top
Superliqa: 30-cu turda Qalatasarayın qələbəsi, Göztepenin bərabərliyi və Eyüpsporun geridönüşü Idman.biz
18 aprel 2026, 23:11
- ↺ +

Superliqa: 30-cu turda "Qalatasaray"ın qələbəsi, "Göztepe"nin bərabərliyi və "Eyüpspor"un geridönüşü

Türkiyə Superliqasının 30-cu turu çərçivəsində lider "Qalatasaray" səfərdə "Gənclərbirliyi"nin qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, oyuna fırtına kimi başlayan "Cim-bom" artıq ikinci dəqiqədə Mauro İkardinin qolu ilə önə keçib. Meydan sahiblərinin cavab cəhdlərinə baxmayaraq, qapıçı Uğurcan Çakır etibarlı oyunu ilə diqqət çəkib. 35-ci dəqiqədə isə Yunus Akgün fərqi iki qata çatdıraraq komandasını rahatladıb. İkinci hissədə Leroy Sanenin vurduğu qol VAR müayinəsindən sonra ofsayd səbəbindən ləğv edilsə də, meydan sahibləri 67-ci dəqiqədə Nianqın qolu ilə ümidləniblər. Yeddi oyundan sonra qol həsrətinə son qoyan paytaxt təmsilçisi qalan dəqiqələrdə tarazlığı bərpa edə bilməyib.

Bu nəticədən sonra xallarını 71-ə çatdıran "Qalatasaray" "Fənərbağça" ilə xal fərqini dördə yüksəldib. "Gənclərbirliyi" isə 25 xalla son sıralarda qalıb. Qeyd edək ki, komandalar aprelin 22-də Türkiyə kubokunun dörddəbir finalında yenidən üz-üzə gələcəklər. Liqanın növbəti turunda isə bütün dünyanın diqqəti "Qalatasaray" - "Fənərbağça" derbisində olacaq.

20:25

Türkiyə Superliqasının 30-cu turu çərçivəsində "Kocaelispor" öz meydanında "Göztepe"ni qəbul edib. Gərgin keçən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matça sürətli başlayan qonaqlar artıq üçüncü dəqiqədə Janderzonun qolu ilə önə keçiblər. Oyunun böyük hissəsini üstünlüklə davam etdirən "Göztepe" son dəqiqələrdə qələbəni əldən verib. Meydan sahibləri 77-ci dəqiqədə Şounun ikinci sarı vərəqədən sonra qırmızı vərəqə alması ilə azlıqda qalsalar da, təslim olmayıblar. Qarşılaşmanın uzatma dəqiqələrində qazanılan penaltini Serdar Dursun 90+8-ci dəqiqədə dəqiq yerinə yetirərək komandasına bir xal qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 48-ə çatdıran "Göztepe" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Qələbə həsrəti beş oyuna çatan "Kocaelispor" isə 36 xala yüksəlib.

Növbəti turda "Kocaelispor" səfərdə "Gənclərbirliyi"nin qonağı olacaq. "Göztepe" isə öz meydanında "Antalyaspor"u sınağa çəkəcək.

18:07

Türkiyə Superliqasının 30-cu turunda autsayderlər qrupunda yer alan "Fatih Karagümrük" və "Eyüpspor" qarşılaşıb. Matçda qonaqlar geridönüş edərək 2:1 hesablı qələbə qazanıblar.

İdman.Biz xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən görüşdə hesabı 16-cı dəqiqədə Serjinyo ilə meydan sahibləri açıblar. Lakin "Eyüpspor" birinci hissənin sonlarına yaxın vəziyyəti dəyişməyi bacarıb. 39-cu dəqiqədə Matias Kranevitter topu öz qapısına göndərib, 44-cü dəqiqədə isə Mateuş Leqovski qonaqları önə çıxarıb.

Qarşılaşmanın 78-ci dəqiqəsində "Eyüpspor"un futbolçusu Anıl Yaşar VAR baxışından sonra qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq, hesab dəyişməyib.

