top
Turan Tovuz Karvan-Yevlax üzərində qələbə qazanaraq avrokuboklara vəsiqə əldə etdi Idman.biz
10 may 2026, 19:07
- ↺ +

"Turan Tovuz" "Karvan-Yevlax" üzərində qələbə qazanaraq avrokuboklara vəsiqə əldə etdi

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Karvan-Yevlax" oyunu ev sahibinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

İdman.Biz xəbər verir ki, bu qələbə ilə Qərb regionu təmsilçisi xallarını 59-a çatdıraraq turnir cədvəlindəki üçüncü pillədə yerini möhkəmləndirib. "Karvan-Yevlax" isə qrup sonuncusu kimi növbəti mövsümdə yolunu aşağı liqada davam etdirəcək.

Qeyd edək ki, 32 illik fasilədən sonra Tovuz klubu avrokuboklara çıxış vəsiqəsini təmin edib. 1994-95-ci illər mövsümündə komanda Azərbaycan çempionu statusunda UEFA Kubokunun təsnifat mərhələsində "Fənərbağça" komandası ilə oynayaraq iki oyunun nəticəsinə görə mübarizəni dayandırmışdı. Həmin vaxt ölkəmiz UEFA-ya yeni üzv olduğu üçün Çempionlar Liqasına yox, UEFA Kubokuna vəsiqə qazanmışdı.

18:10

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Karvan-Yevlax" oyununda ikinci hissə başladı. İlk 45 dəqiqədən sonra hesab 1:0 meydan sahiblərinin xeyrinədir.

17:52

Ayxan Hüseynov oyunun 46-cı dəqiqəsində hesabı açdı. "Turan Tovuz" 1:0 öndədir.

16:58

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində bu gün keçirilən iki oyun - "Turan Tovuz" - "Karvan-Yevlax" qarşılaşması başladı.

16:05

Saat 17:00-da start götürəcək "Turan Tovuz" - "Karvan-Yevlax" oyunu üçün start heyətlər açıqlanıb.

"Turan Tovuz": 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva.

Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 88. Faiq Hacıyev, 6. Fərid Yusifli, 99. Vadji İbrahima, 19. Roberto Olabe, 8. David Tavareş, 2. Mark Rene Mampassi.

Baş məşqçi: Kurban Berdiyev.

"Karvan-Yevlax": 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 33. Eltun Turabov, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 16. Rauf Rüstəmli, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 4. Olavale Doyeni.

Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 17. Samir Abdullayev, 77. Əli Abdullayev, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kings, 10. Samuel Durrant.

Baş məşqçi: Füzuli Məmmədov.

09:16

Bu gün futbol üzrə Misli Premyer Liqasının 31-ci turu çərçivəsində iki oyun keçiriləcək. İlk oyunda Tovuz şəhər stadionunda "Turan Tovuz" "Karvan-Yevlax"ı qəbul edəcək.

İdman.Biz xəbər verir ki, oyunun start fiti saat 17:00-da çalınacaq.

"Turan Tovuz" hazırda turnir cədvəlində 56 xalla üçüncü pillədə yer alıb. 14 xala malik "Karvan-Yevlax" isə sonuncudur.

Misli Premyer Liqası
Üçüncü dövrə, 31-ci tur
10 may (bazar)
17:00. "Turan Tovuz" - "Karvan-Yevlax"

Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər