top
Valdas Dambrauskas: Biz heç nəyi fəda etmək niyyətində deyilik Sport24.az
04 fevral 2026, 22:55
- ↺ +

Valdas Dambrauskas: Biz heç nəyi fəda etmək niyyətində deyilik

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsi çərçivəsində "Sabah" doğma meydanda "Qəbələ" ilə 0:0 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırıb:

 

"Çox çətin bir oyun oldu. Rəqibi təbrik etmək istəyirəm. Çox gözəl oyun planları var idi. Biz bu gün ortalamadan aşağı çıxış etdik. Sadəcə bir şansımız oldu, ondan da istifadə edə bilmədik. Ancaq cavab matçı var. Həmin oyunda istədiyimiz nəticəni əldə etmək üçün əlimizdən gələni edəcəyik."

 

- Komanda noyabrdan etibarən hər oyunda ən azı 2 qol vururdu. Bu matçda qolun olmamağını komandanın kuboka daha az köklənməyi kimi dəyərləndirə bilərik?

- Biz hər oyunda qalib gəlmək istəyirik. Bu günkü matçda komanda oyununda çox zəif çıxış etdik. İstədiyimiz pressinq, hücum planları yox idi. Onu da nəzərə almaq lazımdır ki, hər oyunda qalib gəlmək asan deyil.Bu gün "Qəbələ" bizi çox yaxşı təhlil etmişdi. Biz sabahdan etibarən səhvlərimiz üzərində çalışıb daha yaxşı nəticə üçün əlimizdən gələni etməliyik. 

 

- Bu gün heyəti seçərkən az öncə sadaladığınız çətinliklərlə qarşılaşacağınızı düşünürdünüzmü?

- Bu gün meydana çıxdığımız start heyəti zəif adlandıra bilmərik. Stefan Ende ilk matçına çıxırdı. Ondan başqa bütün futbolçular daha öncə start heyətində yer alan oyunçular idi. Mənim bu komandada hər bir futbolçuya ehtiyacım var. İlk 11-likdə hər futbolçudan yararlanmaq istəyirəm. Bu gün bütün futbolçularım döyüşdü. 

 

- "Sabah"ın hazırkı heyətinin hər iki turnirdə sona qədər mübarizə aparmaq səviyyədə görsənmir. Mövsümün gedişatında komandanın kuboku Premyer Liqaya fəda edəcəyini görmək olarmı?

- Bizim üçün gələcəkdə nələr baş verəcək, bunu bilmirik. Mənim üçün növbəti matç prioritetdir. Biz heçnəyi fəda etmək niyyətində deyilik. Hər bir qarşılaşmaya qələbə üçün çıxıb əlimizdən gələni edəcəyik. Bunun üçün də lazımi heyətin olduğunu düşünürəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Bu gün, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Futbol
Bu gün, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Bu gün, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Bu gün, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Bu gün, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Futbol
Bu gün, 21:35

Qəbələ Baş məşqçisi məğlubiyyətdə son 20 dəqiqə çətinliklərdən bəhs etdi

Basketbol
Bu gün, 21:29

Neftçi, NTD-ni 82:63 ilə məğlub etdi

Futbol
Bu gün, 21:25

Bekiri: Rəqiblə başabaş mübarizə apardıq

Futbol
Bu gün, 21:16

“Komo” baş məşqçisi Fabreqas: “İnter” İtaliyanın ən güclü komandasıdır, sensasiya yarada bilərik

Futbol
Bu gün, 20:58

Şəfa klubunda Vətən müharibəsi iştirakçılarına diqqət

Futbol
Bu gün, 20:50

Şəfa vs Araz‑Naxçıvan 4 qol vuruldu - Video

Futbol
Bu gün, 20:39

Bavariya Noyeri yaralı, Borussia 2-1 qələbə qazanıb

Futbol
Bu gün, 20:38

Al-Nasr Joao Felix'i Barcelona'dan koruyacaq: 50 milyon avroya ulaşacaq

Futbol
Bu gün, 20:13

Zaur Həşimov: "Şəfa"nın "Araz-Naxçıvan"la heç-heçə etdiyi oyunda dörd xalın əlimizdən alındığını düşünürəm [video]

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Oxşar xəbərlər