Bu nəticə ilə altı oyundan sonra qələbə qazanan "Eyüpspor" xallarını 25-ə yüksəldərək liqada qalmaq ümidlərini artırıb. Öz meydanında dörd matçlıq məğlubiyyətsizlik seriyası qırılan "Fatih Karagümrük" isə 20 xalla ağır vəziyyətdə qalıb.

Növbəti turda "Eyüpspor" "Qaziantep"i qəbul edəcək, "Fatih Karagümrük" isə "Beşiktaş"ın qonağı olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:03

Həvəskarlıqla böyük idman arasında: Azərbaycanda qayayadırmanma necə inkişaf edir? - İDMAN.BİZ-in REPORTAJI - FOTO

Digər
Bu gün, 14:59

Türkiyənin 4 nəhəng klubu cərimələnib

Digər
Bu gün, 14:50

Kanaki və Maohi Nui komandaları Bakıda

Qarabağ FK
Bu gün, 14:48

“Sabah” – “Qarabağ”: Mərdəkanın yeni “Sabah Arena”da köhnə rəqabət və liderlik mübarizəsi – İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 14:41

Sabah futbol komandası baş məşqçisi Valdas Dambrauskas ildə 50 kitab oxuyur

Futbol
Bu gün, 14:40

Kəpəz – Şəfa matçı kinoteatrda nümayiş olunur

Digər
Bu gün, 14:33

Azərbaycanlı namizəd dünya güləşinin prezidentliyinə iddialıdır: Namiq Əliyev kimdir?

Digər
Bu gün, 14:26

İspaniyada Messinin qaldığı otelin önündə böyük İZDİHAM

Qarabağ FK
Bu gün, 14:25

“Qarabağ”ın sabiq hücumçusu oyunda kütləvi davaya səbəb oldu - VİDEO

Digər
Bu gün, 14:20

“Azərbaycan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır”

Futbol
Bu gün, 14:05

Koy-Leons Mikelsin "Borussiya Mönhenqladbax"a şəxsi arzusuna baxmayaraq, clubdan rəsmi transfer təklifi olmamışdır

Qarabağ FK
Bu gün, 13:53

“Turan Tovuz”un hücumçusu İbrahima Vadji Fransa mediasında ön plandadır - FOTO

Digər
Bu gün, 13:44

“Sabah”ın müdafiəçisi Bakıda Lamin Yamalı meydanda rahat buraxmayacağına söz verdi

Digər
Bu gün, 13:40

"Ayntraxt" sabiq futbolçusunu idman direktoru postuna dəvət etmək istəyir

Digər
Bu gün, 13:20

"Nyukasl"ın sabiq baş məşqçisi "Mançester Yunayted"in "sükanı arxasına" keçə bilər

Digər
Bu gün, 13:17

“Şəfa”nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalandırıldı

Formula 1
Bu gün, 13:14

Avstraliya Qran-prisində kenqurunun trasda peyda olması MotoGP məşqini dayandırdı

Digər
Bu gün, 13:13

İntizam Komitəsi iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb

Futbol
Bu gün, 13:06

FİFA U-15 Dünya Çempionatına ev sahipliyi edən Hövsan Yarış Kompleksi hazırdır

Futbol
Bu gün, 13:00

Zirə Sumqayıtı 22 oyunda məğlub edə bilmədi

Futbol
Bu gün, 12:59

Tacikistanlı futbolçu Hüseynconi Bobocan: “Bakıda dünya çempionatı üçün hazırlanan meydançalar gözəldir”

Futbol
Bu gün, 12:50

Sumqayıtın kapitanı İsa Sülumbra U-15 komandasının məşqində iştirak edib

Qarabağ FK
Bu gün, 12:45

“Qarabağ”ın sabiq futbolçusu 6 milyonluq dələduzluğun qurbanı olub

Digər
Bu gün, 12:40

ABL: IV turun ilk mtçında "Sabah" NTD-yə qarşı

Oxşar xəbərlər