"Arsenal" "Çelsi"də çıxış etmiş qapıçı Kepa Arrisabalaqa ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərə mətbuatında yayılan xəbərlərə görə, Londonlular 30 yaşlı qapıçı üçün "Çelsi"yə 5 milyon funt-sterlinq ödəyib.
Qeyd edək ki, qolkiper 2024/25 mövsümündə icarə əsasında "Bornmut"un formasını geyinib. Bütün turnirlərdə 35 matça çıxan Arrisabalaqa 9 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.