Bu gün Çempionlar Liqasının final oyunu keçiriləcək.
İdman.biz xəbər verir ki, mövsümün həlledici matçı Londondakı "Uembli" stadionunda baş tutacaq.
"Real" Dortmund "Borussiya"sı ilə üz-üzə gələcək. Çempionlar Liqasının ən titullu klubu olan İspaniya nəhəngi 15-ci titulu qazanmağa çalışacaq. 2-ci kubokunun bir addımlığında olan Dortmund təmsilçisi isə finalın favoritini məğlub etməklə 27 ildən sonra yenidən Avropanın ən güclüsü olmaq niyyətindədir.
Qeyd edək ki, matçın qalibi həm də UEFA Superkubokunda "Atalanta"nın rəqibi olacaq.
Çempionlar Liqası
Final
1 iyun
23:00. "Borussiya" D - "Real" - 0:1
Qol: Karvaxal, 73
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
London. "Uembli" stadionu
İdman.biz