"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Masazır təmsilçisi 25 yaşlı dayaq yarımmüdafiəçisi Zinədin Uld Xaledlə 2 illik müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransanın "Anje" klubunun yetirməsi olan futbolçu karyerası ərzində bu klubun əsas və B komandalarında çıxış edib.