək və Birinci Liqalarında 2026/2027 mövsümünün püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən bildirilib.

Tədbir çərçivəsində futzalın yeni loqosu təqdim olunub.

Mərasimdə AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva, baş katib Cahangir Fərəcullayev, qurumun rəsmiləri, futzal və futbol ictimaiyyətinin nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.

Açılışda çıxış edən Cahangir Fərəcullayev komandalara yeni mövsümdə uğurlar arzulayıb. O, assosiasiyanın nəzdində Futzal və Çimərlik Futbolu Departamentinin yaradıldığını diqqətə çatdırıb, bu strukturun kollektivinə fəaliyyətində müvəffəqiyyətlər diləyib.

C.Fərəcullayev futzal üzrə Azərbaycan milli komandasının bundan sonra da yalnız yerli oyunçulardan formalaşdırılacağını bildirib.

Daha sonra AFFA-nın Futzal və Çimərlik Futbolu Departamentinin rəhbəri Fərid Babayev Yüksək və Birinci Liqaların reqlamentləri barədə məlumat verib. O, U-19 Futzal Liqasının yaradıldığını və bu yaş kateqoriyasında 6 komandanın iştirakı ilə çempionat keçiriləcəyini qeyd edib.

Qaydalara əsasən, Yüksək Liqanın birinci mərhələsinin yekununda ilk 6 yeri tutan komandalar Çempionlar qrupunda, 7-10-cu pillələrdə qərarlaşan kollektivlər isə Prestij qrupunda mübarizəni davam etdirəcəklər.

Çempionlar qrupunun qalibi mövsümün çempionu olacaq. Prestij qrupunu sonuncu pillədə başa vuran komanda Birinci Liqaya düşəcək, 9-cu yeri tutan kollektiv isə həmin liqanın ikincisi ilə pley-off qarşılaşmasında üz-üzə gələcək.

Ardınca püşkatma mərasimi keçirilib. Hər iki liqada I turun oyunlarının təqvimi müəyyənləşib.

Yüksək Liqa

I tur

"Marafon" - "Şuşa"

"İmişli" - "Xankəndi"

"Baku Fire" - "Atidel Ordubad"

"Yasamal Bakı" - "Araz-Naxçıvan"

"Rəvan" - "Neftçi İK"

Birinci Liqa

I tur

"Ulduz Bakı" - "Baku Fire-1"

"MC Finans" - "Metropoliten Bakı"

"Star Kargo" - "Neftçala"

"Bakı" - "İçərişəhər Bakı"

"Xəzər" - "Xan Lənkəran"

Qeyd edək ki, "Timsport" komandası ilk turu buraxacaq. Qarşıdakı mövsümdə Yüksək Liqada 10, Birinci Liqada isə 11 komanda mübarizə aparacaq.

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:40

“Qalatasaray”ın baş məşqçisi ilə hakim arasında dialoq məlum oldu

Futbol
Bu gün, 21:40

Seneqallıya görə 70 milyon avro təklif etdi - Premyer Liqa nəhəngi

Futbol
Bu gün, 21:39

Bavariya futbolçusu Olisenin zədəsi üzərində müsbət xəbər

Futbol
Bu gün, 21:20

GƏRGİNLİK - Məşqçilər əlbəyaxa oldu, hər ikisi “qırmızı” aldı

Digər
Bu gün, 21:18

Tahir Abdullayev UFC-də Ceyk Mettyusunu hakimlərin qərarı ilə məğlub etdi

Futbol
Bu gün, 21:18

“İnter” 19 yaşlı hücumçunun transferini nəzərdən keçirir

Futbol
Bu gün, 21:09

Qəbələ “Şəfa”nı belə məğlub etdi - Video

Futbol
Bu gün, 21:00

Şamaxı – Turan Tovuz oyunu: Referee decision və yaralanma fotonu

Boks
Bu gün, 20:48

Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazandı

Futbol
Bu gün, 20:46

Amad Diallo Manchester United-dən ayrılma ehtimalı

Qarabağ FK
Bu gün, 20:42

“Kəpəz”in son məşqində azarkeş izdihamı: “Qarabağ”la oyuna hazırlıq tamamlandı - FOTO

Futbol
Bu gün, 20:40

“Neftçi”nin macar legioneri həyacan içində: “Bu, bizi aldatmamalıdır”

Voleybol
Bu gün, 20:35

“Gəncə” məğlub oldu

Futbol
Bu gün, 20:29

Dortmund “Borussiya”sı liderliyini qorudu, “RB Leypsiq”dən beş qolluq qələbə - VİDEO

Voleybol
Bu gün, 20:16

Murov Az Terminal qadın voleybol komandası Super Liqada üçüncü turda qalib gəldi

Futbol
Bu gün, 20:15

Şəfa – Qəbələ matçının video icmalı

Futbol
Bu gün, 20:06

“Qəbələ” “Şəfa”nı belə məğlub etdi – VİDEO və XRONOLOGİYA

Futbol
Bu gün, 20:05

Zaur Həşimov: Düşünürdük ki, artıq "qara zolaq"dan çıxmışıq

Futbol
Bu gün, 20:02

“Latsio” liderliyini möhkəmləndirdi, “Komo”dan inamlı qələbə - VİDEO

Futbol
Bu gün, 20:00

Vinisius Realın üç oyunçusunu Braziliyaya aparacaq

Futbol
Bu gün, 20:00

Millinin toplanışına gəlmədi, İtaliyada qol vurdu

Futbol
Bu gün, 19:52

Qara zolaqdan çıxdıq, amma məğlubiyyət gərginliyi artırdı

Digər
Bu gün, 19:50

Rüstəm Alimli: “İki qızıl medal gözləyirdik”

Futbol
Bu gün, 19:48

“Məsuliyyət mənim üzərimdədir, amma…” – Zaur Həşimov

Oxşar xəbərlər