Almaniya Bundesliqası təmsilçisi "Verder" İngitərənin "Sautqempton" klubunun futbolçusu Yukinari Suqavaranı icarəyə götürüb.
"Report" xəbər verir ki, bu barədə "ağ-yaşıllar"ın mətbuat xidməti məlumat yayıb.
Yaponiya millisinin sağ cinah müdafiəçisi qarşıdakı bir mövsüm ərzində "Verder"in şərəfini qoruyacaq.
Qeyd edək ki, Y.Suqavara ötən mövsüm bütün yarışlarda 32 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.