Avropa qitəsində futbol üzrə statistik və analitik araşdırmalar aparan "CIES Football Observatory" mərkəzi "Beşiktaş"ın 19 yaşlı müdafiəçisi Yasin Özcanın futbolçu keyfiyyətlərini yüksək qiymətləndirib.
İdman.Biz xəbər verir ki, mərkəz, 19 yaşlı stoperi çoxfunksiyalı mərkəz müdafiəçiləri kateqoriyasında siyahının zirvəsinə yerləşdirib.
Hesabatda qeyd olunur ki, istedadlı futbolçu müdafiədəki effektiv müdaxilələri ilə yanaşı, hücuma verdiyi töhfə ilə də seçilir.