"Beşiktaş" mövsümlərarası fasilədə ikinci transferini həyata keçirib.
İdman.biz xəbər verir ki, "Roma"nın hücumçusu Temmi Abraham satınalma maddəsi ilə icarəyə götürüləcək.
İstanbula səfər edən İngiltərə millisinin futbolçusu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. 27 yaşlı forvardın transferi üçün "Beşiktaş" 2 milyon icarə haqqı və 13 milyon avro transfer məbləği ödəyəcək.
Qeyd edək ki, ötən mövsüm icarə əsasında"Milan"da keçirən Temmi Abraham 44 oyunda 10 dəfə fərqlənib.
İdman.biz