top
Xankəndi Şəmkiri forma qalmaqalında günahlandırdı: Bəyanat Idman.biz
10 mart 2026, 12:29
- ↺ +

"Xankəndi" "Şəmkir"i forma qalmaqalında günahlandırdı: Bəyanat

"Xankəndi" futbol klubu ötən gün II Liqasının XVII turunda "Şəmkir"lə keçirilməli olan oyun öncəsi yaranmış xoşagəlməz vəziyyətlə bağlı bəyanat yayıb.

İdman.Biz xəbər verir ki, açıqlamada deyilir:

"Oyundan əvvəl komandaların meydançaya çıxışı və təşkilati prosedurlar zamanı formalarla bağlı texniki problem ortaya çıxıb. Məsələ dərhal oyunun təşkilati məsul şəxslərinin diqqətinə çatdırılıb və qaydalara uyğun şəkildə həll olunması üçün addımlar atılıb.

Bu mərhələdə qarşılaşmanın rəsmi nümayəndələri (AFFA və PFL, eləcə də oyuna təyinat almış hakimlər briqadası və inspektor), o cümlədən yarışın təşkilində iştirak edən qurumların rəsmiləri ilə onlayn formatda təcili müzakirələr aparılıb, yaranmış vəziyyətin aradan qaldırılması və oyunun baş tutması üçün müxtəlif variantlar nəzərdən keçirilmişdir.

Qeyd etmək lazımdır ki, yarışın Əsasnaməsinə uyğun olaraq oyunun əsas təşkilati məsuliyyəti oyuna təyin olunmuş Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) nümayəndəsinin üzərinə düşür və oyundan əvvəl, oyun zamanı və oyundan sonra onun verdiyi qərar və tələblər bütün iştirakçılar tərəfindən qeyd-şərtsiz yerinə yetirilməlidir.

"Xankəndi" olaraq klubumuz yaranmış vəziyyətə baxmayaraq, qarşılaşmanın keçirilməsi üçün bütün mümkün həll yollarını və tövsiyələri dəstəkləmiş, rəsmi şəxslərin qərarlarına uyğun şəkildə hərəkət etmiş və oyunun baş tutması üçün üzərinə düşən bütün addımları atıb.

Məqsədimiz çempionatın idman prinsiplərinə uyğun olaraq mübarizənin meydanda baş tutması və azarkeşlərin gözlədiyi oyunun keçirilməsi idi. Bununla yanaşı, baş vermiş hadisənin mahiyyətini tam aydınlaşdırmaq üçün bəzi məqamları xüsusi olaraq qeyd etməyi vacib hesab edirik.

"Xankəndi" olaraq komandamız oyuna hazırlıq zamanı Peşəkar Futbol Liqası və AFFA tərəfindən müəyyən edilmiş bütün tələblərə tam əməl edərək stadiona gəlmişdir. Klubumuz oyun üçün iki fərqli rəngdə forma dəstini hazır vəziyyətdə təqdim etmişdir. Qeyd edək ki, AFFA və PFL nümayəndələri, eləcə də hakimlər briqadası və inspektor bunu yerində yoxlayıb dəqiqləşdirdilər.

Yarış qaydalarına əsasən ev sahibi komanda oyundan ən azı iki gün əvvəl hansı forma ilə meydana çıxacağı barədə müvafiq qurumlara və rəqib klubun rəsmi elektron poçt ünvanına məlumat verməlidir. Bu oyunda məlumat ən gec iki gün öncə saat 16:00-dək təqdim olunmalı idi. Qonaq komanda məhz bu məlumat əsasında öz formasını müəyyənləşdirir.

Təəssüf ki, "Şəmkir" Əsasnamənin bu tələbini pozaraq forma ilə bağlı məlumatı əvvəlcədən təqdim etməmişdir və ilk problem məhz bu səbəbdən yaranıb.

Bundan əlavə, oyun günü ev sahibi komandanın yalnız bir forma dəsti ilə stadiona gəldiyi və alternativ forma təqdim edə bilmədiyi məlum olmuşdur. Yaranmış vəziyyətin aradan qaldırılması və oyunun keçirilməsi üçün müxtəlif həll variantları müzakirə olunsa da, nəticə etibarilə "Şəmkir" komandası bu tövsiyələrin heç birinə məhəl qoymayıb, beləliklə müxtəlif bəhanələr gətirərək oyuna çıxmaqdan imtina etmişdir.

"Xankəndi" olaraq bir daha vurğulayırıq ki, klubumuz oyun üçün AFFA və PFL nümayəndələrinin, rəsmi şəxslərin bütün təşkilati, texniki tələblərini və tövsiyələrini nəzərə alaraq tam şəkildə yerinə yetirmiş və qarşılaşmaya hazır vəziyyətdə olmuşdur.

PFL-in hadisə ilə bağlı açıqlamasında göstərilmişdir ki, qonaq komanda olan "Xankəndi" Əsasnamə üzrə problemin yaranmasına görə məsuliyyət daşımamasına baxmayaraq, oyunun keçirilməsi üçün AFFA nümayəndəsinin və PFL-in bütün tələblərini yerinə yetirərək Azərbaycan futbolunun maraqlarına xidmət etmişdir.

Bir daha bəyan edirik ki, biz hər zaman çempionatın idman prinsiplərinə, qaydalarına və Azərbaycan futbolunun maraqlarına sadiq qalmışıq və sadiq qalmaqda davam edəcəyik.

Bununla belə, baş vermiş hadisə ilə bağlı yekun ədalətli qərarın Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının müvafiq qurumları tərəfindən yarış qaydalarına uyğun şəkildə veriləcəyinə inanırıq".

View this post on Instagram

A post shared by İdman və Biz (@idmanbiz)

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Oxşar xəbərlər