top
Velko Simiç: Qarabağla oyunlarımız hər zaman çox maraqlı və baxımlı olur Idman.biz
23 mart 2026, 16:59
- ↺ +

Velko Simiç: "Qarabağ"la oyunlarımız hər zaman çox maraqlı və baxımlı olur

"Qarabağ"la oyunlarımız hər zaman çox maraqlı və baxımlı olur".

Bunu "Sabah"ın serbiyalı yarımüdafiəçisi Velko Simiç futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Son turda "Qarabağ"ın "Kəpəz"ə uduzması sizin üçün gözlənilməz olmadı? Bu nəticədən sonra çempionluğa inamınız daha da artdımı?

- Çempionatda hər bir komanda sona kimi mübarizə aparır. Bu baxımdan heç bir komanda xal itkisindən sığortalanmayıb. O ki qaldı xal fərqinə, yaxşı üstünlükdür, amma hələ heç nə bitməyib. Rahatlaşa bilmərik.

- Milli fasilə hazırda əla formada olan "Sabah"a mənfi təsir etməyəcək ki? Yəqin ki, belə bir məqamda fasilənin yaranmasını istəməzdiniz…

- Xeyr, əksinə, bu bizə dincəlmək üçün vaxt verəcək. Yanvardan sonra çox oyun keçirmişdik.

- Aprelin 3-də kubokda "Qarabağ"la ilk yarımfinal matçına çıxacaqsınız. Şansları necə dəyərləndirirsiniz?

- "Qarabağ"la oyunlarımız hər zaman çox maraqlı və baxımlı olur. Düşünürəm ki, bu, rəqabətdə daha bir möhtəşəm səhifə olacaq. Görək nə baş verəcək.

- Bu görüşdən sonra isə sizi liqada "Araz-Naxçıvan"la səfər oyunu gözləyir. Rəqib sizə problem yarada bilər, yoxsa asan qələbə gözləyirsiniz?

- Çempionatda hər bir oyun çətin keçir. Bu matç da istisna olmayacaq. Bizi çətin, bir o qədər də daha bir mühüm görüş gözləyir. Hər matça olduğu kimi, bu oyuna da qələbə üçün çıxacağıq.

- "Sabah"a və Azərbaycan liqasına çox rahat uyğunlaşdınız, qısa zamanda sözünüzü deməyə başladınız. Burada uzun illər qalmağı planlaşdırırsınız?

- Mövsüm bitəndə hər şeyi müzakirə edəcəyik. Hələlik "Sabah"da və Azərbaycanda hər şey mənim üçün yaxşı gedir. Burada olmaqdan şadam. İndi yalnız komandamın qarşıdakı oyunları barədə düşünürəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər