"Sumqayıt" Futbol Klubu əsas komandanın yeni kapitanını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisi məlumat yayıb.
Cari mövsüm komandanı meydana kapitan kimi Səbuhi Abdullazadə çıxaracaq.
Vitse-kapitanlar isə Mehdi Cənnətov və Roi Kehat olacaq.