Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama görüşünü keçirəcək.
İdman.biz xəbər verir ki, yığmamız Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Oyun saat 17:00-da başlayacaq.
Qeyd edək ki, millimiz iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.
İdman.biz