"Bavariya"nın müdafiəçisi Dayot Upamekano karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Sport24.az İnsayder Qrem Beyliyə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu iki Premyer Liqa nəhəngi - "Çelsi" və "Mançester Siti"nin diqqətini cəlb edib.
Fransalı futbolçunun Münhen klubu ilə hazırkı müqaviləsi gələn yay başa çatır.
Qeyd edək ki, müdafiəçi bu mövsüm Almaniya təmsilçisinin heyətində bütün turnirlərdə 20 oyunda meydana çıxıb və bir qol vurub. "Transfermarkt" portalı Upamekanonun dəyərini 60 milyon avro qiymətləndirir.