top
Turan Tovuz Misli Premyer Liqasının 25-ci turunu və Kubok oyununu Sumqayıtda keçirəcək Report.az
10 mart 2026, 17:57
- ↺ +

"Turan Tovuz" Misli Premyer Liqasının 25-ci turunu və Kubok oyununu Sumqayıtda keçirəcək

"Turan Tovuz" klubu ev oyunlarını Sumqayıtda keçirəcək.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, daha əvvəl Tovuz şəhər stadionunun ot örtüyündə yaranmış problemlə əlaqədar Peşəkar Futbol Liqası tərəfindən "Turan Tovuz"un ev oyunlarını müvəqqəti olaraq "Azərsun Arena"da keçirməsinə icazə verilib:

"Klubun Tovuz şəhər stadionuna qayıtması öncədən test oyununun keçirilməsi şərti ilə Misli Premyer Liqasının XXV tur oyununa planlaşdırılıb. Son aparılan təhlillər, mütəxəssis rəyləri və klubun rəsmi müraciətinə əsasən, stadionun oyuna hazır vəziyyətə gətirilməsinin ən tez aprel ayının ortalarında mümkün ola biləcəyi müəyyənləşib. "Turan Tovuz" klubunun müvəqqəti olaraq çıxış etdiyi "Azersun Arena"nın da təmirə bağlanması səbəbindən ("Turan Tovuz"un bu stadionda yalnız fevral ayında istifadə edəcəyi əvvəlcədən rəsmi şəkildə bildirilmişdi) sözügedən tur oyununun, həmçinin Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək ev qarşılaşmasının Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili ilə bağlı Peşəkar Futbol Liqasına müraciət daxil olub".

"Tovuz şəhər stadionundakı mövcud durum, klubun müraciəti, eləcə də "Sumqayıt" klubunun razılıq məktubu nəzərə alınaraq Peşəkar Futbol Liqası tərəfindən "Turan Tovuz" klubunun Misli Premyer Liqasının 25-ci tur qarşılaşmasını və Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki ev oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməsinə qərar verilib. Sözügedən qarşılaşmalardan sonra Tovuz şəhər stadionunun ümumi vəziyyəti yenidən qiymətləndiriləcək və 26-cı turdan etibarən komandanın ev oyunlarının Tovuz şəhər stadionunda keçirilib-keçirilməməsi ilə bağlı əlavə qərar qəbul olunacaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 19:48

Qurban Qurbanov: "Belə oyunlar futbola sevgini daha da artırır"

Qarabağ FK
Bu gün, 19:38

Filipe Kandido: "Səfərdə 2 qol vurursansa, ən azı bir xal qazanmalısan"

Digər
Bu gün, 19:37

Mirzə Bayrampur: Vergi və ya dələduzluq iddiaları

Futbol
Bu gün, 19:31

Manuel Noyer karyerasını bağlayacaq

Futbol
Bu gün, 19:25

Kurban Berdiyev və Ehtiram Quliyevin Turan Tovuz və Sabah matçlarından sonra gələcək planları

Futbol
Bu gün, 19:20

"Hansi Flik çempionluq mükafatını Barselona əməkdaşları ilə bölüşdü"

Qarabağ FK
Bu gün, 19:18

«Qarabağ»ın müdafiəçisinin zədəsi; oyunçular komanda yoldaşına təsəlli verirlər - Video

Futbol
Bu gün, 19:05

Uqo Duronun qoluyla Valensiya Osasuna qarşısında məğlubiyyətdən qurtardı

Futbol
Bu gün, 18:45

AFFA-nın "Boots for All" layihəsi Gəncədə azyaşlı futbolçulara 145 buts hədiyyə edib

Futbol
Bu gün, 18:39

«Şamaxı» 2 qolla «Qəbələ»ni məğlub etdi - Video

Futbol
Bu gün, 18:35

"Neftçi"də qalmağa qərar verən qapıçı Rza Cəfərov: icarəyə getmək istəklərinə "yox""

Futbol
Bu gün, 18:30

"Səbail" PK "YAARA" MMC-nin ittihamlarına sənədlərlə cavab verib

Futbol
Bu gün, 18:25

Müasir futbolda qapıçıların fiziki hazırlığı

Futbol
Bu gün, 18:24

"Səbail" "YAARA" MMC ilə müqavilə ətrafındakı mübahisə ilə bağlı bəyanat yayıb

Futbol
Bu gün, 18:20

Barselona 1 milyon avro qazanacaq, çünki Palmeiras Libertadores Kubokunu qazanır

Digər
Bu gün, 18:14

"Azərbaycanı kəşf et": Qaranohur gölünə piyada yürüş təşkil edildi

Futbol
Bu gün, 18:10

Qaradağ Lökbatan, Şəkiyə qarşı 18:0 hesabı ilə qalib gəldi

Cüdo
Bu gün, 18:02

Romada cüdo üzrə Avropa Açıq Turnirində iki qadın cüdoçumuz finala yüksəlib

Futbol
Bu gün, 18:00

Liverpool Mersisayd derbisində 1:1 nəticəsi

Futbol
Bu gün, 18:00

Şamaxı 2-0 Qəbələni yendi – VİDEO və XRONOLOGİYA

Futbol
Bu gün, 17:58

Liverpool və Everton 1:1, Derbydə üstünlük qoruyamamış

Futbol
Bu gün, 17:47

"Sabah"la matçda zədələnən Alexandro Balde Barselonaya kömək edə bilməyəcək

Digər
Bu gün, 17:45

Yohannes Klebo Marit Byorqenin Dünya Kuboku rekorduna şərik çıxdı

Futbol
Bu gün, 17:45

Coşqunə Əliyeva fitnes fotoları ilə izləyiciləri heyran edir

Oxşar xəbərlər